"İdeya səndən pul bizdən" tanıtım yarışması əsasında püşkatma keçirildi


"İdeya səndən pul bizdən" tanıtım yarışması əsasında püşkatma keçirildi
Yeni Fikir 2015 Müsabiqəsinin ictimailəşdirilməsi məqsədi ilə həyata keçirilən "İdeya səndən pul bizdən" tanıtım yarışmasında püşkatma keçirildi. Püşkatma Yanvar ayının 29-da QU Texnoparkda baş tutdu.
Qafqaz Universitetinin müəllim və tələbə heyətinin böyük marağına səbəb olan tədbirdə qaliblər püşkatma yolu ilə seçildi.
Yarış Yanvar ayının 26-dan etibarən, müxtəlif günlərdə, universitetin bütün korpuslarında qurulmuş stendlərdə və sosial şəbəkələrdə elan edilmişdi. Yarışın şərtlərini görə iştirakçı hər bir kəs, xüsusi hazırlanmış stend önündə şəkil çəkdirərək, həmin şəkli istifadə etdiyi sosial şəbəkə profilində "Yeni Fikir Müsabiqəsi"ni də seçərək("tag" edərək), paylaşmalı idi.
Yarışmanı keçirən QUTexnopark könüllüləri iştirakçıların telefon nömrələrini və adlarını eyniölçülü kağızlara yazaraq, püşkatamanı təmin etdilər.
Yarışmanın nəticələrinə görə 6 iştirakçının hədiyyə qazanacağı planlaşdırılmışdı. 
Hədiyyələr aşağıdakılar idi:
  • "Kazanmak istiyorum" kitabı,
  • "Futbolun dahi liderleri" kitabı,
  • "Coca Cola-da Co olmak" kitabı,
  • "Eyvah! İş görüşmesi" kitabı,
  • "Genç girişimcilerin başarı sırları" kitabı,
  • Samsung Galaxy Grand Prime G530 mobil telefonu
Mükafatlar arasında qeyd olunan dəyərli kitabları qazanan iştirakçılar QU Kompyuter Mühəndisliyi ixtisası üzrə birinci kurs tələbəsi Malik Ağayev, QU Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə birinci kurs tələbəsi Hüseyn Nozarov, İngilis dili və ədəbiyyatı ixtisası üzrə ikinci kurs tələbəsi Günel Tacıyeva, QU tələbəsi Eltac Ramazanlı və Qafqaz Universiteti Daimi İnkişaf Mərkəzi koordinatoru Turqay Bədəlov oldu..
Samsung Galaxy Grand Prime G530 mobil telefonuna sahib olan isə Qu İnşaat mühəndisliyi ixtisası üzrə birinci kurs tələbəsi Mirsəyyad Hüseyni oldu.
Hədiyyə qazananları təbrik edir, hər bir kəsi Yeni Fikir 2015 Müsabiqəsində iştirak etməyə dəvət edirik.
Qeyd edək ki, Yeni Fikir 2015 Müsabiqəsinə qeydiyyat http://yenifikir.az/ veb səhifəsi üzərindən elektron formada həyata keçirilir. Müraciət üçün son tarix 05 Fevral 2015-ci ildir.

Əsmər Həşimli
QUTexnopark könüllüsü

QafqazLife

Instagram