Qafqaz Universiteti və “İnkişaf” Elmi Mərkəzi tərəfindən müvafiq təlimlər aparılacaqdır
Bakı, 2 avqust (AzərTAc). 2013-2014-cü dərs ilində ümumi orta təhsil səviyyəsi üzrə yeni fənn kurikulumları ilə 5-ci və 6-cı siniflərdə dərs deyəcək və indiyədək təlimdən keçməyən fənn müəllimləri üçün yeni ümumi orta təhsil kurikulumu üzrə təlimləri həyata keçirmək üçün Təhsil Nazirliyi tərəfindən elan edilən tenderdə Qafqaz Universiteti də uğur qazanmışdır.
AzərTAc xəbər verir ki, Qafqaz Universiteti və “İnkişaf” Elmi Mərkəzi qeyd edilən fənn müəllimləri üçün yeni ümumi orta təhsil kurikulumu üzrə təlimlər aparacaqlar.
Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç bildirmişdir ki, təlimlər ayrı-ayrı rayonlarda keçiriləcəkdir.
Avqustun 2-də Qafqaz Universiteti və “İnkişaf” Elmi Mərkəzi tərəfindən təlimçilər üçün müvafiq seminar təşkil olunmuşdur.