Qafqaz Universitetində "Hüquq mədəniyyəti" adlı seminar keçirilib


Bu günlərdə Qafqaz Universitetində "Hüquq mədəniyyəti" adlı seminar təşkil edilib. Seminarda çıxış edən "Simurq" Assosiasiyasının prezidenti, professor Fuad Məmmədov deyib ki, Qafqaz Universitetində mütəmadi olaraq müxtəlif mövzulu seminarlar təşkil edilir. Bu seminarlarda tələbələrlə yanaşı yüksək ixtisaslı mütəxəssislər, peşəkarlar da iştirak edir. Onun sözlərinə görə, bu kimi seminarların təşkili orada müzakirə edilən mövzular haqqında tələbələrin daha ətraflı məlumat almasına şərait yaradır: "Budəfəki "Hüquq mədəniyyəti" adlı seminarda əsasən mədəniyyət mövzusu önə çəkilib. Mədəniyyətimizin mövcud durumu, probemləri, inkişafı istiqamətində atılan addımlar bizim əsas müzakirə mövzumuzdur. Məlum məsələdir ki, Azərbaycan mədəniyyəti, mədəni irsi ilə bütün dünyada tanınır. Mədəniyyət xalqı yaşadan ikinci nəfəsdir. Bunu unutmamalıyıq və hər vasitə ilə xalqımızın indiyədək qoruyub saxladığı mədəni irsini daha da inkişaf etdirməliyik. Mədəniyyət geniş anlamda bir çox sahələri əhatə edir. Bu sırada hüquq mədəniyyəti də öndə durur. Azərbaycan qanunvericiliyində nəzərdə tutulan qanun-qaydalara lazımlı səviyyədə riayət etmək də bir mədəniyyətdir". Mədəniyyətimizi tələbələrə sevdirmək baxımından bu cür seminarların təşkilini yüksək qiymətləndirən Assosiasiya prezidenti bildirib ki, hazırda Qafqaz Universitetidə mədəni irsimizin təbliği istiqamətində lazımi tədbirlər görülür.
S.QARAYEVA

www.525.az

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF