Qafqaz Universitetinde Hepatit Xəstəliyinə Qarşi Mübarizə Kampaniyasi



AZƏRBAYCANDA HEPATİT XƏSTƏLİYİNƏ QARŞI MÜBARİZƏ KAMPANİYASINA BAŞLANIB

“Viral Hepatit Savaş Dərnəyi”, “Lider Qadınlar” İctimai Birliyi və Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının birgə təşkilatçılığı ilə hepatit xəstəliyinə qarşı mübarizə kampaniyasına start verilib. Oktyabrın 5-də bununla bağlı təqdimat mərasimi keçirilib.
 “Viral Hepatit Savaş Dərnəyi”nin sədri, professor İsmayıl Balık bildirib ki, kampaniya çərçivəsində Azərbaycanda insanlara pulsuz analiz xidməti göstəriləcək. Hazırda belə bir kampaniya Türkiyədə də həyata keçirilir.
Layihənin koordinatoru Rəqsanə Cəlilova qeyd edib ki, Türkiyədən gələn bütün texniki avadanlıqla təmin edilmiş səyyar laboratoriya paytaxtdan başlayaraq Gəncə, Lənkəran, Lerik, Masallı, Gədəbəy, Goranboy, Şəmkir, Bərdə, Yevlax rayonlarında əhaliyə tibbi xidmət göstərəcək. Xəstəlik aşkarlanmış insanlara Türkiyənin Ankara Universitetinin dəstəyi ilə pulsuz müayinələr, güzəştli müalicə tətbiq olunacaq.
 Bu xəstəliyin daşıyıcılarında müəyyən müddətdən sonra sirroz və qaraciyər xərçəngi əmələ gəlir. Hər bir insan özünü müayinə etdirməlidir. Xəstəlik erkən aşkarlandıqda müalicəsi daha asan olur.
Vurğulanıb ki, xəstəliyə əsasən qan köçürülməsi, steril olmayan alətlərlə müdaxilə, eyni şprisin birdən çox insanda istifadə edilməsi, hamilələrdən uşağa keçmə kimi hallarda yoluxmaq mümkündür.
Kampaniya oktyabrın 20-dək davam edəcək. “Viral Hepatit Savaş Dərnəyi. “ nin kollektivi 11-12-13 oktyabr günlərində universitetimizin ərazisində xidmət göstərəcək. Arzu edənlər muraciət edə bilərlər.
Gərəkli məlumatları Universitetimizin “ Sağlıq Səhiyyə” şöbəsinin doktoru Xanlar Qasımova müraciət edə bilərlər.

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF