“İldən ilə böyüyən ailəmizlə Qafqazdan Dünyaya” adlı məzuniyyət proqramı
Məzuniyyət proqramında Millət vəkilləri, Təhsil nazirliyinin nümayəndələri, BTM-nin idarə heyyətinin sədri Xaliq Məmmədov, BTM-nin təhsil şurasının sədri dr. Ənvər Özərən, xarici ölkə səfirləri, universitet rektorları, ölkəmizin tanınmış elm və iş adamları, media nümayəndələri və məzunların valideynləri iştirak ediblər.
Qonaqları salamlamaqla və məzunları təbriklə çıxışına başlayan BTM-nin Qafqaz universitetinin rektoru professor Ahmet Saniç universitetin 21 illik fəaliyyətindən, dünyanın 68-ölkəsində təhsilini davam etdirən və iş həyatında fəaliyyət göstərən məzunlardan, qazanılan uğurlardan danışaraq diqqəti bu uğurların memarlarına çəkib.O qeyd edib ki Umummilli Liderimiz Heydər Əliyev onun xeyr duasi ilə açılmış bu universitetlə həmişə maraqlanmış bu gündə Möhtərəm Prezidentimiz İlham Əliyev bu təhsil ocağına eyni diqqət və qayğıyı göstərir. Məhs onun diqqətinin nəticəsidirki 1 mart 2013-cü ildə Çağ Öyrətim Şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkətinin bir təşkilatı olan Praktical Solution Grup arasında bağlanan müqaviləyə əsasən “Azərbaycan Beynəlxalq Tahsil Mərkəzi İçtimai Birliyi” qurulmuşdur.
Çıxış edən natiqlər ölkəmizdə belə bir universitetin fəaliyyətindən və məzuniyyət proqramında iştirak etmələrindən qürür duyduqlarını dilə gətirərək məzunlara uğurlar arzulayıblar.
2013-2014-cü tədris ili ərzində Beynəlxalq olimpiadalarda yer tutmuş universitet tələbələri də proqram iştirakcılarına təqdim olunmuş və universitet tərəfindən onlara hədiyyələr verilmişdir.
Tədbir sənətcilərin iştirakı ilə konsert proqramı ilə yekunlaşıb.