Qafqazda Bilik Günü



Qafqaz Universitetində Bilik Günü keçirilib
Qafqaz Universitetində yeni tədris ilinin başlaması münasibəti ilə ənənəvi tədbir keçirilib. Tədbirin rəsmi hissəsində universitetin rektoru professor Ahmet Saniç bildirib ki, bu il universitetimizdə 2 yeni ixtisas açılmasını da nəzərə alsaq, universitetimizə qəbul yüksək səviyyədə olub. Professor Ahmet Saniç bu il də Qafqaz Universitetini seçən tələbələr arasında rayon və kənd məktəblərini bitirmişlər olduğunu qeyd edib. Bu göstərici də bir daha təsdiqləyir ki, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun rəhbəri, millət vəkili Mehriban xanım Əliyevanın təhsil sahəsində gördüyü işlər, yeni məktəb binalarının tikilməsi, məktəblərin maddi texniki bazasının müasir avadanlıqlarla təhciz olunması öz bəhrəsini verir. Qafqaz Universitetini 650 baldan yuxarı 35 nəfər seçib ki, bunun da ikisi 700 bal toplayıb, 11 nəfər isə Prezident təqaüdünə layiq görülüb. Rektor əlavə edib ki, ilk dəfə Qafqaz Universitetində texnopark yaradılıb, universitetdə yüksək təhsil vermək üçün son nəsil kompüter, kimya, mexanika, fizika və digər ixtisaslar üzrə laborotoriyalar tələbələrin ixtiyarına verilib. Tədbirdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyəti başcısının müavini Faiq Kərimov və digər rəsmilər bilik günü münasibəti ilə universitetin kollektivini və tələbələrini təbrik edərək uğurlar arzulayıblar. Natiqlər qeyd edib ki, Qafqaz Universitetinin infrastrukturu, maddi-texniki bazası və kadr potensialı yüksək səviyyədə olduğundan burada hazırlanan kadrlar iş həyatında uğur qazanır, ölkəmizin inkişafında kadr kimi üzərlərinə düşəni yerinə yetirirlər. Tədbir, yüksək bal toplayan tələbələrə qiymətli hədiyyələr təqdim olunduqdan sonra universitet tələbələrinin ifasında bədii hissə ilə davam edib.

İlkin
www.palitra.az

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF