Öten şenbe Qafqaz Universitetinde keçirilen “Gürcüstan problemi ve onun regiona tesiri” mövzusunda konfransda Gürcüstanın bölgedeki yeri ve rolu barede
Öten şenbe Qafqaz Universitetinde keçirilen “Gürcüstan problemi ve onun regiona tesiri” mövzusunda konfransda Gürcüstanın bölgedeki yeri ve rolu barede Azerbaycan, Türkiye ve Gürcüstan alimleri geniş fikir mübadilesi apardılar. Tedbirde bu ölkenin siyasi ve geostrateji ehemiyyeti, elece de onun Azerbaycana tesiri etraflı şekilde müzakire olundu.
Qafqaz Universitetinin rektoru, professor Ehmed Saniç bölgede Azerbaycan-Türkiye-Gürcüstan emekdaşlığının ehemiyyetinden danışaraq, üç ölke arasında siyasi, iqtisadi ve medeni münasibetlerin yüksek olduğunu söyledi. Onun fikrince, kifayet qeder qarışıq olan Qafqaz bölgesinde problemlerin helli üçün sülh yolunun vacibliyi danılmazdır: “Avropada I ve II Dünya müharibeleri baş verdi. Ancaq bu müharibelerden sonra Avropa gördü ki, problemleri herbi yolla, qan tökmekle hell etmek olmur ve insanlar danışa-danışa öz problemlerini hell ede bilerler. Fikrimce, insanlar bir araya gelib, real layiheler heyata keçirseler, bir çox problemleri de hell ederler. Azerbaycan, Türkiye ve Gürcüstan arasındakı neft-qaz boru kemerleri, elece de Türkiye iş adamlarının teşebbüsü ile bu ölkelerde fealiyyet gösteren liseyler mehz bele real layihelerdir”.
Gürcü mütexessis Georgi Mşedlişvili esasen 2008-ci ilin avqust ayında baş vermiş Rusiya-Gürcüstan müharibesine diqqet çekdi ve münaqişe obyektinin kifayet qeder mürekkeb olduğunu söyledi. Rusiyanın başqa bir ölkenin erazisini işğal etdiyini deyen G. Mşedlişvili eyni zamanda resmi Tbilisinin de bir sıra siyasi sehvlere yol verdiyini bildirdi. Onun fikrince, Gürcüstan Rusiyanın teklif etdiyi, Osetiya ve Abxaziyaya qarşı silahdan istifade olunmayacağına dair müqavileni imzalamamalı idi: “Bu müqavilede separatçı qurumlar teref kimi gösterilirdi. Bununla da Tbilisi separatçı qurumların legitimliyini tanımış oldu”. G. Mşedlişvili bezi obyektiv sebeblerin de bu işğalı süretlendirdiyini bildirdi. Onun qenaetince, Kosovanın müsteqil dövlet kimi tanınması ve Rusiyanın bundan presedent kimi istifade etmesi, NATO-nun Buxarest sammitinde Gürcüstanın bu quruma üzvlük meselesinin hell olunmaması, elece de Rusiyanın postsovet mekanında öz ağalığını berpa etmek isteyi regionda veziyyeti Tbilisinin eleyhine çevirmişdi. Gürcü alim separatçı qurumların aqibetlerinin yaxşı olmayacağını da dedi: “Hem Osetiya, hem de Abxaziya maliyye cehetden Rusiyadan tam asılı veziyyete düşübler. Bu qurumlar dünya ile bazar münasibetleri qura bilmirler. Ehalileri durmadan azalır”. G. Mşedlişvili bütün baş verenlerden bu neticeni çıxarıb: “2008-ci ilin avqust hadiselerinin en böyük neticesi Gürcüstanın öz erazilerini itirmesi yox, Rusiyanın öz gücünü dünyaya göstermesi oldu”.
Azerbaycanlı alim, Qafqaz Universitetinin Beynelxalq Münaqişelerin Tedqiqatı Merkezinin (BMTM) rehberi Ceyhun Mahmudov Rusiya-Gürcüstan müharibesinden bütün bölgenin tesirlendiyini, ancaq en böyük zerbenin Gürcüstana deydiyini bildirdi. “Gürcüstan faktiki olaraq erazisini itirdi, infrastrukturu dağıldı, 100 minlerle insan yurd-yuvasından qaçqın düşdü. Ermenistan ise Gürcüstan yolu ile ölkeye daxil olan bütün erzaq menbelerinden müeyyen bir müddete mehrum oldu”,- deyen C. Mahmudov Gürcüstanın Azerbaycan üçün de çox vacib ölke olduğunu vurğuladı. “Evvela, bu iki ölke arasında BTC ve BTE kimi neft-qaz boru kemerleri fealiyyet gösterir, Bakı-Tbilisi-Qars-Erzurum demir yolu layihesi tikilmekdedir. Eyni zamanda Azerbaycan Respublikası Dövlet Neft Şirketi bu ölkeye 100 milyonlarla dollar investisiya qoyur. Diger terefden, her iki ölke separatizmden ve etnik konfliktlerden eziyyet çekir. Rusiyanın Osetiya ve Abxaziyanın müsteqilliyini tanımasından Azerbaycan da siyasi cehetden tesirlendi”,- deyen BMTM rehberinin fikrince, bütün bu faktorlar Azerbaycan ve Gürcüstanın sıx emekdaşlığının zeruriliyini gösterir. C. Mahmudov avqust hadiseleri ile bağlı qenaetini bele ümumileşdirdi: “Bu hadise gösterdi ki, Qafqaz bölgesinde her hansı bir dövlete, yaxud da bütövlükde regiona tesir etmek üçün Gürcüstana tesir etmek kifayetdir”.
“Gürcüstanda milletleşme problemi” mövzusunda çıxış eden müsteqil siyasi şerhçi Kamil Ağacan ise bu ölkede etnik qruplara qarşı ayrı-seçkilik siyasetinin aparıldığını söyledi. Onun fikrince, Gürcüstanda vetendaşlığa esaslanan milli kimliyin formalaşması üçün resmi Tbilisi ölkede qeyri-gürcü vetendaşların azad yaşaması üçün de şerait hazırlamalıdır. “Bu ölkenin qanunvericiliyinde etnik qruplarla bağlı çox gözel müddealar var. Ancaq biz reallıqda bu müddeaların kifayet qeder işlemediyini görürük. Meselen, dövlet qurumlarında işleyen qeyri-gürcülerin sayı çox azdır. Başqa bir nümune: 2001-2011-ci iller erzinde ahıska türkleri Gürcüstandakı öz dede-baba yurdlarına qayıtmalı idi. Ancaq bu proqrama hele start verilmeyib. Biz bunu nece başa düşek: Gürcüstan 1944-cü ilde ahıska türklerinin deportasiyası ile bağlı siyaseti destekleyirmi?”
Mətn ölçüsü: Son dövrlər Azərbaycanda özəl universitetləri çıxmaq şərtilə, dövlət ali məktəblərində demək olar ki, rəqabət olmadığından bir çox tələbə işəgötürənlər tərəfindən qəbul edilmir. Nəticədə min bir əziyyətə qatlaşaraq dövlət universitetini bitirib diplom alan tələbə iş tapa bilmir. O da faktdır ki, bir çoxları nəyin bahasına olursa-olsun saxta diploma belə əl ataraq işə qəbul edilir və nəticədə yenə təhsilin tədrisi təhlükə altına düşür. Pullu təhsildən bu sahədə biznes quranların daha çox qazanmasına keç kəs irad tuta bilməz. Amma pullu təhsilin cibi boş olan savadlı və istedadlı gənclərin yolunu bağladığı da gerçəklikdir. Yaxşı, görəsən hazırda gənclərin təhsilə marağı hansı səviyyədədir və ümumiyyətlə nə üçün Azərbaycanda özəl təhsil, dövlət hesabına təhsili sıxışdırır? Bu hal Azərbaycanla müqayisədə xarici ölkələrdə necədir? Əməkdaşımız Aynurə Sultan ali təhsilin hazırkı vəziyəti ilə bağlı bu və digər suallara cavab tapmağa çalışıb....
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2011-2012-ci tədris ili üçün tələbə qəbulu ilə bağlı elmi-statistik təhlilin nəticələrini açıqlayıb. TQDK sədri Məleykə Abbaszadə bildirib ki, bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında 5433 abtituriyent 500-dən, o cümlədən 1540 abitruiyent 600-dən yuxarı bal toplayıb. M.Abbaszadə abituriyentləri yüksək nəticələr göstərən bölgələrin də müəyyənləşdiyini qeyd edib. Onun sözlərinə bunlar əsasən respublikanın 72 bölgəsini təmsil edir. “Bakı, Sumqayıt, Naxçıvan şəhərləri, o cümlədən Qax, Ordubad, Qəbələ, İsmayıllı rayonlarından ali məktəblərə imtahan verən abituriyentlərin bal göstəriciləri yüksək olub. Bu bölgələrdən ali təhsil müəssislərinə sənəd verən hər 100 nəfər gəncin 6-9-u imtahanlarda 500-dən yuxarı bal toplayır. Bu göstəricidə rayonlar üzrə Qax liderlik edir. Qax abituriyentlərinin topladığı bal orta hesabla 255-dən yuxarıdır. İmtahanlarda ən aşağı balı İmişli, Ağsu, Hacıqabul rayonlarının abituriyentləri ...
VİCDAN SUSTUĞUNDA Vidadi Babanlı Səhifə sayı: 622 Format: 17x24sm Nəşr ili: 2011 Faylın həcmi: 16.5 MB 1727 dəfə yüklənib Download PDF Kitab Vidadi Babanlının Vicdan Susanda romanının Türkiyə türkçəsinə tərcüməsidir. Kitabın Türkiyə Türkçəsinə tərcüməsi Qafqaz Universiteti Tərcümə Mərkəzi tərəfindən olunmuşdur. http://www.qu.edu.az/library.php?q=Qafqaz%20Universiteti&action[book_view]=72&start=81&lang=az