Qafqaz Universiteti ilə, Gürcüstanın Beynəlxaq Qafqaz Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.
24 September, 2011
Gürcüstanın Beynəlxaq Qafqaz Universitetinin rektoru Prof. Kakhaber Kordzaia Qafqaz Universitetini ziyarət etdi. Ziyarətin əsas məqsədi Azərbaycanla Gürcüstan arasında təhsil əlaqələrini genişləndirmək, Azərbaycanda olan təhsillə əlaqəli yenilikləri Gürcüstana aparmaq və ölkəsində olan təhsil yeniliklərini Azərbaycana gətirməkdir. Ziyarət əsnasında Qafqaz universiteti ilə Gürcüstanın Beynəlxalq Qafqaz Universiteti arasında əməkdaşlıq memorandumu imzalanmışdır. Memorandumun mahiyəti tərəflər arasında əlaqələri inkişaf etdirmək, elm və təhsil sahəsində ümumi maraqlara əsaslanan əməkdaşlıq əlaqələri qurmaqdır. Memorandumu Qafqaz Universitetinin rektoru Ahmet Saniç və Gürcüstanın Beynəlxaq Qafqaz universitetinin rektoru Prof. Dr. Kakhaber Kordzaia imzalayıb. Görüşdə çıxış edən Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç Gürcüstan ilə Azərbaycanın dost ölkə olduğunu bildirib.
Tədbirin sonunda Gürcüstanlı rektor Qafqaz Universiteti ilə əlaqələri daha da genişləndirməyə çalışacağını dedi. Qonağa Ahmet Saniç tərəfindən universitetin Fəxri Plaketi təqdim olunub.
Tədbirin sonunda Gürcüstanlı rektor Qafqaz Universiteti ilə əlaqələri daha da genişləndirməyə çalışacağını dedi. Qonağa Ahmet Saniç tərəfindən universitetin Fəxri Plaketi təqdim olunub.