QUTechnopark "Sağlam qida və aşçılıq sənəti" seminarını keçirdi
Fevral ayının 21-də QUTechnoparkın təşkilatçılığı ilə "Təşəbbüskarlıq
seminarları" layihəsi çərçivəsində yeni bir seminar həyata keçirildi.
Qonağımız MADO-nun baş aşçısı, "Möcüzə ləzzətlər" verilişinin
teleaparıcısı, "Dünya Aşpazlar Cəmiyyəti"nin jüri üzvü, "Ustad
sənətkar", "Qızıl əllər" mükafatları, "Sərhəd tanımayan şef" dərəcəsi və
Azərbaycanda qida sənayesinin inkişafında göstərdiyi xidmətlərə görə
Azərbaycan Bayrağı Ali Diplomuna layiq görülmüş, sahəsi üzrə
Azərbaycanın ən professional mütəxəsislərindən olan Mübariz Vəliyev
olmuşdur. Şef Mübariz sağlam qidalanma ilə sağlam nəsil anlayışları
arasındakı ayrılmaz əlaqə, zərərli qidanın xəstə ruha gətirib çıxarması,
onlarla bəslənməyin nəticələri, qida seçimlərimiz bizi sağlam həyatdan
məhrum edirmi, dövrümüzdə sağlam qidalanmağımıza mane olan amillər,
depressiyaya aparan zərərli qida maddələri , ətrafımızdakılara yardım
etməyin verdiyi xoşbəxtli hissi, qənaətcilliyin önəmi, təhsil
müəssisələrində azyaşlı və yeniyetmələrə verilən qidaların keyfiyyəti
kimi mühüm mövzulardan bəhs etdi. Seminar MADO ilə QUTechnopark-ın ortaq
layihəsi əsasında gərçəkləşdi.
Xatırladaq ki, ”Təşəbbüskarlıq Seminarları” Sahibkarlığın inkişafına
dəstək layihəsidir.Layihənin həyata keçirilməsində məqsəd gənclər
arasında təşəbbüskar yanaşmanı inkişaf etdirməkdir. Bu aspektdə həyata
keçirilən programlarda universitet-sənaye əməkdaşlığı inkişaf etdirməklə
yanaşı, təşəbbüskar gənclərlə iş dünyasının təcrübəli şəxsiyyətlərinin
ortaq müzakirələri təmin olunur.
Şənbə Günləri keçirilən Təşəbbüskarlıq seminarları müxtəlif təlimçilər
tərəfindən təqdim olunan seminarlar gənclər arasında sahibkarlıq
yanaşmalarının inkişaf etdirilməsinə xidmət göstərir. Bu seminarlarda
iştirak etmək hər kəsə açıqdır.
Әsmər Həşimli