Qafqaz Universiteti ile Neft Akademiyası emekdaşlıq memorandumu imzalayıb
Qafqaz Universitetinde “Azerbaycanda kimya texnologiya temayüllü mütexessis hazırlığının tarixi, veziyyeti ve perspektivler” mövzusunda seminar keçirilib.
Seminarda çıxış
Dövlet Neft Akademiyasının rektoru, kimya elmleri doktoru Siyavuş Qayayev ise bildirib ki, Akademiyada strateji ehemiyyetli sahe olan yanacaq-enerji ve kimya texnologiyası kompleksi üçün hazırlanan gelecek mütexessislerin telim-terbiyesi ile 100-den çox elmler doktoru, professor, 600-den çox elmler namizedi, dosent meşğul olur. Bunların sırasında Elmler Akademiyası ve beynelxalq akademiyaların bir çox heqiqi ve müxbir üzvleri var. Elm ve texnika sahesi üçün mütexessis hazırlığında akademiyada 63 kafedra fealiyyet gösterir: “Akademiyada aspirantura ve doktorantura şöbeleri fealiyyetdedir. Öten 79 il erzinde akademiya 70000-den çox mühendis, 2000-den çox elmler namizedi ve 250-den çox elmler doktoru hazırlayıb. Akademiyada yüksekixtisaslı mühendis ve elmi kadrların hazırlanmasında iki elmi-tedqiqat institutu, 32 elmi-tedqiqat problem laboratoriyası, “Senaye müessiseleri işçilerinin ixtisasartırma ve yeniden hazırlanma institutu” var. Burada 60-dan çox ölke üçün 300 nefer mühendis, bakalavr ve magistr dereceli texniki kadr ve 270 nefer elmler namizedi ve doktoru hazırlanıb”. Onun dediyine göre, Akademiya yegane tehsil ocağıdır ki, Avropa Universitetleri Assosiasiyasına qebul olunub.
Sonra Akademiya ile Qafqaz Universiteti arasında qarşılıqlı emekdaşlığa dair memorandum imzalanıb. Seminarın sonunda A.Sanic S.Qarayeve universitet adından fexri plaket teqdim edib.
S.QARAYEVA
http://www.525.az/view.php?lang=az&menu=19&id=10985 23:01 / 24.02.2010