Qafqaz Universiteti XXI Xəzər Neft və Qaz Sərgisində iştirak edir


Qafqaz Universiteti XXI Xəzər Neft və Qaz Sərgisində iştirak edir dogru.tv
Universitetimiz iyunun 3-də başlayan "Alıcı ilə tanış ol" tədbiri çərçivəsində XXI Xəzər Neft və Qaz Sərgisində iştirak edir.BP özünün Azəri-Çıraq-Günəşli (AÇG), Bakı-Tbilisi-Ceyhan (BTC), Şahdəniz (ŞD) və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrindəki tərəfdaşları adından üçüncü dəfə “Alıcı ilə tanış ol” tədbirini təşkil edib. Bakı Ekspo Mərkəzində keçirilən tədbir iyunun 6-dək ictimaiyyətin ixtiyarına verilib. Bu tədbir yerli şirkətlərə bacarıqlarını artırmaq, bizneslərini inkişaf etdirmək və öz potensial müştəriləri ilə əlaqələr yaratmaqda kömək etməklə onların əməliyyatçısı olduğu layihələrdə iştirakını artırmaq barədə BP-nin üzərinə götürdüyü öhdəliyin bir hissəsidir. Hər il keçirilən Neft və Qaz Sərgisinin bir hissəsi kimi “Alıcı ilə tanış ol” tədbirinin daha çox sayda beynəlxalq müştəriləri neft və qaz sektorundakı yerli təchizat bazarını təmsil edən şirkətlərlə görüşlərə cəlb etməklə onların beynəlxalq bazarlara çıxışına yardım etməsi gözlənilir.Bu sərgi Bp və tərəfdaşlarının sahibkarlığın inkişafı və təlim proqramında (SİTP) iştirak etmiş 70-dək yerli şirkətə potensial müştəriləri ilə üz-üzə görüşmək, onlarla əlaqələr qurmaq, öz bacarıq və imkanlarını nümayiş etdirmək üçün şərait yaradır. Bunlar biznes xidmətləri, əməliyyatlara dəstək, mühəndis-layihələşdirmə, tikinti, maddi-texniki təchizat, tullantıların idarə edilməsi və digər kateqoriyaları təmsil edən şirkətlərdir.Həmçinin sərgiyə dəvət olunan 500-dən artıq potensial alıcını öz potensial təchizatçıları ilə, habelə neft və qaz sənayesindəki yerli təchizat zəncirinin digər nümayəndələri ilə görüşməyə şərait yaradır.Bu il BP və onun tərəfdaşları həmçinin Azərbaycanın neft-qaz yönümlü aparıcı ali təhsil müəssisələrinin də bu sərgidəki iştirakını dəstəkləyir. Bu universitetlərə Dövlət Neft Akademiyası, Bakı Ali Neft Məktəbi, Xəzər Universiteti və Qafqaz Universiteti daxildir. Bu tədbir həmin universitetlərin özlərini neft və qaz sənayesi, müəssisə və bacarıqların inkişaf etdirilməsi zəncirinin bir hissəsi kimi tanıtmaları üçün gözəl imkan yaradır.“Alıcı ilə tanış ol” tədbiri çərçivəsində sahibkarlığın inkişafı və təlim proqramını nailiyyətlə başa vurmuş, özlərini və işcilərinin inkişaf etdirən bir qrup yerli şirkətlərə bp və onun tərəfdaşlarının “Sahibkarlığın inkişafı” üzrə xüsusi mükafatları da təqdim ediləcəkdir.
 



Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF