Bakıda ikinci beynəlxalq təhsil sərgisi keçirilir
Bakıda 2011-ci ildə ikinci dəfə olaraq keçirilən ən böyük təhsil sərgisinə start verilib. Sərgi Türkiyənin məşhur “Akare Beynəlxalq Təhsil sərgiləri" şirkəti tərəfindən təşkil olunub. Sərgidə Azərbaycanı Qafqaz Üniversiteti təmsil edib. Sərgidə Avstraliya, Birləşmiş Ərəb Əmirlikləri, İngiltərə, İrlandiya, Şimali Kipr, Malayziya, Yunanıstan, İspaniya, Türkiyə və bir sıra başqa ölkələrin universitetləri iştirak ediblər. Ümumilikdə, sərgidə 12 ölkənin 50 ali təhsil ocağı təmsil olunub. Sərgi tələbələr tərəfindən böyük maraqla qarşılandı. Sərgidə iştirak edən təhsil ocaqları içərisində ən maraqlısı “Avstralyada təhsil” stendi oldu. Stend Numayəndəsi Azərbaycanlı Tələbələrə Avstralyada təhsil almağın üstünlüklərindən bəhs edib. SərgidəTələbələrə xaricdə sertifikatlaşdırılmış təhsil, MBA proqramları və dil kursları haqda ətraflı məlumatlar verilib. Təhsil müəssisələrinin nümayəndələri təmsil etdikləri qurumlarda təhsil almaq şərtlərini, ölkələrində tələbələrə nəzərdə tutulan güzəştlər, gündəlik xərclər və sair məsələlərlə bağlı sualları cavablandırıblar. Sərgi sabah 13:00-dan 18:00-a kimi davam edecek.
http://www.aztv.az/readnews.php?lang=az&id=2898
http://www.aztv.az/readnews.php?lang=az&id=2898