25 Aralık 2009 Cuma

Azerbaycanda en reytinqli ali mekteb ve ixtisaslar müeyyen edilib

Ali mekteblerin reytinq cedveline Prezident yanında Dövlet İdareçilik Akademiyası başçılıq edir

Öten ille müqayisede ali mekteblere qebul imtahanlarında iştirak etmek üçün sened verenlerin sayı bu il 3645 nefer azalıb. Bu netice TQDK 2009/2010-cu tedris ili üçün telebe qebulunun neticelerinin elmi-statistik tehlilinden sonra elde edilib. Telebe Qebulu üzre Dövlet Komissiyası sedr Meleyke Abbaszadenin bilavasite rehberliyi ile araşdırmaların neyticesine göre, 2009-cu ilde orta ümumtehsil mekteblerinin 108271 mezunu olub. Onlardan 66619 neferi (60.90 %) ali mektebe sened verib.
Elecede, ali mekteblere qebul imtahanlarında 107347 nefer, magistratura imtahanlarında 14711 nefer (I tur imtahanında) ve 6294 nefer ( II tur), esas tehsil bazasından texnikumlara qebul imtahanında 26062 nefer iştirak edib.

Bu il ali mekteblere 29030 plan yeri ayrılıb ki, bundan 19725 yer Azerbaycan bölmesi, 3042 yer rus bölmesi, qalan 6263 yer ise her iki bölmenin birge müsabiqesi üçün nezerde tutulmuşdu. Qebul planı 96.48 % dolub. Cari ilde 3830 nefer magistraturaya, 28009 nefer bakalavriaturaya, 6406 nefer orta tehsil bazasından, 8979 nefer ise esas tehsil bazasından texnikumlara daxil olub.

Abituriyentlerin ixtisas seçimi esasında ali mekteblerin reytinqi formalaşır. Bu il de ali mekteblerin reytinq cedveline Azerbaycan Respublikası Prezidenti yanında Dövlet İdareçilik Akademiyası başçılıq edir. 2-ci yer Azerbaycan Tibb Universitetine, 3-cü yer Azerbaycan Diller Universitetine, 4-cü yer Bakı Dövlet Universitetine mexsusdur. Özel ali mektebler arasında en yüksek reytinqe «Qafqaz» Universiteti malikdir.

Abituriyent erizelerinde Azerbaycan bölmesi üzre en çox birinci yerde gösterilen ixtisaslar aşağıdakılardır: I qrupda “Neft-qaz mühendisliyi” (ADNA), II qrupda “İqtisadiyyat” (ADİU), III qrupda “Xarici dil müellimliyi (ingilis dili)” (ADU), IV qrupda ise “Müalice işi” (ATU).
Abituriyent erizelerinde rus bölmesi üzre en çox birinci yerde gösterilen ixtisaslar ise I qrupda “Kompyuter elmleri” (BDU), II qrupda “İqtisadiyyat” (ADİU), III qrupda “Hüquqşünaslıq” (ABDU), IV qrupda ise “Müalice işi” (ATU) dir.

Elmi-statistik tehlillere göre, 2009-cu ilde abituriyentlerin 62.8 faizi imtahandan "2", 16.5%-i "3", 16.6%-i "4", 4.1%-i ise "5" qiymet alıb. Öten il bu göstericiler uyğun olaraq 56.4%, 17.7%, 20.2%, 5.6% olub.

Bu il Naftalan şeheri, Ağsu, Daşkesen, Terter, Sabirabad, Saatlı, İmişli, Xaçmaz, Yardımlı, Beyleqan, Zerdab, Ucar, Ağcabedi, Şamaxı, Gedebey, Qobustan, Astara, Zaqatala, Hacıqabul, Lerik ve Kürdemir rayonları, elece de Naxçıvan MR-in Şerur, Kengerli, Şahbuz ve Sederek rayonları üzre cari ilin mezunlarının 40%-den çoxunun qebul imtahanlarında topladığı bal 100-den aşağı olub.

Kemale Memmedova
25.12.2009 13:03
Kateqoriya: Tehsil
ANS PRESS
http://anspress.com/index.php?a=2&lng=az&nid=19428