Qafqaz Universitetində Türkiyənin ən yaxşı gənc girişimcisi seçilmiş Berke Sarpaş seminar verdi

Qafqaz Universitetində Türkiyənin ən yaxşı gənc girişimcisi seçilmiş Berke Sarpaş seminar verdiFevral ayının 15-də QU Texnoparkın təşkilatçılığı ilə Qafqaz Universitetində 2014-cü ildə Türkiyənin ən yaxşı gənc girişimcisi seçilmiş Berke Sarpaş seminar verdi.  Digital iqtisadiyyat və e-ticarət ilə bağlı bir çox ideya və layihənin rəhbəri, həmçinin hazırda Sarpaş danışmanlık və Girişim Savaşçısı şirkətinin müdiri olan, eyni zamanda fərdi insanlara və şirkətlərə xarici bazarda müştəri tapma, sosial media və internet reklamcılığı, marka yaratma, CRM, e-ticarət, e-marketinq mövzularında konsultasiya və təlim verən Berke Sarpaşın təqdimatında həyata keçirilən Sahibkarlıq, İnnovasiya, E-Ticarət seminarı girişimçilikdə dəyərlər və keyfiyyətlər, iş fikrinin müəyyənləşdirilməsi, girişimçilikdə kommunikasiyaların idarə olunması, digital iqtisadiyyat, e-ticarət, Mavi Okean Strategiyası və yalın girişimcilik modeli mövzularına həsr olunmuşdu. Girişimçilikdə innovativ sektor seçməyin yolları, fəaliyyəti davam etdirməyin çətinliyi və zərurəti, davamlı zəhmətin, dözümlülüyün, daxili motivasiyanın önəmi, müəyyən missiyaya malik olmağın, həmçinin qalibiyyət üçün bədəl ödəməyin vacibliyi, dəyərin nə üçün puldan daha əhəmiyyətli olması, bazarın spesifik xüsusiyyətləri haqda olduqca mühüm məlumatlar verdi. Sonda Qafqaz Universiteti və QU Texnopark rəhbərliyi Berke bəyə möhtəşəm seminar üçün təşəkkür əlaməti olaraq plaket təqdim etdi.
Əsmər Həşimli


Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF