“Xurşidbanu Natevan” tamaşası universitet telebelerinin ifasında

Dekabrın 24-de Azerbaycan Dövlet Akademik Opera ve Balet Teatrının sehnesinde teatrseverlere görkemli dramaturq, xalq yazıçısı İlyas Efendiyevin “Xurşidbanu Natevan” tarixi dramının tamaşasının teqdimatı olmuşdur. Qafqaz Universiteti telebelerinin ifasında gösterilen tamaşa Qarabağ xanı İbrahim xanın nevesi, general Mehdiqulu xanın qızı Xurşidbanu Natevanın heyatından behs edir. Tamaşada Xurşidbanu, Knyaz Xasay, Seyid Hüseyn, Qafqaz canişini, şair Mamayi, şair-ressam Nevvab kimi tarixi şexsiyyetlerin obrazları canlandırılmışdır. “Xurşidbanu Natevan” tamaşası indiyedek iki rejissorun - Merahim Ferzelibeyovun ve Behram Osmanovun quruluşunda teqdim olunmuşdur. Bu premyera ise senetşünaslıq namizedi Zemine Axundovanın axtarışlarının neticesidir. Her üç quruluşda Natevanın xalqına, Vetenine mehebbeti tamaşanın esas süjet xettini teşkil edir. Tamaşadakı baş rolların ifaçıları yaratdıqları obrazların daxili alemini yaxşı derk etdiklerindendir ki, onların ve sehneni bölüşdükleri başqa hemkarlarının oyunları alqışlarla qarşılanmışdır. Baş rolların ifaçılarının qehremanları haqqında dedikleri de maraqlıdır.Könül Hacıyeva: Natevanı hem doğma ve füsunkar Şuşanın, hem de ikiye bölünmüş Azerbaycanın taleyi narahat edir. Biz onu müdrik, Vetenine ve xalqına bağlı ictimai xadim, hem de hessas, zerif bir qadın, ana kimi tanıyır ve sevirik. İran şahzadesi Behmen Mirzeye milli qürur ve heyat dersini de, herbi zabit, canişinin yaveri Xasay Usmiyeve vetenperverlik derslerini de şaire qadın Natevan verir. O, öz şexsi taleyini xalqının taleyinden ayırmır. Fuad Ceferli: Xasay xan başa düşür ki, Natevana olan sevgisi ne qeder qüvvetli olsa bele, Veten sevgisi qarşısında eriye biler. O, Natevanın her gün xalqına olan evezsiz mehebbetini gördükce, özünün de Veteni olduğunu xatırlayır. Tamaşaçı bir daha Veten sevgisinin, xalq mehebbetinin bütün istek ve duyğulardan yüksekde dayandığının şahidi olur.Baş nazirin müavini Elçin Efendiyev tamaşada olmuşdur.

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF