700 bal toplayan gənclər danışdı
“Bu, çox sadədir”.
Hər il ali təhsil müəssisələrinə qəbul imtahanlarında on minlərlə abituriyent iştirak edir. Cari ildə də onların sayı heç də ötən illərdən az olmayıb. Belə ki, bu il ali təhsil müəssisələrinə müsabiqədə 35 995 abituriyent iştirak edib ki, onlardan 33 623 nəfər tələbə adını qazanıb. Hər il olduğu kimi, cari ildə də qəbul imtahanlarında bir çox abituriyent 600-dən yuxarı bal toplayıb.Onlar tələbə adını necə qazandıqları və belə yüksək balı necə əldə etdikləri barədə danışdılar.İlk müsahibimiz ali məktəbə qəbul imtahanlarında I qrup üzrə 700 bal toplayan Fatimeyizəhra Nəbizadədir:
- Mən 27 mart 1997-ci ildə Bakı səhərində anadan olmuşam. Türk Dəyanət Vəqfi Bakı türk liseyini və “Araz” kurslarını bitirmişəm. Ali məktəblərə qəbul imtahanı nəticəsində Qafqaz Universitetinin kimya mühəndisliyi fakültəsinə qəbul olmuşam. Ailədə 5 nəfərik - bir bacım, bir qardaşım var, anam tibb bacısı, atam və qardaşım mühəndis, bacım həkimdir. 8-9-cu siniflərə qədər bütün dərsləri yaxşı oxumuşam, ondan sonra artıq öz ixtisas qrupum üzrə çalışdım. Ümumiyyətlə, hər şeyə maraq göstərməyə çalışmışam, əyləncəli birisiyəm, ən çox dostlarımla vaxt keçirməyi xoşlayıram, dərslərdən imkan tapdıqca bunu edirdim. Əsas odur ki, dərslərimi planlı şəkildə oxumuşam. Düzdür, davamlı dərs oxumaq əsas şərtdir, amma o demək deyil ki, bütün vaxtını buna sərf edəsən. Bəlkə də mən dərslərimi həmişə yaxşı oxuduğum üçün belə düşünürəm.
- Ali təhsil almaq öz istəyiniz olub?
- Burada ailəmin rolu böyük olub, qardaşım, bacım bu cəhətdən dəstək olublar. Eyni zamanda 3 il “Araz” kurslarında təhsil almışam, həmçinin liseydə ciddi hazırlaşmışam. Texniki fənlərə, fizika, riyaziyyat kimi fənlərə marağım böyük idi.
- Bir neçə il öncə abituriyentlər daha çox humanitar sahələrə üstünlük verirdilər. Ancaq son illər bu tendensiya dəyişib. Sizcə, bu nə ilə bağlıdır?
- Müstəqil dövlət kimi Azərbaycanın özünün mütəxəssislərə ehtiyacı var, texnika ilə bağlı inkisaf, özəl şirkətləri idarə edə biləcək kadr ehtiyacı, sahibkarlıq və digər amillər buna səbəb ola bilər. Bu sahədə inkisaf çox faydalıdır, get-gedə də güclənir.
- İmtahan prosesi ilə bağlı nə deyərdiniz?
- İmtahan normal keçdi, həyəcan olmadı. Suallar da normal idi. Yalnız diqqətsizlik səhvindən qorxurdum, ümumilikdə yaxşı nəticəyə əvvəlcədən inamım var idi.
- 700 balı necə toplamaq olar, bunla bağlı gənclərə nə məsləhət görərdiniz?
- Qarşılarına məqsəd qoysunlar, bunun üçün əllərindən gələni etsinlər, sistemli, planlı şəkildə oxusunlar. Məncə, əsas budur. Özlərinə güvənsinlər, ruh düşkünlüyü olmasın.
- Niyə məhz bu ixtisası seçdiniz?
- Bu ixtisasda özümü daha çox inkişaf etdirə biləcəyimi düşünürəm, həm də maraqdan irəli gəlir. Valideynlərim buranı məsləhət gördülər, məncə, Qafqaz Universiteti ixtisasım üçün yaxşı seçimdir.
- Qadın üçün çətin peşə deyilmi?
- Məncə, sevirsənsə, öhdəsindən gələ bilərsən. İndiki dövrdə təhsil almaq çox önəmlidir, həyatda yer tapmaq, cəmiyyətə yararlı olmaq üçün vacibdir. Ona görə də gənclər çalışsınlar, yüksək səviyyəli təhsilə yiyələnsinlər.
- Gələcəkdə özünüzü bu peşədə necə görürsünüz?
- İndi təhsilimi davam etdirəcəm, yəqin ki, nəsə bu sahədə yenilik etməyə çalışacam.
Digər müsahibimiz, qəbul imtahanlarında 700 bal toplamış Məhəmməd Hacılıya da eyni sualları ünvanladıq:
- 1997-ci il 10 oktyabrda Bakıda anadan olmuşam. 1-ci sinfi Zəngilan rayon qaçqın məktəbində oxumuşam. 2-6-cı sinifləri Heydər Əliyev adına liseydə, 7-11-ci sinifləri Dədə Qorqud adına özəl türk liseyində oxumuşam. Orta məktəbdə yaxşı oxumuşam. Olimpiada nəticələrim var. Beynəlxalq türk dili Olimpiadasında 1 qızıl, 1 gümüş medal almışam. Dərs oxumaq insanın içindən gəlməsə, ailə nə qədər desə də xeyri yoxdur. Mən özüm həvəsli olmuşam. Təbii ki, bizim məktəbdə əyləncəli layihələr, gəzintilər olurdu, onlarda istirak edirdim.
- Yəni oxumağı, təbii ki, sevirdim. Bizim liseydə hər il universitetlərə daxil olma faizi 100% olur. Bilirdim ki, mən də 680-700 arası bal yığacam. Bəli, imtahandan rahat çıxmışdım. Əvvəldən bu ixtisası fikirləşirdim. Qafqaz Universitetinin kompüter mühəndisliyi fakültəsini istəyirdim. İxtisas seçimində də elə 1-ci olaraq onu yazdım. Mən bu peşəni sevdiyimə görə seçdim. O bütün zavodlarda, fabriklərdə lazımlıdır.
- Məncə, cəmiyyətdə formalaşmaq üçün universitet çox yaxşıdır.
- Bəli, magistratura ilə bağlı xaricdə təhsil almaq istəyirəm. İstərdim, İngiltərə və ya Amerikada təhsil alım.
- Gələcək abituriyentlərə məsləhət görərdim ki, təhsil boyunca diqqətli və gözüaçıq olsunlar, imtahana hazırlıq vaxtında sürət çox vacibdir. Məncə, heç boşluq yaratmadan mütəmadi oxusunlar. Mən hazırlıq kursuna və ya hazırlığa getməmişəm. Məktəbdə bizə dərs keçirdilər. İnsan təhsil aldıqda həyatda hər zaman bir addım öndə olur.
- Valideynlərim məndən çox sevinirdilər. Amma imtahandan çıxandan sonra 700 balı gözləyirdilər. Ailəmizdə kompüter mühəndisi yoxdur. Atam SOCAR-da qurğu rəisi, anam evdar qadındır, bacım 10-cu sinfə keçib. Ailədə 2 uşağıq. Bacım mənim kimi oxumasa da yaxşı oxuyur.
- Mən ən birinci karyera qurmaq, yəni dünyanın səviyyəli sirkətlərindən birində işləmək istəyirəm. Bu çox sadədir, texnologiya irəliləyir və yeni kəşflər olur, buna görə də mühəndisliyin dairəsi genişlənir.
Uğurlu abituriyentlərdən biri də 687 bal toplamış Fatimə Əsgərovadır:
- Mən 1995-ci ildə Bakı şəhərində anadan olmuşam. 2003-cü ildə Xətai rayonu 48 saylı tam orta məktəbin 1a sinfinə daxil olmuşam və 2014-cü ildə 11a sinfini əla qiymətlərlə bitirmişəm. 2014-cü il qəbul imtahanında 687 bal toplayaraq ARPDİA-nın hüquq fakültəsinə daxil olmuşam. Atam Vüqar Əsgərov ali təhsillidir. Hazırda özəl firmada mexanik işləyir. Anam Natəvan Əsgərova da ali təhsillidir və hazırda uşaq bağçasında musiqi rəhbəri kimi çalışır. Qardaşım Nəcəf 2014-cü ildə 11a sinfini əla qiymətlərlə başa vurub. Qəbul imtahanında 616 bal toplayaraq Qafqaz Universitetinin kimya mühəndisliyi fakültəsinə daxil olub. Bacım Nigar hazırda Xətai rayonu 48 saylı tam orta məktəbin 6a sinif şagirdidir. Mən 1-ci sinifdən 11-ci sinif də daxil olmaqla əlaçı olmuşam, bilik yarışlarında, inşa müsabiqələrində, məktəb Olimpiadalarında iştirak etmişəm və müxtəlif yerlər tutmuşam.
- Bu qrupu seçməyimin səbəbini hələ özüm də bilmirəm, amma hər halda hər kəs seçdiyi qrupdan asılı olmayaraq uğur qazanmaq üçün çalışmalıdır. 3 il ərzində “Araz” kurslarında hazırlaşmışam. Amma məktəbdə öyrəndiklərimin rolu böyük olub.11-ci sinfə qədər bütün fənləri eyni səviyyədə oxumuşam,11-ci sinifdə artıq ixtisas fənlərinə daha çox vaxt ayırdım. Ev tapşırıqlarının hazırlıq prosesində əhəmiyyəti çox olub.
- İmtahan zamanı həm çətin suallar var idi, həm də asan. Amma ümumilikdə götürdükdə, keçən illərə nisbətən çətin idi. Bu il III qrupda 700 bal olmaması bunu göstərir. Demək olar ki, 1-2 sualdan şübhələnirdim. 2 ildir həmin ixtisası istəyirdim, elə birinci də onu yazdım. Ailəmiz bu ixtisası seçməmə yaxşı baxdı.
- Bilmirəm, bəlkə də hüquq çətin ixtisasdır, amma öhdəsindən gəlmək olar.
Peşənin qadın və ya kişi üçün olanı olmur, o sahədə yaxşı və ya pis çalışan olur.
- Gələcəkdə özümü hakim kimi görürəm. Müdafiəyə ehtiyacı olanların hüquqlarını müdafiə edəcəm.
- Təhsil insan həyatında mühüm rol oynayır, xüsusən günümüzdə qızların təhsilinə daha çox önəm verirlər. H.Z.Tağıyev demişkən: “Savadli bir oğlan gələcək üçün savadlı bir adamdır, amma savadlı bir qız gələcək üçün savadlı bir ailədir”.
- Gənclər, istərdim ki, ilk növbədə məktəb dərslərinə fikir versinlər, ev tapşırıqlarını daim yerinə yetirsinlər, son 1 ildə özlərini bəzi şeylərdən, məsələn televizor, telefondan mərum etsələr, heç nə itirməzlər. İmtahana görə qorxmağa, xüsusən də həyəcanlanmağa dəyməz. Dərslərinə fikir versinlər, imtahanda diqqətli olsunlar. Hər zaman diqqətli olsunlar, oxuduqları dərsi təhlil edərək öyrənsinlər, təkrara ciddi fikir versinlər, xüsusən də son 2 ay ərzində. Təkrar, xüsusən də 3-cü qrupa hazırlaşanlar üçün çox vacibdir.
- Hazırda başqa bədii ədəbiyyat oxuyuram. Daha çox detektiv əsərlərə üstünlük verirəm. Ən çox oxuduğum yazarlar Çingiz Abdullayev, Elxan Elatlı, dünya ədəbiyyatından isə Artur Konan Doyldur.
- Gələcəkdə təhsilimi xaricdə davam etdirmək istərdim. Hələ ölkə ilə bağlı qərar verməmişəm. Bu Qərb də, Şərq də ola bilər.
- Valideynlərim bu peşəni seçməyimə yaxşı baxırlar.
- Mənim fikrimcə, universitet həyatı yeni təcrübələr, yeni dostlar, yeni muhit, yeni vərdişlərdir. Bütün tələbə olanları təbrik edirəm, onlara tələbə həyatlarında bol uğurlar arzu edirəm.
Qeyd edək ki, müsahiblərimizin üçü də Prezident təqaüdünə layiq görülüb.