Endirim kartından "Kitab dünyası"na gedən yol
Layihəsi haqqında məlumat verəcəyimiz şəxs Qafqaz Universiteti Biznesin
idarə edilməsi və təşkili üzrə son kurs tələbəsi, "Kitab dünyası"
layihəsinin təsisçisi Əyyub Hüseynzadədir. Əyyub bəy layihəsinin necə
ideyadan əmələ çevrildiyi, qarşılaşdığı uğursuzluqları necə dəf etməsi,
bu günə qədərki fəaliyyət yolu, üzləşdiyi əsas çətinliklər, QU
Texnoparkın layihəsinə verdiyi töhfələrdən bəhs etdi.
Maddi dəstək olmadığı üçün uğursuzluğa uğrayan ilk layihəsi
Əyyub bəy startup olaraq fəaliyyətə başlamaq istədiyi ilk vaxtlarda-2009-cu ildə 4 nəfərlik bir komanda ilə yola çıxmışdı. Qafqaz Universiteti Dil hazırlığı kursunda təhsil alan kompyuter mühəndisliyi, maliyyə, kimya mühəndisliyi bölümlərindən iştirak edən tələbələr bir ideya ətrafında birləşmişdi. Tələbələr vebsayt açmağı və istifadəçilərin həmin vebsayt vasitəsilə əldə etdikləri kodu mağaza, otel, restoran, istirahət mərkəzi kimi yerlərə təqdim edəcəkləri təqdirdə müxtəlif endirim paketlərindən yararlanacaqlarını planlaşdırırdılar. Maraq isə həm saytın tanınması, həm də şirkətlərdən əldə olunacaq gəlir idi. Layihə heç bir maddi dəstəyə malik deyildi və ona başlamaq üçün yalnızca tələbələrin o vaxta qədər şəxsi büdcələrinə yığdığı müəyyən miqdarda puldan söhbət gedə bilərdi. Vebsayt- reklamline.az Türkiyədə təhsil alan bir tələbə tərəfindən quruldu və bir müddət fəaliyyət göstərdi. Hətta iki şirkət artıq tərəfdaşlıq etməyə razılıq vermişdi. Lakin dəstək olmadığı halda təməl sistemi qurmaq heç də asan olmadığından layihə fəaliyyətini dayandırdı.
Cəhdlər davam etdikcə maneələr artır
Bir qədər araşdırmadan sonra komandadan 2 nəfər 2 həftəlik e-ticarət təhsili üçün Türkiyəyə getməyə qərar verdi. Orada tamamilə fərqli, bir növ holdinq qurdular: "Dərələyəz holdinq". Dondurulmuş toyuqlar Türkiyə və Azərbaycandan alıb Avropa bazarına satılacaqdı. Bunun üçün tələbələr Türkiyənin xarici ölkələrdə olan səfirliklərinin nəzdində fəaliyyət göstərən ticarət müşavirlikləri ilə əlaqə saxladılar. Onlara özlərini Türkiyədə toyuq istehsal edən firma kimi təqdim edib onlardan market və topdansatış mərkəzlərinin siyahısını göndərmələrini xahiş etdilər. Böyük mağazalardan cavab gəldi: Ərəbistandan siyahı göndərildi, İndoneziyada toyuq idxalına embarqo qoyulmuşdu, Misirdən birbaşa zəng edildi, Türkiyədən belə toyuq istədilər, Hollandiyadan həmçinin müsbət cavab gəldi, Rumıniyada həmin vaxt at əti məsələsi var idi deyə 200 tona yaxın toyuq sifariş verildi. Daha sonra həmin 2 nəfər Azərbaycana gəldi. Bir neçə broyler şirkətinin rəhbərliyi ilə görüşdülər. Lakin çox gənc olduqları üçün onların fikirləri və cəhdlərini ciddi qəbul etmədilər. Nəticə etibarilə, artıq Əyyubgil bu işi kənara qoymaq qərarına gəldi. Maraqlıdır ki, Türkiyəyə fərqli ideya ilə getmişdilər, orada isə tam fərqli işlə məşğul oldular. Lakin artıq maddi baza tükənməkdə idi. Gəldikdən sonra isə sektoru tərk etməli olduqları qənaətinə gəldilər.
Müəllim vərdişinin izində yeni bir qapı
Indi isə lap əvvələ qayıdaq. Qafqaz Universiteti Dil hazırlığı kursunda Əyyubun müəllimi Birol Topuz bəy öz nitqlərinin birində işə gəlib-gedərkən uzun yolda vaxtını səmərəsiz sərf etməmək üçün kitab oxuduğunu qeyd etdi. Bu sözlər Əyyubu bir növ sarsdı və o, bu vərdişi öz həyatına tətbiq etmək qərarına gəldi. Artıq Əyyub bu hadisədən sonra davamlı olaraq kitab oxuyurdu. O vaxtdan bu günə qədər sadəcə ictimai nəqliyyatda bitirdiyi kitabların sayı 70-dən artıqdır. Seçdiyi kitablar isə məşhur iş adamlarının öz bizneslərini qurarkən üzləşdiyi çətinliklər və onların həmin problemlərə necə həll yolu tapmasından, bir sözlə biznesin inkişaf yolundan bəhs edirdi. Hazırda böyük holdinqə malik insanların kiçik maddi baza ilə qurduqları biznesi qurtarmaq üçün qarşılaşdığı uğursuzluqları əzmkarlıqla dəf etməsi Əyyuba xüsusi motivasiya verirdi. Ancaq bir məsələ var idi ki, aldığı kitabların sayının getdikcə artması maddi cəhətdən problem yaradırdı. Kitab isə onun üçün artıq bir ehtiyaca çevrilmişdi. Bu zaman Türkiyədən kitabı necə gətirəcəyii bildiyi üçün kitab sifariş verib, onları satıb, əldə edəcəyi pulla isə öz kitab ehtiyacını qarşılamağı düşündü. İşi davam etdirə bilmək üçün yenə də maddi dəstəyə ehtiyacı oldu. Və Əyyub bir daha eyni səbəbdən layihəsinin fəaliyyətinin dayanmasına şahid oldu. Lakin yenə də davamlı olaraq digər sektorları araşdırmaqda idi. Elə bu vaxt İsa müəllim Qasımova rast gəldi.
QU Texnopark arzularını realllığa çevirdi
Onunla görüşündə öz layihəsindən bəhs etdi və maddi dəstəyə ehtiyacı olduğunu qeyd etdi. Isa müəllim layihəyə investisiya yatırmaq fikrinə razılıq verdi. Bununla da "Kitab dünyası"nı təsis edildi. Facebook səhifəsi yaradıldı, universitet kitabxanası ilə razılaşma əldə olundu. Vebsayt QU Texnoparkın rezidenti olan Mina Group tərəfindən yığıldı. Beləliklə də iş ərsəyə gəldi. Hazırda isə layihə uğurla fəaliyyət göstərir.
Girişimcimizin üzləşdiyi əsas problemlər
Əyyub bəyin qarşılaşdığı əsas çətinliklərdən biri komandasının dağılması oldu. Üzvlər heç də hamısı eyni dərəcədə yüksək səylə işləməyi qəbul etmirdi. İkinci və ən böyük səbəb isə təbii ki, maddi çətinlik idi.
QU Texnoparkın böyük dəstəyi
QU Texnoparkın yaratdığı imkanlara gəlincə, hazırda Texnopark "Daxili startuplara dəstək" layihəsi çərçivəsində "Kitab dünyası"na dəstək verir. Maddi dəstəkdən əlavə, QU Texnopark mühitinin mənəvi dəstəyi çox nəmlidir. Həmçinin kitab stendi üçün yer ayrılması da mühüm əhəmiyyət kəsb edir, çünki QU Texnoparka gələn qonaqlar da layihə ilə yaxından tanış olur.
Girişimci olmaq istəyənlərə məsləhəti
Startup fəaliyyətinə başlamaq istəyənlərə isə Əyyub bəyin məsləhəti ondan ibarətdir ki, stereotiplərdən qurtulsunlar. Məsələn, ölkəmizdə kitab oxuyanların say azlığına inanan şəxslər mövcuddur. Amma "Kitab dünyası" öz fəaliyyəti ilə onlara bu qəlibləşmiş düşüncələrin yanlış olduğunu sübut edir. Belə ki, kitab satışının irəliləməsi yeni nəslin kitaba olan marağının bariz təzahürüdür. Son olaraq, əgər görmək istədiyiniz işə həqiqətən inanırsınızsa, səhv etsəniz belə, o işə başlamağa dəyər. Xüsusilə, tələbəlik dövründə qayğılarımızın az olduğu vaxtda bu fürsəti dəyərləndirmək lazımdır.

Əsmər Həşimli