Türkiyə prezidenti Qafqaz Universitetinin tədris binasının açılış və yeni korpuslarının təməlqoyma mərasimində iştirak edib

Azərbaycanda ilk rəsmi səfərdə olan Türkiyə prezidenti Abdulla Gül bu gün Qafqaz Universitetinin tədris binasının açılış və yeni korpuslarının təməlqoyma mərasimində iştirak edib.
APA-nın xəbərinə görə, tədbiri açıq elan edən Qafqaz Universitetinin rektoru Əhməd Saniç bildirib ki, bu ali təhsil müəssisəsində hüquq, iqtisadi, mühəndis və pedaqogika ixtisasları üzrə 2400 tələbə təhsil alır. Azərbaycanın təhsil naziri Misir Mərdanov Qafqaz Universitetində tələbələrə yüksək səviyyəli təhsil verildiyini deyib. Türkiyə prezidenti Abdulla Gül Qafqaz Universitetinə gəlişini “Azərbaycan-Türkiyə münasibətlərinin ən yaxşı simvolu” adlandırıb: “Bizim əlaqələrimiz təkcə siyasi, iqtisadi və hərbi sahələrdə deyil, həm də təhsil və mədəniyyət sahələrində də inkişaf edir”. A.Gül universitet məzunlarının Azərbaycanın gələcəyində mühüm rol oynayacağına əminliyini vurğulayıb. Daha sonra Qafqaz Universitetinin yeni korpusların təməlqoyma mərasimi keçirilib, Türkiyə prezidenti tədris binasına baxış keçirib. /APA/

http://apa.az

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF