Dünyanın 700 yaxşı universiteti siyahısına Azərbaycanın 3 ali məktəbi düşüb

13.09.2011, 14:26
“QS World University Rankings-2011” təşkilatı dünyanın 700 top universitetinin siyahısını dərc edib. Modern.az dünən Bakı Dövlət Universitetinin (BDU) bu siyahıya daxil edildiyini və 643-cu yerdə qərarlaşdığını xəbər vermişdi.
Müxtəlif ölkələrin 2919 universiteti haqqında məlumatın təhlilindən sonra 712 ali məktəbin daxil edildiyi reytinq cədvəlində Azərbaycanın daha 2 təhsil ocağının adı var.

Modern.az saytının məlumatına görə, bunlar Xəzər Universiteti və Qafqaz Universitetidir.

Dünyanın ən yaxşı təhsil müəssisələrinin siyahısına bu il daha 80 yeni universitet əlavə edilib. Onlardan 18-i Mərkəzi Avropa və keçmiş Sovet İttifaqı məkanında yerləşən universitetlərdir. Qiymətləndirmə zamanə beş əsas göstərici nəzərə alınıb: tələbə və professorların nisbəti, tələbə və professor-müəllimlərin beynəlmiləlləşdirilmə səviyyəsi, sitat gətirmə indeksi, işəgötürənlər arasında nüfuzu və akademik nüfuzu.
Bu yaxınlarda Parisdə keçirilən YUNESKO-nun son konfransında hazırda dünyada 20,000 ali məktəbin mövcud olduğu qeyd olunub. 700 top universitetlər siyahısına düşmək dünyada 4% təşkil edən elitar universitetlərin siyahısına daxil olmaq deməkdir.
“QS World University Rankings” (təsisçisi Böyük Britaniyadan Quacquarelli Symondsdur) və ARWU-500 (Academic Ranking of World Universities,  Şanxay Universitetinin Ali Təhsil İnstitutu tərəfindən tərtib olunur) universitetlərin reytinqlərini müəyyənləşdirən dünyanın ən nüfuzlu beynəlxalq qurumlarıdır.

(Reytinq cədvəli ilə burada tanış olmaq mümkündür - http://www.topuniversities.com/university-rankings/world-university-rankings/2011)

Modern.az
http://modern.az/articles/16997/1/

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

Quba Özel Türk Liseyi mezunu Çingiz Caferov:Nyu-Yorkdan Azerbaycanın yüksek süretle inkişaf etdiyini görmek mümkündür