Qafqaz Universiteti təhsil kurikulumu tenderinin qalibidir



Qafqaz Universiteti 2013-2014-cü dərs ilində ümumi orta təhsil səviyyəsi üzrə yeni fənn kurikulumları ilə 5-ci və 6-cı siniflərdə dərs deyəcək və indiyədək təlimdən keçməyən fənn müəllimləri üçün yeni ümumi orta təhsil kurikulumu üzrə təlimiləri həyata keçirmək üçün BİA-nın layihəsi çərçivəsində Təhsil Nazirliyi tərəfindən elan edilən tenderlərdən Abşeron, Dağlıq Şirvan, Quba-Xaçmaz və Şəki-Zaqatala iqtisadi rayonlarında ana dili, coğrafiya, xarici dil, informatika, texnologiya, təsviri incəsənət və musiqi fənləri üzrə qalib elan edilib. Bu barədə universitetdən bildirilib.
Bununla da, ümumi orta təhsil səviyyəsi üzrə yeni fənn kurikulumları ilə bağlı prosesə Qafqaz Universiteti də qoşulmuş oldu. Universitet təlimləri bu sahə ilə bağlı zəngin təcrübəsi olan “İnkişaf” Elmi Mərkəzi ilə birlikdə təşkil edəcək. “İnkişaf” Elmi Mərkəzi 2000-ci ildən başlayaraq müxtəlif beynəlxalq təşkilatlarla birlikdə təhsil islahatını həyata keçirən kadr hazırlığı ilə bağlı fəaliyyət göstərir, ölkədə təlimçilər üçün kursların keçirilməsində, proqram və təlim vəsaitlərinin hazırlamasında aparıcı rol oynayır. Bu əməkdaşlıq təlimlərin daha keyfiyyətli bir şəkildə həyata keçirilməsini təmin edəcək. Əsas məqsədi dövlətini və millətini sevən, elmi və texnoloji biliklərə yiyələnmiş demokratik ruhlu, yüksək səviyyəli mütəxəssislər yetişdirmək olan Qafqaz Universiteti Azərbaycanın elm, texnologiya, təhsil, sosial və ictimai sahələr üzrə tərəqqisinə xidmət etməkdədir.
İlkin

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF