Yeni Fikir 2014 qalibi BethClip növbəti Toxum İnvestisiyasını Amerikanın Imperious Group investisiya şirkətindən aldı
Qafqaz
Universiteti Texnioparkının (QUTechnopark) həyata keçirdiyi Yeni Fikir
2014 Müsabiqəsində birinci yeri qazanaraq ilk toxum investisiyasını
(10000 manat) əldə edən BethClip layihəsi bir ilə yaxın müddətdə
uğurlarını inkişaf etdirərək böyük investisiyanı aldı. Belə ki,
BethClip özünün ikinci Toxum İnvestisiyasını rəsmi olaraq almış və
Amerikanın Imperious Group investisiya şirkəti ilə uzun müddətli bir
müqavilə imzalamışdır! Bu BethClip'in imkanlarını daha da artıracaq və
sizlərə daha yaxşı xidmət göstərməsinə kömək edəcək!
BethClip nədir?
BethClip
ingilis dilindəki between və clipboard sözlərinin köklərinin (beth və
clip) birləşməsi olmaqla müxtəlif platformalı cihazlar arasında
buferdəki (clipboard) məlumatların digər cihaz və cihazlara bir kliklə
və ani olaraq ötürmək üçün xidmət növlü proqram təminatıdır (SaaS).
Lahiyyə 2013-cü ildə Əliyev Rəşid tərəfindən yaradılmış və bir
çoxlarının qısa zamanda və az addım sayı ilə məlumatlarının digər
cihazlarına ötürülməsi zamanı baş verən çətinliklərin aradan
qaldırılmasına xidmət etmək üçün nəzərdə tutulmuşdur.
Xidmət iki və daha çox cihaz arasında clipboardın və digər məlumatların ani olaraq məlumatın ötürülməsinə kömək edəm xidmətdir.
BethClip layihəsinin digər uğurları haqqında:
BethClip
Azərbaycanın son zamanlarda həm daxili həm də beynəlxalq aləmdə uğur
qazanmış layihələrindən biridir. Layihə 2013-cü ilin Mart ayında Rəşid
Əliyev tərəfindən irəli sürülmüşdür. Layihənin rəhbəri Rəşidin dediyinə
görə layihə ilk öncə özünün sözü gedən problemlə çox rastlaşmağından
irəli gəlib. Problemin həlli yollarına baxdıqda isə bazarda olan boşluğu
görən Rəşid artıq 2014-cü ilə doğru komandasını qurmağa və bacarıqlı
gəncləri öz ətrafına toplamağa başlayıb. Nəhayət layihə özünün aktiv
fəaliyyətinə 2014-cü ilin Aprel ayından etibarən başlamışdır.
BethClip
regionumuzun ən böyük texnologiya sərgisi olan Bakutel sərgisində
2013-cü ildə iştirak etməyə başlamış və ilk iştirak sertifikatını
almışdır.
18
Aprel 2014-cü ildə BethClip ilk dəfə beynəlxalq bir start-up yarışması
olan SeedStars Worldwide 2014 yarışmasında iştirak etmişdir.
17
May 2014-cü il tarixində BethClip QuTechnoPark tərəfindən həyata
keçirilən start-up ideya yarışmasında Finalist olmuş və özünün ilk Toxum
İnvestisiyasını (AZN 10 000) almışdır. Bu nailiyyət BethClip’in sonrakı
uğurlarına yol açmış və qazandığı maliyyə dəstəyi xarici layihələrdə də
iştirakına şərait yaratmışdır. Bundan əlavə layihənin qalibi kimi
QuTechnoPark tərəfindən ödənişsiz ofis, texnologiya avadanlıqları və
medya dəstəyi əldə etmişdir.
28
İyun 2014-cü ildə BethClip Bakı Startup Sərgisində (Baku Start-up Fair)
iştirak etmişdir. Burada həm yerli həm də regional startuplarla
tanışlıq qurmaq imkanı əldə etmişdir.
3
iyul 2014-cü ildə BethClip Startup Azərbaycan yarışmasının 6
Finalistindən biri elan olunmuş və Yüksək Texnologiyalar Parkının
rezidenti seçilmişdir.
15
Avqust 2014-cü ildə BethClip Ukraynanın Happy Farm Biznes
İnkubasiyasının 2 həftəlik proqramında iştirak etmiş və Amerikaya
Silicon Valley’ə getmək şansı əldə etmişdir. Orada bir çox nüfuzlu
startupların və iri bizneslərin ofislərində olan BethClip həmçinin
biznesə investisiyayla maraqlanan tərəflərlə də görüşmüşdür. Silicon
Valley’in nüfuzlu kapitalistlərindən İmperious Group BethCliplə
investisiya müqaviləsi imzalamışdır. İnvestisiyanın şərtlərinə əsasən
BethClip ikinci Toxum İnvestisiyasını ($ 30 000) almışdır.
26-30
Sentyabr 2014-cü ildə BethClip Startup İstanbul təlim və prezentasiya
sessiyalarında iştirak etmişdir. Bu tədbir layihənin beynəlxalq arenada
tanınması adına atılmış uğurlu bir addım idi.
13 Oktyabr 2014-cü ildə BethClip Amerikanın Delaware ştatında rəsmi şirkət qeydiyyatından keçmişdir.
4-6
Noyabr 2014-cü il tarixində BethClip dünyanın ən böyük Texnologiya
Görüşündə (Web Summit Dublin) iştirak etmiş və beynəlxalq əhatəsini daha
da artırmışdır. İrlandiyanın paytaxtı Dublində keçirilən bu tədbir
BethClip’in uğurla iştirak etdiyi ən böyük beynəlxalq tədbir olmuşdur.
2-5
Dekabr 2014-cü il tarixlərində BethClip artıq ikinci il Bakutel
Sərgisində iştirak etmişdir. Bu il 20 İllik Yubileyi qeyd olunan Sərgidə
eksklyuziv sayda iştirakçı və Google, Microsoft kimi iri bizneslər
işirak edirdi. BethClip sərgi iştirakçılarından biri idi.
19 Dekabr 2014-cü ildə MilliNet Azərbaycan yarışmasında “Mobil Tətbiqlər” kateqoriyasında birinci yer olmuşdur.
24
Dekabr 2014-cü ildə BethClip AMEA’ın 1-ci Texnologiya və İxtira,
Faydalı Model və Sənaye Nümunələri Sərgisində iştirak etmişdir.