Azərbaycanlı tələbələr “IT-Universe” İnformasiya Texnologiyaları sahəsində Beynəlxalq Tələbə Olimpiadasında uğur qazanıblar

Azərbaycanlı tələbələr “IT-Universe” İnformasiya Texnologiyaları sahəsində Beynəlxalq Tələbə Olimpiadasında uğur qazanıblar  ictnews.az
Qazaxıstanın Astana şəhərində Nazarbayev Universitetində keçirilən "IT-Universe" İnformasiya Texnologiyaları sahəsində Beynəlxalq Tələbə Olimpiadasının 2014-cü il final mərhələsi artıq başa çatıb. Müsabiqədə Azərbaycan, Belarus, Qazaxıstan və Ukraynanın 35 universitetindən 100-ə yaxın tələbə iştirak edib.Tədbirdə ölkəmizi "IT-Universe" İnformasiya Texnologiyaları sahəsində Beynəlxalq Tələbə Olimpiadasının Azərbaycan üzrə Milli Olimpiya Komitəsinin sədri, Qafqaz Universitetinin baş müəllimi Etibar Seyidzadənin rəhbərliyi altında "Proqramlaşdırma" müsabiqəsində Qafqaz Universitetinin iki tələbəsi, "Ən yaxşı innovasiya diplom işi" müsabiqəsində Memarlıq və Azərbaycan İnşaat Universitetinin bir tələbəsi təmsil edib. "Alqoritmik proqramlaşdırma" müsabiqəsində Qafqaz Universiteti Kompüter Mühəndisliyi Bölməsinin tələbəsi Məhəmməd Vəliyev bürünc medal qazanıb, Elmi Əhmədov isə fərqlənmə diplomu ilə təltif edilib. "Etibar Seyidzadənin sözlərinə görə, "Ən yaxşı innovativ diplom işi" müsabiqəsində isə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Mexanika və İnformasiya Texnologiyaları ixtisasının tələbəsi Namet Məmmədzadə gümüş medal qazanıb. Olimpiadanın bütün mükafatçıları diplomlar, medallar və olimpiadanın əsas sponsorları olan "Samsung" və "D-link" firmalarının qiymətli hədiyyələri ilə mükafatlandırılıb.
Qeyd edək ki, "IT-Universe" İnformasiya Texnologiyaları sahəsində Beynəlxalq Tələbə Olimpiadası 2013-cü ildən keçirilməkdədir. Bu olimpiada professionallıq, informasiya texnologiyalarının (İT) inkişaf etdirilməsinə və onların səmərəli tətbiqinə, cəmiyyətin İT-dən istifadəsi prosesinin yaxşılaşdırılmasına istiqamətlənib. "Birlikdə İT dünyası quraq!" - olimpiadanın əsas şüarıdır.
 Olimpiadanın əsas məqsədi gənc İT-mütəxəssislərin hazırlanması sisteminin keyfiyyətini artırma məsələsi üzərində biznes, təhsil və hökumətin birgə işi, həmçinin Azərbaycan Respublikası, Belarus Respublikası, Ukrayna, Qazaxıstan Respublikası və İT-Olimpiadaya qoşulan digər dövlətlərin fəal və istedadlı gənclərinə dəstək verməkdir.
Olimpiadanın nəticəsi İT mütəxəssislərinin, həmçinin öz professional fəaliyyətlərində İT-dən aktiv istifadə edən digər ixtisasdan olan tələbələrin hazırlanması; biznesin, dövlətin tələblərinin və təhsil sisteminin imkanlarının sinxronlaşdırılması; İT bacarıqlarına sahib gənc və istedadlı mütəxəssislərin aşkar edilməsi və hazırlanması; müəssisələr üçün İT-nin istifadəsinin yeni imkanlarının təyin edilməsidir.
 Beynəlxalq Olimpiada proqramına növbəti kateqoriyalar daxil edilib: "1S: Müəssisə 8" mühitində proqramlaşdırma müsabiqəsi; "1S: Mühasibat 8" proqramının istifadəsi müsabiqəsi; "Proqramlaşdırma" müsabiqəsi; "D-Link" şirkətinin "Protokollar, xidmətlər və avadanlıqlar" müsabiqəsi; "Mobil proqramların işlənməsi" müsabiqəsi; "Ən yaxşı innovativ diplom işi" müsabiqəsi. Müsabiqələr 3 mərhələdə keçirilir. I mərhələ ölkələrin ali təhsil müəssisələrində daxili müsabiqə şəklində keçirilir. II mərhələ "Ölkə birinciliyi" kimi keçirilir. I və II mərhələləri müvəffəqiyyətlə başa vuranlar III final mərhələsinə vəsiqə qazanırlar. 2013-cü il final mərhələsi Ukraynanın Kiyev şəhərində keçirilib. 
Həqiqət İSABALAYEVA

 ictnews.az

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF