1 Temmuz 2010 Perşembe

“Çağ”ın mezunları ölkemize 85 qızıl getiribler

Azerbaycanın tehsil sahesinde beynelxalq elaqeleri: dünen, bu gün,sabah

Azerbaycanın müsteqil dövlet kimi tanınmasında, diger dövletlerle münasibetlerinin yükselmesinde tehsil sahesinde beynelxalq emekdaşlığın xüsusi ehemiyyeti var.

Azerbaycanın müsteqil dövlet kimi tanınmasında, diger dövletlerle münasibetlerinin yükselmesinde tehsil sahesinde beynelxalq emekdaşlığın xüsusi ehemiyyeti var. Hazırda Azerbaycan Tehsil Nazirliyinin dünyanın 30-dek dövleti ile tehsil elaqeleri mövcuddur. Nazirlikden verilen melumata göre, son bir neçe ilde ölkemizle Türkiye, Tacikistan, Rusiya, Gürcüstan, Çin, İran, Misir, Avstriya, Qazaxıstan, Tacikistan, Birleşmiş Ereb Emirlikleri, Cenubi Koreya arasında tehsil sahesinde emekdaşlıq meqsedile protokol ve saziş imzalanıb.

Azerbaycanlı genclerin xaricde tehsil almalarına en böyük destek ise Prezident İlham Eliyev terefinden verilib. Prezident İlham Eliyevin 16 aprel 2007-ci il tarixli serencamı ile “2007-2015-ci illerde Azerbaycan genclerinin xarici ölkelerde tehsil üzre Dövlet Proqramı” tesdiq edilib. Proqram qebul olunandan sonra 2007-2008-ci ders ilinde xarice tehsile gönderilen azerbaycanlıların sayı 74, 2008-2009-cu ders ilinde 120 nefer olub. Hazırda ise Dövlet Proqramı esasında tehsil alanların sayı 500 nefere yaxındır. Proqram çerçivesinde xaricde tehsil alanların 23 faizi tibb, 20 faizi iqtisadiyyat, 14 faizi ise texniki ve mühendislik ixtisaslarına yiyelenib.

Azerbaycanın Türkiye ile tehsil elaqeleri

Diger sahelerde olduğu kimi, Azerbaycanın tehsil sahesinde en sıx emekdaşlıq etdiyi ölkelerden biri Türkiyedir. Ölkelerimiz arasında tehsil sahesinde emekdaşlıqla bağlı ilk müqavile 1992-ci ilde imzalanıb. Növbeti bele senedler ise ölkelerimiz arasında 1994 ve 1997-ci ilde imzalanıb. 1998-ci ilde imzalanan növbeti protokolla iki ölke arasında tehsil sahesinde yeni bir merhele başlayıb. Bele ki, hemin senedden sonra telebe mübadilesinin esası qoyulub ve ölkemizde tehsil alan türkiyeli telebelerin (tibb, inşaat, hüquq, beynelxalq hüquq ixtisasları istisna olmaqla) diplomları öz ölkelerinde tanınıb. Emekdaşlığın uğurlu neticesi olaraq, 2006-2007-ci illerde Azerbaycan Diller Universitetinin avropaşünaslıq ve beynelxalq elaqeler fakültesinin, Azerbaycan Memarlıq ve İnşaat Universitetinin inşaat mühendisliyi ixtisasları üzre verilmiş diplomlar da Türkiyede tanınıb.

Türkiye universitetlerinde azerbaycanlı bakalavrlar esasen beynelxalq iqtisadi elaqeler, türk dili ve edebiyyatı, beynelxalq hüquq, tibb, dövlet idareçiliyi, maliyye, bank işi, xarici diller, memarlıq, inşaat, meşeçilik, jurnalistika, sahibkarlığın iqtisadiyyatı, yüngül senaye ve yeyinti senayesi, sosiologiya ve diger ixtisaslar üzre tehsil alırlar. Magistratura ve doktorantura pillelerine gelince, idareetme ve teşkilatçılıq, marketinq, elektrik ve elektronika mühendisliyi, deniz rabitesi ve mühendis menecer, ilahiyyat, müasir türk lehceleri, felsefe, mülki hüquq, dövlet hüququ, senaye psixologiyası ve diger ixsisasları qeyd etmek olar.

“Çağ”ın mezunları ölkemize 85 qızıl getiribler

Azerbaycanın tehsil sahesinde beynelxalq uğurlarından söhbet gedirse, ümummilli lider Heyder Eliyevin 1991-ci ilde imzaladığı senedle ölkemizde fealiyyete başlayan “Çağ” Öyretim Şirketinin fealiyyetini de qeyd etmek yerine düşer. “Çağ”ın şagirdleri indiyedek dünyanın 50-den çox ölkesinde respublikamızı temsil edib, 85 qızıl, 127 gümüş, 196 bürünc medal qazanıblar. Bu qurumun ehate etdiyi tehsil ocaqlarının mezunları hazırda dünyanın 30-dan artıq ölkesinin mekteblerinde oxuyurlar. “Çağ”ın her il Tehsil Nazirliyi ve diger qurumlarla birge teşkil etdiyi bilik sergilerine 50-den çox ölkesinden yeniyetmeler qatılırlar...

Rusiyada 5 min azerbaycanlı tehsil alır

Tehsil Nazirliyinin metbuat xidmetinden aldığımız melumata göre, hazırda Rusiyanın ali tehsil müessiselerinde 5 minden çox azerbaycanlı telebe tehsil alır. Rusiya ile Azerbaycan arasında 1995-ci ilde imzalanan elmi ve medeni emekdaşlıq haqqında saziş ölkelerimiz arasında bu sahede ilk mühüm sened hesab olunur. Bunun ardınca ise 1997-ci ilde növbeti saziş imzalanıb ve hemin il 76, 1998-ci ilde 24, 1999-cu ilde 43 nefer azerbaycanlı genc Moskvanın ali mekteblerinde tehsil almağa gönderilib. 2000-ci ilden Rusiya Tehsil ve Elm Nazirliyi birterefli qaydada Azerbaycan vetendaşları üçün teqaüdler ayırır. Bunun hesabına 2000-ci ilde 8, 2001-ci ilde 12, 2002-ci ilde 51 telebe Rusiyanın ali mekteblerine tehsil almağa gönderilib. Tehsil naziri Misir Merdanovun açıqlamasına göre, 2006-2007-ci tedris ilinde Rusiyada Tehsil Nazirliyinin xetti ile tehsil alanların sayı 170-den artıq olub.

2008-ci ilin yanvarında ise Rusiyanın en nüfuzlu ali tehsil müessisesi olan M. V. Lomonosov adına Moskva Dövlet Universitetinin Bakıda filialı açılıb. 2009-2010-cu tedris ilinden başlayaraq, Rusiyanın Tehsil ve Elm Nazirliyi bu ölkenin respublikamızdakı sefirliyi ile birlikde Azerbaycanın 50 mektebinde rus dilinin intensiv tedrisi layihesine başlayıb.

Yaponiya, Almaniya, Amerika, Çin ve Cenubi Koreya ile de emekdaşlıq arzuolunan seviyyededir

Yaponiyanın Azerbaycanda tehsille bağlı layiheleri 3 istiqametdedir. Bunlardan birincisi, mekteblerin tikintisi ve temiri, ikincisi, telebe ve müellim mübadilesi proqramları, üçüncüsü ise, tehsile yardım layiheleridir.

Hazırda Yaponiyanın “Ot kökleri ve insan tehlükesizliyi” qrant layihesi esasında mekteb tikintisi ve temiri sahesinde ölkemizde çox böyük işler görülür.

Bele demek mümkünse, Azerbaycanla Almaniya arasında tehsil elaqelerinin esası hele Sovetler Birliyi dağılmazdan önce qoyulub. Bele ki, Sovetler dövründe Almaniyanın Zigen Universiteti ile Azerbaycan Dövlet Neft Akademiyası arasında emekdaşlıq elaqeleri qurulub. Ölkemiz müsteqillik elde etdikden sonra ise münasibetler yeni merheleye qedem qoyub. Alman Akademik Mübadile Xidmetinin (DAAD) son on il erzinde müxtelif proqramları üzre Azerbaycana 680 teqaüd ayrılıb. Bu teqaüdlerin neticesi olaraq, çoxlu sayda azerbaycanlı Almaniyada tehsil alıb, ixtisasını artırıb ve s.

Azerbaycanla Çin arasında tehsil elaqeleri her iki ölkenin hökumetleri arasında 1994-cü ilde imzalanmış medeni emekdaşlıq haqqında müqavileden sonra daha da inkişaf etmeye başlayıb. Ümumilikde indi respublikamızda 228 Çin vetendaşı tehsil alır. Onların böyük ekseriyyeti Azerbaycan Dövlet Neft Akademiyasının telebesidir. 1997-ci ilden ise bu ölkenin respublikamızdakı sefirliyinin desteyi ile Bakı Dövlet Universitetinin Şerqşünaslıq fakültesinde Çin dili ixtisası şöbesi fealiyyet gösterir.

Tehsil sahesinde beynelxalq emekdaşlığa xüsusi önem veren Azerbaycan,tebii ki, ABŞ-la da bu sahede münasibetlerin inkişafına xüsusi ehemiyyet verir. Azerbaycan ABŞ-ın qeyri-hökumet teşkilatlarının “Azadlığın desteklenmesi aktı” çerçivesinde heyata keçirdiyi müxtelif tehsil proqramlarında feal iştirak edir. 2008-ci ilde ABŞ Dövlet katibinin müavini Qoli Amerinin ölkemize seferi zamanı hökumetlerimiz arasında tehsil haqqında saziş imzalanıb. Sazişe esasen, Dövlet Proqramı çerçivesinde 2009-2010-cu tedris ilinde 4 nefer magistr tehsili almaq üçün ABŞ-a gönderilib. Sonradan elan olunmuş müsabiqe esasında daha 6 neferin bu ölkede ali tehsil alması barede qerar qebul edilib. İndiyedek ACCELS, İREX teşkilatlarının heyata keçirdiyi ve ABŞ Dövlet Departamentinin maliyyeleşdirdiyi tehsil mübadile proqramları çerçivesinde 2500-den artıq Azerbaycan vetendaşı ABŞ-da tehsil alıb, yaxud ixtisasını artırıb.

Azerbaycanla Cenubi Koreya arasında da tehsil sahesinde elaqeler süretle inkişaf edir. Eger 2007-ci ilde Cenubi Koreyada tehsil alan azerbaycanlı telebelerin sayı 7 nefer idise, indi onların ümumi sayı 60-dan çoxdur. Onlardan 25 neferi Dövlet Proqramı esasında tehsil alır. Tehsil Nazirliyinin melumatına esasen, Azerbaycanda texniki peşe tehsili sahesinde 3 il erzinde heyata keçirilecek layihenin deyeri 32 milyon dollardır ki, onun da 22 milyonunu Cenubi Koreya hökumetinin verdiyi kredit teşkil edir.

Tehsil Nazirliyi 20-den artıq beynelxalq teşkilatla emekdaşlıq edir

Bu gün Tehsil Nazirliyi dünyanın 20-den artıq beynelxalq teşkilatı ile, ümumilikde, 70-den artıq birge proqram ve layihe heyata keçirir. Hemin teşkilatlardan biri de UNİCEF-dir. UNİCEF-le (BMT-nin Uşaq Fondu) Tehsil Nazirliyinin birge fealiyyeti Azerbaycan hökumeti ile hemin teşkilat arasında imzalanmış beşillik fealiyyet planları esasında heyata keçirilir.

Tehsil Nazirliyi ile Avropa Şurası arasında emekdaşlıq bu gün de en yüksek seviyyededir. Avropa Şurası ile emekdaşlıq neticesinde Azerbaycan Boloniya prosesine qoşulub ve bununla bağlı fealiyyet planı qebul olunub. Ölkemiz indiyedek Avropa Şurasının “Tehsilin keyfiyyetinin temin edilmesi sahesinde qanunvericilik layihesi” (1996), “Tbilisi teşebbüsü layihesi” (1998), “Azerbaycan, Ermenistan ve Gürcüstanda tehsilin keyfiyyetinin temin edilmesi sahesinde qanunvericilik layihesi”nde (2000) iştirak edib.

Azerbaycanla Avropa İttifaqı arasında da uzun illerdir ki, geniş elaqeler mövcuddur. Ölkemizle Avropa İttifaqı arasında emekdaşlıq bu teşkilatın heyata keçirdiyi TEMPUS ve Erazmus Mundus proqramları ile bağlıdır. Ölkemizin ali tehsil müessiseleri her il TEMPUS proqramı çerçivesinde 71-den artıq layihe teqdim edirler.

İndiyedek TEMPUS proqramı çerçivesinde ölkemizde Fransa ve Yunanıstan 11, Belçika 2, Almaniya 5, İtaliya, Böyük Britaniya, Şimali İrlandiya ve Niderland 6 layihenin icrasında iştirak edib.

Azerbaycanla UNESCO arasında münasibetler hazırda da uğurla inkişaf edir. 2005-ci ilde Prezident İlham Eliyev “UNESCO üzre Azerbaycan Respublikası Milli Komissiyası ile bağlı elave tedbirler haqqında” serencam imzalayıb ve bu komissiyanın 17 neferlik yeni terkibi müeyyenleşdirilib. 2007-ci ilde ise Azerbaycan Hökumeti ve Heyder Eliyev Fondu ile UNESCO arasında “Azerbaycanda peşe tehsilinin tekmilleşdirilmesi” layihesinin heyata keçirilmesi haqqında saziş imzalanıb. Layiheye esasen, Tehsil Problemleri İnstitutunun terkibinde Texniki Peşe Tehsil Merkezi yaradılıb.

Teşkilatla Tehsil Nazirliyinin emekdaşlığının neticesi olaraq, 2006-cı ilin 12-13 iyun tarixlerinde Bakıda “Azerbaycanda inkluziv tehsil tecrübesi” mövzusunda beynelxalq konfrans keçirilib. Bu, Azerbaycanın tehsil tarixinde inkluziv tehsile hesr olunmuş ilk beynelxalq tedbir olub.

UNESCO ile emekdaşlıq çerçivesinde baş tutan en mühüm tedbirlerden biri de 14-16 may, 2008-ci ilde Heyder Eliyev Fondunun prezidenti Mehriban Eliyevanın teşebbüsü ile Bakıda UNESCO-nun Dünyada Savadlılığın desteklenmesi üzre regional konfransın keçirilmesi olub. Konfransda dünyanın 30-dan çox ölkesinin 200-e yaxın tehsil ekspertleri iştirak edib.

Bu gün Tehsil Nazirliyi “British Council” (Britaniya Şurası) ile, Amerika Birleşmiş Ştatlarının Açıq Cemiyyet İnstitutu ve diger beynelxalq teşkilatlarla sıx emekdaşlıq edir. Azerbaycanın etibarlı terefdaş olması, Prezident İlham Eliyevin tehsil sahesinde görülen böyük işlere xüsusi önem vermesi ölkemizin gelecekde tehsil sahesinde beynelxalq alemde daha böyük uğurlara imza atacağından xeber verir.

29.06.2010

NİCAT İNTİQAM

www.zaman.az