"Azercell"in "Barama"sı
Tələbələr bu layihə çərçivəsində staj proqramı keçirlər
Qafqaz Universitetinin tələbələri "Barama" innovasiya mərkəzində araşdırmaya başlayıblar. Belə ki, universitetin 10 tələbəsi "Azercell"in təşəbbüsü ilə yaradılan "Barama" layihəsi çərçivəsində iqtisadi-analitik tədqiqat işi aparır.
"Barama" ofisindəki imkanlardan istifadə edərək strateji araşdırma aparan tələbələr həmçinin biznesin inkişaf etdirilməsi üzrə staj keçmiş olurlar. Proqramın unikallığı ondan ibarətdir ki, tələbələr layihə çərçivəsində həm praktik biliklər qazanır, həm də şirkətlərin reallıqda üzləşdiyi məsələləri ətraflı tədqiq edirlər. Bu işdə onlara "Azercell"in əməkdaşları yardımçı olurlar.
Tədqiqat işi üçün tələbələrə 2 həftə vaxt ayrılıb. Gənclər verilən mövzu ilə bağlı hərtərəfli analiz aparacaq və mövzuya dair bir çox suallara cavab axtaracaqlar. Tələbələr müxtəlif problemlərin yaranma səbəbləri, onların səviyyəsinə təsir edən amilləri aydınlaşdıracaq və həmin problemərin qarşısının effektiv şəkildə alınması üçün həll yolları təklif edəcəklər. "Barama" layihəsində tələbələrin tam sərbəst fəaliyyət göstərməsinə şərait yaradılıb və onların işinə heç bir məhdudiyyət qoyulmayıb. Gənc istedadlar həftə içi hər gün "Barama"nın İçəri şəhərdə yerləşən, müasir avadanlıqla təchiz edilmiş ofisində işləyirlər. nzlubufn oktyabrın 26-da yekunlaşacaq.
"Azercell"in təşəbbüsü və birbaşa qatqısı ilə gerçəkləşən "Barama" layihəsi İKT sahəsinə marağı olan istedadlı gənclərə öz ideyalarını reallaşdırmaq imkanı qazandırır. Bu tədqiqat işi "Azercell"lə yanaşı USAİD tərəfindən də dəstəklənir. Proqram çərçivəsində araşdırma ilə məşğul olan tələbələrə məvacib də ayrılıb. Bu araşdırma proqramı Qafqaz Universiteti tələbələrində "Barama" layihəsinin məqsəd və məramları haqqında daha dolğun təsəvvür formalaşmasına yardım edəcək. Bundan əlavə, araşdırmanın nəticəsi şirkətin fəaliyyəti zamanı qərar vermə prosesində də nəzərə alınacaq. NƏRGİZ