“Qloballaşma Prosesində Qafqaz və Mərkəzi Asiya” Konqresi
Qafqaz Universiteti və Azərbaycan Dövləti İqtisad Universiteti tərəfindən Azərbaycan Təhsil Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Sənaye və Energetika Nazirliyi, Beynəlxalq Türk Əməkdaşlıq və İnkişaf Agentliyi, Lazımsız İtkilərin Azaldılması üzrə Türk Fondu və Azərbaycan Türk Beynəlxalq Sənayeçilər və İşgüzar Cəmiyyətinin dəstəyi ilə 15-17 oktyabr, 2010-cu il tarixində baş tutacaq, iqtisadiyyat və beynəlxalq əlaqələrə həsr olunmuş “Qloballaşma Prosesində Qafqaz və Mərkəzi Asiya” adlı Üçüncü Beynəlxalq Konqres təşkil olunacaq.
Konqresin məqsədi Qafqazda və Mərkəzi Asiyada münasibətlər, bu ərazilərdə sosial problemlər və s kimi ümumi problemləri əhatə edən məsələlər üzrə müzakirələri təmin etmək və müştərək siyasətləri formalaşdırmaq, müvafiq sahələrdə müxtəlif regional instuitutlarda çalışan alimləri bir araya gətirməkdir.
İştirak etməyi arzu edənlər və ya Konqresə cari problemlərlə əlaqəli müstəqil akademik işlərinin xülasəsini təqdim etmək istəyənlər öz CV-rini (əlaqəli) İngilis dilində olmaqla, e-mail vasitəsilə 15 iyul 2010-dən gec olmayaraq Konqresin Katibliyinə göndərə bilərlər. Lütfən "İqtisadiyyat"la bağlı məktublarınızı congress_economy@ qafqaz.edu.az və "Beynəlxalq Münasibətlər"lə əlaqəli olanları isə congress_ir@ qafqaz.edu. az ünvanına Word formatında göndərin. Daha sonra müvəffəqiyyətli iddiaçılardan tam mətn tələb ediləcək.
İqtisadiyyat ilə əlaqəli Konqres üçün təqdim edilmiş məlumatlar göstərilən dillərin hər hansı birində yazıla bilər: İngilis dili, Azərbaycan dili, Türk və ya Rus dili. Beynəlxalq Münasibətlərlə əlaqəli təqdim edilmiş məlumatlar isə yalnız İngilis dilində olmalıdır.
Konqres Təqvimi
Xülasələri göndərmək üçün son müddət: 15 iyul 2010
Qəbul olunmanın bildirişi: 1 Avqust 2010
Məlumatların təqdimi üçün son müddət: 15 sentyabr 2010
Konqres tarixi: 15-17 Oktyabr, 2010
Əlavə məlumat üçün link