Tələbə  Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2011-2012-ci tədris ili üçün  tələbə qəbulu ilə bağlı elmi-statistik təhlilin nəticələrini açıqlayıb.  TQDK sədri Məleykə Abbaszadə bildirib ki, bu il ali təhsil  müəssisələrinə qəbul imtahanlarında 5433 abtituriyent 500-dən, o  cümlədən 1540 abitruiyent 600-dən yuxarı bal toplayıb. M.Abbaszadə  abituriyentləri yüksək nəticələr göstərən bölgələrin də  müəyyənləşdiyini qeyd edib. Onun sözlərinə bunlar əsasən respublikanın  72 bölgəsini təmsil edir. “Bakı, Sumqayıt, Naxçıvan şəhərləri, o  cümlədən Qax, Ordubad, Qəbələ, İsmayıllı rayonlarından ali məktəblərə  imtahan verən abituriyentlərin bal göstəriciləri yüksək olub. Bu  bölgələrdən ali təhsil müəssislərinə sənəd verən hər 100 nəfər gəncin  6-9-u imtahanlarda 500-dən yuxarı bal toplayır. Bu göstəricidə rayonlar  üzrə Qax liderlik edir. Qax abituriyentlərinin topladığı bal orta  hesabla 255-dən yuxarıdır. İmtahanlarda ən aşağı balı İmişli, Ağsu,  Hacıqabul rayonlarının abituriyentləri ...