Qafqaz Universiteti BİA- nın layihəsi çərçivəsində Təhsil Nazirliyi tərəfindən elan edilən təhsil kurikulumu tenderin qalibidir.


Qafqaz Universiteti 2013-2014-cü dərs ilində Ümumi  orta təhsil səviyyəsi üzrə yeni fənn kurikulumları ilə 5-ci və 6-cı siniflərdə dərs deyəcək və indiyədək təlimdən keçməyən fənn müəllimləri üçün yeni ümumi orta təhsil kurikulumu üzrə təlimiləri həyata keçirmək üçün BİA- nın layihəsi çərçivəsində Təhsil Nazirliyi tərəfindən elan edilən tenderlərdən Abşeron, Dağlıq Şirvan,  Quba-Xaçmaz və Şəki-Zaqatala iqtisadi rayonlarında ana dili, coğrafiya, xarici dil, informatika, texnologiya, təsviri incəsənət və  musiqi fənləri üzrə qalib elan edilmişdir.

 Bununla da, Ümumi  orta təhsil səviyyəsi üzrə yeni fənn kurikulumları ilə bağlı prosesə Qafqaz Universiteti də qoşulmuş oldu. Universitet təlimləri bu sahə ilə bağlı zəngin təcrübəsi olan "İnkişaf"  Elmi Mərkəzi ilə birlikdə təşkil edəcəkdir. "İnkişaf"  Elmi Mərkəzi 2000-ci ildən başlayaraq müxtəlif beynəlxalq təşkilatlarla birlikdə təhsil islahatını həyata keçirən kadr hazırlığı ilə bağlı fəaliyyət göstərir, ölkədə təlimçilər üçün kursların keçirilməsində, proqram və təlim vəsaitlərin hazırlamasında aparıcı rol oynayır. Bu əməkdaşlıq təlimlərin daha keyfiyyətli bir şəkildə həyata keçirilməsini təmin edəcəkdir.
Əsas məqsədi dövlətini və millətini sevən, elmi və texnoloji biliklərə yiyələnmiş demokratik ruhlu, yüksək səviyyəli mütəxəssislər yetişdirmək olan Qafqaz Universiteti Azərbaycanın elm, texnologiya, təhsil, sosial və ictimai sahələr üzrə tərəqqisinə xidmət etməkdədir.

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF