Qafqaz Universitetində 2011-2012-ci tədris ilinin başlanması və “Bilik günü” münasibətilə tədbir keçirilib.
Bağlantıyı al
Facebook
X
Pinterest
E-posta
Diğer Uygulamalar
“İndi hamı “Qafqaz”dan danışır”
18 September, 2011
Qafqaz Universitetində 2011-2012-ci tədris ilinin başlanması və “Bilik günü” münasibətilə tədbir keçirilib. Tədbirdə “Qafqaz”ın tədris işləri üzrə prorektoru prof. Cihan Bulut öz çıxışında ümummilli lider Heydər Əliyevin təhsilimizin inkişafına daim böyük önəm verdiyini və bu siyasətin ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.
Daha sonra “Bilik günü” münasibətilə tədbir iştirakçılarını təbrik edən Cihan bəy qeyd edib ki, bu il “Qafqaz”a 600 nəfər tələbə qəbul olunub: “Onlardan 153 nəfəri müvafiq qəbul imtahanlarında 600-dən yuxarı bal toplayıb. Bu il “Qafqaz”a qəbul olunmuş tələbələrdən 25-i Prezident təqaüdünə layiq görülüb (Xatırladaq ki, bu təqaüdə ölkə üzrə 102 nəfər tələbə layiq görülüb). Məlumunuz olduğu kimi, bu il ali məktəblərə keçirilmiş imtahanlarda 4 nəfər (Cahandar Camallı, Əli Əliyev, Ləman Məmmədova, Xavər Feyzullayeva) ən yüksək nəticə - 700 bal toplayıb. Onların dördü də “Qafqaz”ı seçib. Ötən il isə 700 bal toplamış 7 nəfərdən 4-ü bizim təhsil müəssisəsini seçmişdir”. O, “Qafqaz”ın uğurunu bu təhsil müəssisəsinin rektoru, hazırda İtaliyanın Boloniya şəhərində keçirilən mötəbər bir tədbirdə iştirak edən Əhməd Saniçin bu sözləri ilə izah edib: “Tələbələrimiz “Qafqaz”ı diplom üçün deyil, təhsil üçün seçirlər”. Onun sözlərinə görə, elə bu amil 1993-cü ildən fəaliyyətə başlamış “Qafqaz”ın bu gün təhsilimizin öncüllərindən olmasından xəbər verir. Cihan bəy bu etimada həmişə sadiq qalacaqlarını bəyan edib. http://qu.edu.az/view_news.php?news=871&lang=az&link=224
“Çağ” Öyrətim Şirkətinin 1991-ci ildə - Azərbaycan öz müstəqilliyini elan edər-etməz, Türkiyədən gəlmiş iş adamlarının dəstəyi ilə bir qrup maarifçi tərəfindən təşkil edildiyini və fəaliyyətə başladığını vurğulayan “Cağ”ın prezidenti Ənvər Özərən bu məsələdə ümummilli lider Heydər Əliyevin danılmaz xidmətləri olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu məsələ ilə bağlanmış müqavilə iki qardaş ölkə arasında bağlanmış ilk sənəddir.
Ötən illərdə əldə olunmuş nəticələrdən söz açan Ənvər bəy: “Qafqaz”ın tələbəsi olmaq indi hər bir gəncin arzusudur”, - deyib: O, “Qafqaz”ın daha bir uğurundan da söz açıb: “QS World University Rankings-2011” reytinqinə görə Qafqaz Universiteti dünyanın 700 ən yaxşı universitetinin siyahısına daxil olub. Universitet bu siyahıda 601-ci yerdə qərarlaşıb. Siyahının müəyyən edilməsi üçün müxtəlif ölkələrin 2919 universiteti haqqında məlumat təhlil edilib”. Onun sözlərinə görə, bu yaxınlarda Parisdə keçirilən YUNESKO-nun son konfransında hazırda dünyada 20 min ali məktəbin mövcud olduğu qeyd edilib: “Top-700ə düşmək dünyada 4 faiz təşkil edən elitar universitetlərin siyahısına daxil olmaq deməkdir”. (Qeyd edək ki, “QS World University Rankings” (təsisçisi Böyük Britaniyadan Quacquarelli Symondsdur) və ARWU-500 (Academic Ranking of World Universities, Şanxay Universitetinin Ali Təhsil İnstitutu tərəfindən tərtib olunur) universitetlərin reytinqlərini müəyyənləşdirən dünyanın ən nüfuzlu beynəlxalq qurumlarıdır). Əlamətdar gün münasibətilə müəllim və tələbələri təbrik edən Özərən gənclərə təhsildə uğurlar arzulamaqla yanaşı, “Azərbaycanı qarşıya qoyulmış hədəfə birgə daşımalıyıq”, - deyib.
Azərbaycan Təhsil Şurasının sədri, pedaqoji elmlər doktoru Əjdər Ağayev isə çıxışına bu sözlərlə başlayıb: “İndi hara gedirsən, “Qafqaz”dan söz açırlar. Buradakı halallıqdan, dürüstlükdən, təhsilə verilən önəmdən söz açırlar. Bu mənada burada hər bir tələbənin arzu etdiyi şərait var. Belə bir təhsil ocağında kim oxumaq istəməz ki?”
Daha sonra Prezident təqaüdünə layiq görülmüş tələbələrə “Texnikabank”ın adından kompyuterlər təqdim edən bu müəssisənin İdarə Heyətinin sədr müavini Ədalət Babayev çalışdığı müəssisənin belə bir təhsil ocağı ilə əməkdaşlıq etməsindən qürur duyduğunu dilə gətirib. 700 ballılar isə bu məktəbi seçməkdə onun beynəlxalqmiqyaslı göstəricilərini də əsas götürdüklərini bildiriblər. Digər 21 nəfərə isə hədiyyələri “Azerfon”un nümayəndəsi Elşad Fərzəliyev verib. O, öz çıxışında “Qafqaz”n bitirənlərin ölkəmizə “Nobel” mükafatı qazandıracağını da əminliklə dilə gətirib.
Tədbir “Qafqaz”ın tələbələrinin maraqlı konsert proqramı ilə davam edib.
Mətn ölçüsü: Son dövrlər Azərbaycanda özəl universitetləri çıxmaq şərtilə, dövlət ali məktəblərində demək olar ki, rəqabət olmadığından bir çox tələbə işəgötürənlər tərəfindən qəbul edilmir. Nəticədə min bir əziyyətə qatlaşaraq dövlət universitetini bitirib diplom alan tələbə iş tapa bilmir. O da faktdır ki, bir çoxları nəyin bahasına olursa-olsun saxta diploma belə əl ataraq işə qəbul edilir və nəticədə yenə təhsilin tədrisi təhlükə altına düşür. Pullu təhsildən bu sahədə biznes quranların daha çox qazanmasına keç kəs irad tuta bilməz. Amma pullu təhsilin cibi boş olan savadlı və istedadlı gənclərin yolunu bağladığı da gerçəklikdir. Yaxşı, görəsən hazırda gənclərin təhsilə marağı hansı səviyyədədir və ümumiyyətlə nə üçün Azərbaycanda özəl təhsil, dövlət hesabına təhsili sıxışdırır? Bu hal Azərbaycanla müqayisədə xarici ölkələrdə necədir? Əməkdaşımız Aynurə Sultan ali təhsilin hazırkı vəziyəti ilə bağlı bu və digər suallara cavab tapmağa çalışıb....
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2011-2012-ci tədris ili üçün tələbə qəbulu ilə bağlı elmi-statistik təhlilin nəticələrini açıqlayıb. TQDK sədri Məleykə Abbaszadə bildirib ki, bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında 5433 abtituriyent 500-dən, o cümlədən 1540 abitruiyent 600-dən yuxarı bal toplayıb. M.Abbaszadə abituriyentləri yüksək nəticələr göstərən bölgələrin də müəyyənləşdiyini qeyd edib. Onun sözlərinə bunlar əsasən respublikanın 72 bölgəsini təmsil edir. “Bakı, Sumqayıt, Naxçıvan şəhərləri, o cümlədən Qax, Ordubad, Qəbələ, İsmayıllı rayonlarından ali məktəblərə imtahan verən abituriyentlərin bal göstəriciləri yüksək olub. Bu bölgələrdən ali təhsil müəssislərinə sənəd verən hər 100 nəfər gəncin 6-9-u imtahanlarda 500-dən yuxarı bal toplayır. Bu göstəricidə rayonlar üzrə Qax liderlik edir. Qax abituriyentlərinin topladığı bal orta hesabla 255-dən yuxarıdır. İmtahanlarda ən aşağı balı İmişli, Ağsu, Hacıqabul rayonlarının abituriyentləri ...
VİCDAN SUSTUĞUNDA Vidadi Babanlı Səhifə sayı: 622 Format: 17x24sm Nəşr ili: 2011 Faylın həcmi: 16.5 MB 1727 dəfə yüklənib Download PDF Kitab Vidadi Babanlının Vicdan Susanda romanının Türkiyə türkçəsinə tərcüməsidir. Kitabın Türkiyə Türkçəsinə tərcüməsi Qafqaz Universiteti Tərcümə Mərkəzi tərəfindən olunmuşdur. http://www.qu.edu.az/library.php?q=Qafqaz%20Universiteti&action[book_view]=72&start=81&lang=az