Ali Babacan: “Azerbaycan ve Türkiye bütün sahelerde elaqeleri inkişaf etdirmek üçün siyasi irade nümayiş etdirir”

[ 01 Dekabr 2008 19:53 ] Bakı. Ramil Memmedli – APA. Azerbaycanda seferde olan Türkiyenin xarici işler naziri Ali Babacan Qafqaz Universitetinin telebe ve müellim kollektivi ile görüşüb.APA-nın melumatına göre, görüşde universitetin rektoru Ehmed Sanıt ali mekteb ocağının fealiyyeti haqqında qonağa melumat verib. Rektor Qafqaz Universitetinin Türkiye ile Azerbaycan arasında elaqelerin möhkemlendirilmesinde mühüm rol oynadığını bildirib. Tedbirde çıxış eden Ali Babacan iki ölke arasında bütün sahelerde elaqelerin inkişaf etdirilmesi üçün siyasi iradenin nümayiş etdirildiyini deyib. Azerbaycanın terkib hissesi olan Dağlıq Qarabağın Ermenistan terefinden işğal edildiyini vurğulayan nazir münaqişenin sülh yolu ile hell edilmesi üçün danışıqların davam etdirilmesini müsbet qiymetlendirib. Türkiye ile Ermenistan arasında serhedlerin açılması ile bağlı meseleye toxunan Ali Babacan ATET-in Minsk Qrupu çerçivesinde sülhyaratma cehdlerinin netice vereceyi teqdirde ölkesinin de sözügeden sahede müsbet addımlar ata bileceyini istisna etmeyib. XİN başçısı bildirib ki, Rusiya ile Gürcüstan arasında baş veren melum olaylardan sonra yeni merhele yaranıb. O, bölgede sülhün qorunması üçün Türkiyenin ireli sürdüyü Qafqaz Sabitlik ve Emekdaşlıq Paktı teşebbüsünün gerçekleşeceyine inandığını deyib.

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF