Azərbaycanlı tələbələr Beynəlxalq Tələbə Olimpiadasında uğur qazandılar



Azərbaycanlı tələbələr Beynəlxalq Tələbə Olimpiadasında uğur qazandılar«IT-Universe» İnformasiya Texnologiyaları sahəsində Beynəlxalq Tələbə Olimpiadası 2013-cü ildən keçirilməkdədir. Bu olimpiada professionallıq, informasiya texnologiyalarının (İT) inkişaf etdirilməsinə və onların səmərəli tətbiqinə, cəmiyyətin İT-dən istifadəsi prosesinin yaxşılaşdırılmasına istiqamətlənib. “Birlikdə İT dünyası quraq!” - olimpiadanın əsas şüarıdır.
Olimpiadanın əsas məqsədi gənc İT mütəxəssislərinin hazırlanması sisteminin keyfiyyətini artırma məsələsi üzərində biznes, təhsil və hökümətin birgə işi, həmçinin Azərbaycan Respublikası, Belarusiya Respublikası, Ukrayna, Qazaxıstan Respublikası və İT Olimpiadaya qoşulan digər dövlətlərin fəal və istedadlı gənclərinə dəstək verməkdir.
Olimpiadanın nəticəsi: İT-mütəxəssislərinin, həmçinin öz professional fəaliyyətlərində İT-dən aktiv istifadə edən digər ixtisasdan olan tələbələrin hazırlanması; Biznesin, dövlətin tələblərinin və təhsil sisteminin imkanlarının sinxronlaşdırılması; İT bacarıqlarına sahib gənc və istedadlı mütəxəssislərin aşkar edilməsi və hazırlanması; Müəssisələr üçün İT-nin istifadəsinin yeni imkanlarının təyin edilməsidir.
Beynəlxalq Olimpiada proqramına növbəti kateqoriyalar daxil edilib: «1С: Müəssisə 8» mühitində proqramlaşdırma müsabiqəsi; «1С: Mühasibat 8» proqramının istifadəsi müsabiqəsi;
«Proqramlaşdırma» müsabiqəsi; D-Link şirkətinin «Protokollar, xidmətlər və avadanlıqlar» müsabiqəsi; «Mobil proqramların işlənməsi» müsabiqəsi; «Ən yaxşı innovativ diplom işi» müsabiqəsi.
Müsabiqələr 3 mərhələdə keçirilməkdədir. I mərhələ ölkələrin universitetlərində daxili müsabiqə kimi keçirilir. II mərhələ ölkə birincliliyi kimi keçirilir. I və II mərhələləri müvəffəqiyyətlə başa vuranlar III final mərhələsinə vəsiqə qazanırlar. 2013-cü il final mərhələsi Ukraynanın Kiyev şəhərində keçirilib. «IT-Universe» İnformasiya Texnologiyaları sahəsində Beynəlxalq Tələbə Olimpiadasının 2014-cü il final mərhələsi 6-9 iyun tarixlərində Qazaxıstan Respublikasının Astana şəhərində Nazarbayev Universitetində keçirilib. Müsabiqədə Azərbaycan Respublikası, Belarusiya Respublikası, Qazaxistan Respublikası və Ukraynanın 35 universitetindən 100-ə yaxın tələbə iştirak edib. Bu müsabiqədə Azərbaycan Respublikasını «IT-Universe» İnformasiya Texnologiyaları sahəsində Beynəlxalq Tələbə Olimpiadasının Azərbaycan üzrə Milli Olimpiya Komitəsinin sədri Qafqaz Universitetinin baş müəllimi Etibar Seyidzadənin rəhbərliyi altında «Proqramlaşdırma» müsabiqəsində Qafqaz Universitetinin iki tələbəsi, «Ən yaxşı innovasiya diplom işi» müsabiqəsində Memarlıq və Azərbaycan İnşaat Universitetinin bir tələbəsi təmsil edib. «Alqoritmik proqramlaşdırma» müsabiqəsində Qafqaz Universiteti Kompyuter Mühəndisliyi Bölməsinin tələbəsi Məhəmməd Vəliyev bürünc medal qazanıb, Elmi Əhmədov isə fərqlənmə diplomu ilə təltif edilib. «Ən yaxşı innovativ diplom işi» müsabiqəsində isə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Mexanika və İnformasiya Texnologiyaları ixtisasının tələbəsi Namet Məmmədzadə gümüş medal qazanıb. Olimpiadanın bütün mükafatçıları diplomlar, medallar və olimpiadanın əsas sponsorları olan Samsung və D-link firmalarının qiymətli hədiyyələri ilə mükafatlandırılıb.

















İlkin

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF