"İZ" sosial layihəsi 2015 başladı

"İZ" sosial layihəsi 2015 başladı Qafqaz Universitetinin gözəlləşdirilməsi, Universitet şəhərciyinə innovativ ünsürlər gətirilməsi məqsədi ilə 2014-cü ildə başladılan “İZ” layihəsi 2015-ci ildə də davam edir.

İlkin olaraq Universitet əməkdaşları və tələbələrinin iştirakı ilə keçirilməsi nəzərdə tutulan “İZ” layihəsində iştirak etmək istəyən hər kəs öz komandasını quraraq, görmək istədiyi işi layihə şəklində hazırlayıb müraciət edə bilər. Müraciət online olaraq iz.qu.edu.az saytı üzərindən həyata keçirilir.

Layihə iştirakçıları, layihənin məqsədi, layihənin büdcəsi, əhatə dairəsi, həyata keçiriləcəyi yer və s. haqqında ətraflı məlumat verməlidir.

Layihələrin təqdimatı layihənin mahiyyəti və gələn layihə sayından aslı olaraq münsiflər tərəfindən müəyyən olunmuş zamanlarda aparılacaqdır.

Dəyərləndirmədən sonra həyata keçirilməsi nəzərdə tutulan layihə qrupları ilə ayrı-ayrılıqda görüş keçiriləcək. Universitet layihə qruplarına hər cür maddi dəstək göstərməyi nəzərdə tutur və onları öz layihələri üzərində işləmək üçün yerlə və limitsiz çayla təmin edəcək.

Layihələr Universitet şəhərciyində tədris binalarının daxilində və həyətyanı sahəsində həyata keçirilə bilər.

Bu lahiyənin yeganə mükafatı həyata keçirilən layihədən istifadə edən insanların sevincini görüb özünüzü xoşbəxt hiss etməyinizdir.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF