ŞEKİDE XALQ ŞAİRİ BAXTİYAR VAHABZADENİN BÜSTÜ AÇILMIŞDIR
Bağlantıyı al
Facebook
X
Pinterest
E-posta
Diğer Uygulamalar
Şeki, 10 fevral (AzerTAc). Fevralın 10-da Şeki şeherinde xalq şairi Bextiyar Vahabzadenin vefatının ildönümü ile elaqedar silsile tedbirler keçirilmişdir.
Şeherdeki “Qrand” şadlıq sarayında Şeki Şeher İcra Hakimiyyeti ve “Qafqaz” Universitetininbirge hazırladıqları “Şekiden dünyaya” adlı tedbirin evvelinde şairin xatiresine hesr olunmuş film nümayiş etdirilmişdir.
Tedbirde çıxış eden şeher icra hakimiyyeti başçısının müavini Zerine Cavadova bildirmişdir ki, Azerbaycan poeziyasının neheng simalarından biri olan xalq şairi Bextiyar Vahabzadenin vefatından düz bir il keçir. B.Vahabzadenin yaradıcılığı bedii fikrimizin zenginleşmesinde mühüm rol oynamışdır. O. Vetenine, doğulduğu yere, soya bağlı bir insan idi. Şair anadan olduğu yurdu – Şekini çox sevirdi. Yaratdığı her bir eserde Şekiye xas olan kolorit, iti ve ağıllı zeka, derin düşünce özünü gösterirdi. O, her il bütün yay feslini doğulduğu, möhkem bağlı olduğu ata yurdunda, bu qedim şeherde keçirirdi. Bu gün ise şair öz doğma şeherine bir qeder tez - qışda gelib, lakin hemişelik gelib. Şekililerin, doğmalarının, ezizlerinin yaddaşında hemişelik qalmaq üçün gelib.
Tedbirde “Qafqaz” Universitetinin rektoru Ehmed Sanıç, Bakı Dövlet Universitetinin professorları Qara Namazov, Ferman İsmayılov, xalq şairi İlyas Tapdıq, “Qafqaz +” jurnalının redaktoru Ramazan Qafarlı, şekili iş adamı Cavanşir Feyziyev ve başqaları çıxış ederek Bextiyar Vahabzadenin Azerbaycan söz senetinin inkişafındakı böyük xidmetlerinden danışmış, onun yaradıcılığının müxtelif meqamlarına toxunmuş, şairle bağlı xatirelerini bölüşmüşler.
Hemin gün şeherin merkezi parkında xalq şairi Bextiyar Vahabzadenin büstünün açılışına hesr olunmuş merasim keçirilmişdir. Merasimi giriş sözü ile açan Şeki Şeher İcra Hakimiyyetinin başçısı Nazim İbrahimov bildirmişdir ki, bu gün Şekinin medeni heyatında çox elametdar bir gündür. Xalqımızın sevimlisi, XX esr Azerbaycan söz senetinin zirvesinde dayanan xalq şairi, akademik Bextiyar Vahabzadenin büstünün açılışıdır. Bu gün bu tedbirde iştirak eden her bir kesi yalnız bir istek birleşdirir. Eziz şairimize hörmet, ehtiram ve mehebbet. Bu da tebiidir. Ona göre ki, Vahabzade hemişe xalqın düşünce ve arzuları, hiss ve duyğuları, istek ve maraqları ile yaşamışdır. Onun zengin yaradıcılığı poeziyamızın, şerimizin cövheri olmuşdur.
Merasimde çıxış eden Azerbaycan Respublikası Baş nazirinin müavini Abid Şerifov bildirmişdir ki, bu gün biz doğma şeherimizin medeni heyatında yaddaqalacaq daha bir elametdar tedbire toplaşmışıq. Azerbaycan klassik edebiyyatına dahi, mütefekkir Mirze Feteli Axundzade başda olmaqla bir çox görkemli simalar bexş etmiş Şekide bu gün poeziyanın daha bir tentenesi qeyd olunur. Dünyanın müxtelif dillerine tercüme edilmiş, deyerli eserleri ile müasir Azerbaycan edebiyyatının inkişafında böyük xidmetler göstermiş merhum şairimiz Bextiyar Vahabzadenin xatiresinin gelecek nesiller üçün ebedi qorunub saxlanması, daim yad edilmesi namine Şekide böyük şairin büstünün açılışında iştirak edirik. Teessüf ki, sevimli şairimiz özü artıq aramızda yoxdur. Lakin onun xatiresini yad etmek bizim müqeddes borcumuzdur. Fevralın 13-de, merhum şairimizin vefatının birinci ildönümünde Bakıda Fexri xiyabanda onun qebrüstü abidesinin de açılışı olacaqdır. Bu, böyük şairimize, el ağsaqqalımıza, görkemli ictimai xadime möhterem Prezidentimiz İlham Eliyev başda olmaqla Azerbaycan dövletinin, hökumetinin xalqına böyük sevgisinin, diqqet ve qayğısının tezahürüdür.
Açılış merasiminde Bakı Dövlet Universitetinin professoru Elbrus Ezizov, professor Şirmemmed Hüseynov, xalq şairi Zelimxan Yaqub, Şeki şeher tehsil şöbesinin müdiri Firedun İbrahimov ve başqaları çıxış ederek şairle bağlı xatirelerini danışmışlar.
Şairin aile üzvleri adından oğlu Azer Vahabzade çıxış ederek gösterilen diqqet ve qayğıya göre minnetdarlığını bildirmişdir.
Büstün üzerinden ağ örtük götürüldükden sonra tedbir iştirakçıları ve şeher ictimaiyyetinin nümayendeleri abidenin önüne eklil qoymuş, gül-çiçek düzmüşler.
Mətn ölçüsü: Son dövrlər Azərbaycanda özəl universitetləri çıxmaq şərtilə, dövlət ali məktəblərində demək olar ki, rəqabət olmadığından bir çox tələbə işəgötürənlər tərəfindən qəbul edilmir. Nəticədə min bir əziyyətə qatlaşaraq dövlət universitetini bitirib diplom alan tələbə iş tapa bilmir. O da faktdır ki, bir çoxları nəyin bahasına olursa-olsun saxta diploma belə əl ataraq işə qəbul edilir və nəticədə yenə təhsilin tədrisi təhlükə altına düşür. Pullu təhsildən bu sahədə biznes quranların daha çox qazanmasına keç kəs irad tuta bilməz. Amma pullu təhsilin cibi boş olan savadlı və istedadlı gənclərin yolunu bağladığı da gerçəklikdir. Yaxşı, görəsən hazırda gənclərin təhsilə marağı hansı səviyyədədir və ümumiyyətlə nə üçün Azərbaycanda özəl təhsil, dövlət hesabına təhsili sıxışdırır? Bu hal Azərbaycanla müqayisədə xarici ölkələrdə necədir? Əməkdaşımız Aynurə Sultan ali təhsilin hazırkı vəziyəti ilə bağlı bu və digər suallara cavab tapmağa çalışıb....
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2011-2012-ci tədris ili üçün tələbə qəbulu ilə bağlı elmi-statistik təhlilin nəticələrini açıqlayıb. TQDK sədri Məleykə Abbaszadə bildirib ki, bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında 5433 abtituriyent 500-dən, o cümlədən 1540 abitruiyent 600-dən yuxarı bal toplayıb. M.Abbaszadə abituriyentləri yüksək nəticələr göstərən bölgələrin də müəyyənləşdiyini qeyd edib. Onun sözlərinə bunlar əsasən respublikanın 72 bölgəsini təmsil edir. “Bakı, Sumqayıt, Naxçıvan şəhərləri, o cümlədən Qax, Ordubad, Qəbələ, İsmayıllı rayonlarından ali məktəblərə imtahan verən abituriyentlərin bal göstəriciləri yüksək olub. Bu bölgələrdən ali təhsil müəssislərinə sənəd verən hər 100 nəfər gəncin 6-9-u imtahanlarda 500-dən yuxarı bal toplayır. Bu göstəricidə rayonlar üzrə Qax liderlik edir. Qax abituriyentlərinin topladığı bal orta hesabla 255-dən yuxarıdır. İmtahanlarda ən aşağı balı İmişli, Ağsu, Hacıqabul rayonlarının abituriyentləri ...
VİCDAN SUSTUĞUNDA Vidadi Babanlı Səhifə sayı: 622 Format: 17x24sm Nəşr ili: 2011 Faylın həcmi: 16.5 MB 1727 dəfə yüklənib Download PDF Kitab Vidadi Babanlının Vicdan Susanda romanının Türkiyə türkçəsinə tərcüməsidir. Kitabın Türkiyə Türkçəsinə tərcüməsi Qafqaz Universiteti Tərcümə Mərkəzi tərəfindən olunmuşdur. http://www.qu.edu.az/library.php?q=Qafqaz%20Universiteti&action[book_view]=72&start=81&lang=az