Qafqaz Universitetinin 6 telebesi ARDNŞ teqaüdüne layiq görüldü

ARDNŞ teqaüdüne layiq görülmüş telebelere teqaüd kartları teqdim edilmişdir

Fevralın 2-de - Gencler gününde ARDNŞ-nin Baş ofisinde Azerbaycan Respublikası ali tehsil müessiselerinin telebelerine 2008-2009-cu tedris ilinin II semestrinin neticelerine göre ARDNŞ teqaüdünün teqdim olunması merasimi keçirilmişdir. Merasimde ARDNŞ prezidenti Rövneq Abdullayev çıxış ederek Şirketin teqaüdüne layiq görülmüş telebeleri tebrik etmiş ve onlara yeni-yeni uğurlar arzulamışdır. O, Azerbaycan Respublikasının Prezidenti İlham Eliyev cenablarının tapşırıq ve tövsiyelerine uyğun olaraq ARDNŞ-nin heyata keçirdiyi Teqaüd Proqramı haqda etraflı melumat vermiş, genc neftçi mütexessislerin hazırlanması, telebelerin neft-qaz senayesi sahesinde müasir elmi ve tecrübi biliklere yiyelenmeye heveslendirilmesi meqsedi ile Şirketde görülen işlerden behs etmişdir. Qeyd etmişdir ki, ARDNŞ-nin teşebbüsü öz behresini vermekdedir: neft-qaz senayesine aid ixtisaslara qebul üçün sened verenler arasında yüksek hazırlıqlı abituriyentlerin xüsusi çekisi yükselmiş, eyni zamanda telebelerin elmi-praktiki biliklere marağı artmışdır. Bu teqaüdün 2004-2005-ci tedris ilinden etibaren ADNA telebelerine verildiyini xatırladan R. Abdullayev müsabiqenin ehate dairesini genişlendirmek, telebelerin feallığını artırmaq meqsedi ile 2008-ci ilden ARDNŞ-nin elan etdiyi ixtisaslar üzre tehsil alan bütün ali mekteb telebelerinin müsabiqede iştirakı üçün şerait yaradıldığını bildirmişdir. R. Abdullayev 2008-2009-cu tedris ilinin II semestrinin neticelerine göre keçirilmiş müsabiqede iştirak etmek üçün 800-den artıq telebenin müraciet etdiyini, I turda Telebe Qebulu üzre Dövlet Komissiyası terefinden namizedlerin mentiqi tefekkür qabiliyyetinin test imtahanı vasitesile yoxlanıldığını, 181 telebenin 2-ci turda ARDNŞ-nin Müsabiqe Komissiyası terefinden müsahibe olunduğunu söylemişdir. Şirket prezidenti ARDNŞ-nin perspektivli genc neftçi mütexessislerin dünya tecrübesine yiyelenmesi meqsedi ile genclerin xaricde tehsili üzre heyata keçirdiyi Teqaüd Proqramından da behs etmişdir. O bildirmişdir ki, hazırda hemin proqram çerçivesinde 44 telebe, o cümleden 23 bakalavr ve 21 magistr ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Hollandiya, Kanada, Türkiye, Malta, Norveçin en nüfuzlu universitetlerinde tehsil alır. Bu proqramın 24 iştirakçısı tehsilini müveffeqiyyetle başa çatdıraraq Vetene qayıtmışdır ve hazırda ARDNŞ-nin strukturlarında çalışır. Azerbaycan Respublikası Tehsil nazirinin müavini Elmar Qasımov, Texniki Universitetin rektoru Havar Memmedov, ADNA-nın prorektoru Zaur Ehmedov, BDU-nun prorektoru İsmayıl Eliyev çıxış ederek bildirmişler ki, son illerde Azerbaycanda heyata keçirilen siyaset neticesinde bütün sahelerde inkişaf göz qabağındadır. Natiqler Dövlet Neft Şirketinin heyata keçirdiyi bu aksiyanın gelecekde daha geniş vüset alacağına emin olduqlarını bildirmişler. Sonra ARDNŞ prezidenti Rövneq Abdullayev, Tehsil nazirinin müavini Elmar Qasımov, Texniki Universitetin rektoru Havar Memmedov, diger ali tehsil müessiselerinin temsilçileri Müsabiqe Komissiyasının qerarına esasen, teqaüde layiq görülmüş 100 telebeye, o cümleden, Azerbaycan Dövlet Neft Akademiyasının 79, Bakı Dövlet Universitetinin 8, Qafqaz Universitetinin 6, Azerbaycan Dövlet İqtisad Universitetinin 4, Moskva Dövlet Universitetinin Bakı filialının 2 ve Azerbaycan Texniki Universitetinin 1 telebesine ARDNŞ-nin teqaüdlerini (plastik kartları) ve xatire hediyyelerini teqdim etmişler. ADNA-nın 4-cü kurs telebesi Tamilla İsmayılova onlara yaradılan şeraite göre telebeler adından Azerbaycan Respublikasının Prezidentine minnetdarlığını bildirmişdir. Tedbirin sonunda ARDNŞ prezidenti Rövneq Abdullayev bir daha müsabiqe iştirakçılarını tebrik etmiş, onlara daha böyük müveffeqiyyetler arzulamışdır.

http://www.socar.az/1938-news-view-az.html

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF