Texnopark təşəbbüskarlara dəstək verəcək
Qafqaz
Universiteti Texnoparkı ("QUTechnopark") fevral ayının 28-də
"Təşəbbüskarlıq seminarları" layihəsi əsasında növbəti seminar təşkil
edəcək. "QUTechnopark"-dan qeyd edilib ki, bu dəfə öz sahəsində
professional yanaşmaları ilə seçilən daha bir dəyərli təlimçi seminar
verəcək.
Belə ki, İqtisadi idarəetmə üzrə mütəxəssis, biznesin müxtəlif sahələri üzrə təlimçi və məsləhətçisi Ənvər Yavəroğlunun təqdimatında "Uğurlu biznes" mövzusunda seminar baş tutacaq. Seminar təmsilçi etiketi, insan tanıma sənəti, ünsiyyət etikası və biznes etikası və digər sahələr haqqında biznesin real problemlərini əhatə edəcək.
"Təşəbbüskarlıq seminarları" layihəsi əsasında keçirilən seminarlarda arzu edən hər kəs iştirak edə bilir.
Qeyd edək ki, texnoparkın əsas məqsədi yüksək texnologiyalara əsaslanaraq inkişaf etdirilən sənaye sahələrinin gücləndirilməsi, yeni bölgələrdə sənayenin inkişafının dəstəklənməsi, innovativ fəaliyyətlərin həyata keçirilməsi, təhsil və daha təsirli elmi-texniki nəticələrə malik fəaliyyət sahələri ilə səmərəliliyin artırılması və beynəlxalq arenada rəqabət gücünün yüksəldilməsidir.
Həqiqət İSABALAYEVA
http://ictnews.az/read-35356-news-1.html