Tələbələrimiz CFA Research Challenge yarışmasında iştirak etdi
İlk
dəfə olaraq Azərbaycan tələbələrinin iştirakı ilə keçirilən “CFA
Research Challenge” müsabiqəsinin İstanbul lokal turuna yekun vuruldu.
2002-ci
ildən etibarən təşkil olunan yarışma, hər il dərəcəsindən asılı
olmayaraq komanda şəklində 55-dən çox ölkədə 800-dən artıq universitetin
və 10 minlərlə tələbənin iştirakı ilə, tələbələrin maliyyə analizi
bacarıqlarının nümayişi üçün keçirilir. Yarışma ardıcıl olaraq 3
səviyyədə - CFA İnstitutuna üzv olan yerli cəmiyyətlərin təşkilatçılığı
ilə lokal, CFA İnstitutunun bilavasitə ev sahibliyi ilə regional və
qlobal səviyyədə keçirilir. Yarışmada iştirakçılardan hər hansı bir
yerli (lokal) şirkətin dolğun maliyyə analizini aparmaq və analizin
nəticələrinə uyğun hesabat və təqdimat hazırlamaq tələb olunur.
Qafqaz Universitetinin təşəbbüskarlığı
ilə, universitetin Sahibkarlığın İnkişafı və Tədqiqatlar Mərkəzinin
tələbə üzvlərinin sözügedən yarışmada iştirakını səhm bazarının
fəaliyyət səviyyəsinə görə maliyyə bazarları inkişaf etməkdə olan
Azərbaycan üçün uğurlu bir addım hesab etmək olar. İstanbul CFA
cəmiyyətinin həyata keçirdiyi Türkiyədaxili turnirə qatılan komandamız
“Turkcell”MMC-nin maliyyə analizi və CFA standartlarına uyğun hesabatını
hazırlamış və lokal turnirin final mərhələsinə qədər irəlilələyərək 19
fevral 2015-ci il tarixində keçirilən finalda uğurla çıxış etmişdir. CFA
İstanbul təşkilatını Avropa regional finalında Özyeğin Universiteti
təmsil edəcək.
Ölkədə
maliyyə analizi sahəsinin inkişafı üçün ixtisaslı kadrların sayının
artmasına ehtiyac duyulur ki, bu ehtiyacı qarşılamaq üçün bu sahəyə
maraqlı tələbə bazasının praktiki bacarıqlara yiyələnməsi zəruridir.Qafqaz Universitetinin bu
istiqamətdə ilk addımı atmaqla gələcəkdə bu tipli müsabiqələrin
biləvasitə CFA İnstitutuna üzv cəmiyyət kimi ölkə səviyyəsində təşkil
etməsi qarşıda duran əsas məsələlərdəndir.