Kayıtlar

Şubat, 2015 tarihine ait yayınlar gösteriliyor

Tələbələrimiz CFA Research Challenge yarışmasında iştirak etdi

Resim
İlk dəfə olaraq Azərbaycan tələbələrinin iştirakı ilə keçirilən “CFA Research Challenge” müsabiqəsinin İstanbul lokal turuna yekun vuruldu. 2002-ci ildən etibarən təşkil olunan yarışma, hər il dərəcəsindən asılı olmayaraq komanda şəklində 55-dən çox ölkədə 800-dən artıq universitetin və 10 minlərlə tələbənin iştirakı ilə, tələbələrin maliyyə analizi bacarıqlarının nümayişi üçün keçirilir.  Yarışma ardıcıl olaraq 3 səviyyədə - CFA İnstitutuna üzv olan yerli cəmiyyətlərin təşkilatçılığı ilə lokal, CFA İnstitutunun bilavasitə ev sahibliyi ilə regional və qlobal səviyyədə keçirilir. Yarışmada iştirakçılardan hər hansı bir yerli (lokal) şirkətin dolğun maliyyə analizini aparmaq və analizin nəticələrinə uyğun hesabat və təqdimat hazırlamaq tələb olunur. Qafqaz Universitetinin  təşəbbüskarlığı ilə, universitetin Sahibkarlığın İnkişafı və Tədqiqatlar Mərkəzinin tələbə üzvlərinin sözügedən yarışmada iştirakını səhm bazarının fəaliy...

E-Ticarət Zirvə Toplantısı

Resim
 Fevral ayının 20-də E-Ticarət İcması və Shopera.az-ın təşkilatçılığı, Kapital Bankın təşkilatı dəstəyi ilə E-Ticarət Zirvə Toplantısı keçirildi. E-TicarətZirvəsi  sahə üzrə mütəxəssislərin təqdimatında panel və müzakirələrdən ibarət olub şirkətlərin 2014-cü il hesabatını, 2015-ci il hədəflərini və 2020-ci ilədək olan strategiyalarnın müzakirəsini əhatə etmişdir. Azərbaycan elektron ticarət sahəsində faəliyyət göstərən şirkət və bankların iştirak etdiyi Zirvədə QUTechnopark nümyəndəliyi də iştirak etmişdir. Tədbirdə direktor İsa müəllim Qasımov QUTechnopark və YFM-nin E-Ticarət inkişafına verdiyi tövhələr mövzusunda məruzə ilə çıxış etdi. Çıxışının sonunda isə İsa müəllim mövzu ilə bağlı sualları cavablandırdı. Әsmər Həşimli http://qutechnopark.az/az/news/2015/02/E-Ticaret-Zirve-Toplantisi-358.html

Endirim kartından "Kitab dünyası"na gedən yol

Resim
  Layihəsi haqqında məlumat verəcəyimiz şəxs Qafqaz Universiteti Biznesin idarə edilməsi və təşkili üzrə son kurs tələbəsi, "Kitab dünyası" layihəsinin təsisçisi Əyyub Hüseynzadədir. Əyyub bəy layihəsinin necə ideyadan əmələ çevrildiyi, qarşılaşdığı uğursuzluqları necə dəf etməsi, bu günə qədərki fəaliyyət yolu, üzləşdiyi əsas çətinliklər, QU Texnoparkın layihəsinə verdiyi töhfələrdən bəhs etdi. Maddi dəstək olmadığı üçün uğursuzluğa uğrayan ilk layihəsi Əyyub bəy startup olaraq fəaliyyətə başlamaq istədiyi ilk vaxtlarda-2009-cu ildə 4 nəfərlik bir komanda ilə yola çıxmışdı. Qafqaz Universiteti Dil hazırlığı kursunda təhsil alan kompyuter mühəndisliyi, maliyyə, kimya mühəndisliyi bölümlərindən iştirak edən tələbələr bir ideya ətrafında birləşmişdi. Tələbələr vebsayt açmağı və istifadəçilərin həmin vebsayt vasitəsi...

Allahdan rəhmət, yaxınlarına səbir diləyirik

Hörmətli dostlar, Çox üzücü bir xəbəri sizinlə paylaşırıq. Hamımızın yaxından tanıdığı, illərdir Universitetimizdə çalışan Universitetimizin İnzibati işlər idarəsi Texniki şöbənin işçisi İmran Allahyarov dünən gecə vəfat etmişdir. Mərhuma Allahdan rəhmət, yaxınlarına səbir diləyirik. Allah cənnət nəsib etsin İnşaallah.

Xocalı əsrin faciəsidir

Resim
Ötən əsrin ən ağır faciəsi, qəddarlığı, amansızlığı ilə Naqasaki, Xirosima, Xatın soyqırımları ilə bir sırada dayanan Xocalı qətliamı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən dəhşətli səhifəsidir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərini zəbt etmiş erməni təcavüzkarları 613 dinc sakini, o cümlədən 106 qadını, 63 uşağı və 70 ahıl insanı amansızlıqla, 56 nəfəri xüsusi qəddarlıq və işgəncə ilə qətlə yetirdilər. 1275 nəfərin əsir götürülməsi ilə nəticələnən azğın erməni hərbçilərinin amansız insan "ovu" 150 günahsız insanın itkin düşməsi, 76-sı azyaşlı uşaq olmaqla 487 nəfərin ömürlük şikəst olması ilə nəticələndi. Amansız qətllərlə dünya tarixində silinməz izlər buraxan Xocalı soyqırımı əslində, erməni təcavüzkarlarının yalnız Azərbaycan xalqına deyil, bəşəriyyətə qarşı ən ağır cinayəti, insanlığa yönəldilmiş qəddarlıq təcəssümü idi.   “Xocalı soyqırımı xalqımızın qan yaddaşıdır”  

QUTechnopark "Sağlam qida və aşçılıq sənəti" seminarını keçirdi

Resim
    Fevral ayının 21-də QUTechnoparkın təşkilatçılığı ilə "Təşəbbüskarlıq seminarları" layihəsi çərçivəsində yeni bir seminar həyata keçirildi. Qonağımız MADO-nun baş aşçısı, "Möcüzə ləzzətlər" verilişinin teleaparıcısı, "Dünya Aşpazlar Cəmiyyəti"nin jüri üzvü, "Ustad sənətkar", "Qızıl əllər" mükafatları, "Sərhəd tanımayan şef" dərəcəsi və Azərbaycanda qida sənayesinin inkişafında göstərdiyi xidmətlərə görə Azərbaycan Bayrağı Ali Diplomuna layiq görülmüş, sahəsi üzrə Azərbaycanın ən professional mütəxəsislərindən olan Mübariz Vəliyev olmuşdur. Şef Mübariz sağlam qidalanma ilə sağlam nəsil anlayışları arasındakı ayrılmaz əlaqə, zərərli qidanın xəstə ruha gətirib çıxarması, onlarla bəslənməyin nəticələri, qida seçimlərimiz bizi sağlam həyatdan məhrum edirmi, dövrümüzdə sağlam qidalanmağımıza mane olan amillər, depressiyaya aparan zərərli qida maddələri , ətrafımızdakılara yardım...

QUTechnoparkın startupçı tələbələri

Resim
Fevral ayının 20-də QU Texnoparkın startupçı tələbələri Əyyub Hüseynzadə və Murad Həsənzadə ilə görüş keçirildi. Tələbələrimiz yeni fikirlərini, layihələrini bölüşdülər.  "Kitab dünyası" layihəsinin təsisçisi, "Girişim savaşçısı "şirkətinin Azərbaycan təmsilçisi, Young Career Academy layihəsinin rəhbəri Əyyub Hüseynzadə və Murad Graphic Designer rəhbəri, yeni  webi.az  layihəsini həyata keçirmək istəyən Murad Həsənzadə üçün yeni imkanların təşkil olunması, layihələrin gələcək fəaliyyəti üçün yeni planların qurulması müzakirə edilmişdir.  Görüş əsnasında Əyyub bəy yeni həyata keçirdiyi Berke Sarpaşın təqdimatında seminardan dolayı təbrik edilmiş, Murad bəyə isə yeni ideyası  webi.az  layihəsini gerçəkləşdirməsi üçün lazımi təlimatlar verilmişdir. http://qutechnopark.az/az/news/2015/02/QUTechnoparkin-startupchi-telebeleri-354.html ...

"BethClip" Dubayda keçiriləcək "STEP Conferance 2015"-də iştirak edəcək

Resim
Qafqaz Universiteti Texnoparkın həyata keçirdiyi Yeni Fikir 2014 Müsabiqəsinin qalibi BethClip lahiyyəsinin Dublində (İrlandiya) keçirilən Web Summit tədbirinə qoşulması və iştirakçılar sırasında olması lahiyyəyə xarici şirkət və investorlar tərəfindən marağın artmasına əsas səbəb olmuşdur. 2014-cü ili bir neçə digər uğurlarla da başa vuran "BethClip"-ə digər uğurlu təkliflər də gəlməkdə davam edir. Belə imkanlardan biri də  2015-ci ilin ilin əlvəlində isə Şərq aləminin WebSummit-i sayılan və "Dubay Silikon Vadisində" adı ilə keçirilən keçirilən "STEP Conterence 2015" proqramının təşkilatçılarından gələn dəvətdir.  "STEP Conterence 2015" proqramının bu ilin Mart ayında Dubayda keçiriləcək. Gələn dəvətə görə "BethClip" Layihəsinin rəhbəri Rəşid Əliyev "STEP Conterence 2015" proqramında iştirak edərək, investor və şirkətlər qarşısında təqdimat etmək hüququ qazanıb. "STEP Conferance 2015" Proqramı BƏ...

Qafqaz Universiteti AzRoboHack2 elektronika yarışı layihəsini elan edir

Resim
AzRoboHack2 Layihəsinin məqsədi respublika universitet tələbəsinin potensialını ortaya çıxarmaq, tələbələrin mueyyen vaxtda çox iş görmək bacarığını inkişaf etdirmək, tələbələrin elektronikaya olan marağını artırmaqdır. Müxtəlif sahələrdə innovativ yanaşmaları ilə fərqlənən Qafqaz Universiteti və QU İKTETM bu layihə ilə Azərbaycanda bir ilkə imza atmışdır. AzRoboHack2 – Qafqaz Universiteti İKT Elmi Tədqiqat Mərkəzinin (QU İKTETM), QUTexnopark, QU Kompyuter Mühəndisliyi bölməsi, IEEE   Azerbaijan Chapter-in təşkilatçılığı,   AZEL Elektronik LTD, ACCODERS, DNS Computers və CeDAWI -nin sporsonluğu, ExpertTV-nin mətbuati dəstəyi ilə   keçirilən elektronika yarışı layihəsidir.   Önəmli tarixlər · Qeydiyyat - 17- 25 Fevral · Seçim müsabiqəsi (Online) - 27 - 28 Fevral · Qəbul haqqında məlumat – 1 Mart · Təlimlər –    07.03.2015 (2 saat) 04.04.2015 (2 saat) 11.04.2015 (2 saat) · Final -         ...

İZKO Tanıtım Günləri davam edir FOTO

Resim
 İZKO adı altında fəaliyyətdə olan komandamızın "İZ" layihəsinin  Universitetin bütün tələbə və müəllim heyətinə çatdırılması və daha çox insanın bu sosial layihədə iştirakını təmin etmək məqsədi ilə  tanıtım günləri davam edir.  Tanıtım günləri 17.02.2015 tarixində də Qafqaz Universiteti İqtisadiyyat və İdarəetmə fakultəsi binası və Dil Tədris Koordinatorluğu binasında (Hazırlıq binası) keçirilmişdir. http://iz.qu.edu.az/az/news/2015/02/iZKO-continues-Days-Promotion-26.html  

İZ layihəsinin ilk tanıtım günü - FOTO

Resim
İZ layihəsinin koordinasiya komandasi  İZKO layihənin ilk tanıtım gününü 16 fevral 2015-ci il tarixində müəllim, tələbə və digər üzvlərinə təqdim etdi.  Layihəyə göstərilən maraq və istəklər İZKO komandasını daha da həvəslə işləməyə təşviq etdi.  Tanıtım günləri 17 fevral tarixində də iqtisadiyyat korpusu saat 12:00-14:00 və Dillər məktəbində 13:00-14:00 arasında davam edəcəkdir.  İZ Layihəsinin təqdimatı olunarkən online olaraq layihələrinizi təqdim edə bilərsiniz. http://iz.qu.edu.az/az/news/2015/02/The-first-day-of-presentation-25.html