Təhsilə önəm verən Qafqaz Universiteti və BP şirkətləri arasında lahiyələr davamlı olacaq
Qafqaz universiteti, öz tələbələrini iş dünyasına hazır kadrlar kimi yetişdirməyi qarşısına əsas məqsəd qoymuşdur. Bu məqsədi yerinə yetirmək üçün universitet mütəmadi olaraq müxtəlif dövlət qurumları və özəl şirkətlərlə sıx əməkdaşılq edərək tələbələrini yüksək ixtisaslı kadrlar olaraq yetişdirilməsində bu qurum və şirkətlərin təcrübələrindən yararlanır. Ölkəmizdə ən böyük özəl şirkətlərdən biri də BP Azərbaycan şirkətidir. BP Azərbaycan, Qafqaz universiteti ilə bir sıra layihələrə imza atmışdır. Bu layihələrdən ən əhəmiyyətlisi Qafqaz Universiteti ilə BP Azərbaycan şirkəti arasında imzalanmış memarondoma əsasən Mühəndislik məktəbinin genişləndirilməsi layihəsidir. Layihə çərçivəsində BP Azərbaycan şirkətinin sponsorluğunda universitetin mühəndislik fakültəsi nəzdində 4-ü kimya mühəndisliyi və 12-si mexanika mühəndisliyi ixtisasında olmaqla toplam 16 adda yüksək texnologiyaya sahib avadanlıqlarla əhatə olunmuş laboratoriyalar tələbələrin istifadəsinə verilmişdir.
Universitet ilə şirkətin əməkdaşlığı çərçivəsində BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell Qafqaz Universiteti tələbələrinə “BP-nin Azərbaycanın neft və qaz sənayesinin inkişafındakı rolu” mövzusunda seminar vermişdir. Qafqaz Universitetindəki seminarda qonaqları salamlayan Qordon Birrell, BP-nin Azərbaycandakı 20 illik fəaliyyətindən söz açdı. Gələcək planlarından danışan BP-nin prezidenti, Azərbaycanda ilk dəfə 1994-cü ildə işə başladıqlarını 1997-ci ildə isə artıq böyük nəticələrə nail olduqlarını bildirdi. Qordon Birrellin sözlərinə görə 3 il ərzində bu işləri görmək böyük möcüzə idi. Ancaq BP bunu həyata keçirə bildi. Bunun əsas səbəbi isə Azərbaycan hökümətinin apardığı uğurlu siyasətin nəticəsidir. Bakı-Tibilisi-Ceyhan magistiral xətti haqqında söhbətinə davam edən Qordon Birrell, boru xəttinin keçdiyi marşurutun ərazi quruluşundan da danışıb. BP-nin prezidenti Qordon Birrell: “Bakı-Tibilisi-Ceyhan xəttinin keçdiyi ərazilər çox mürəkkəbdir. Azərbaycanda suyun altı ilə, Gürcüstanda dağların arasından neft borusunu keçirtmək elə də asan deyil.
” BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell, bu regionda layihələri həyata keçirmək üçün ümumilikdə 45 milyard dollar vəsait xərclədiklərini bildirdi. Q. Birrell BP-nin, Azərbaycan, Gürcüstan və Türkiyədə elmi araşdırmalar və tədqiqat üçün hər il 500 milyon dollar ayrıldığını bildirdi. BP-nin prezidenti Qordon Birrell: “TANAP layihəsində yeni texnologiyalardan yararlanmağı düşünürük. Bundan başqa biz TANAP layihəsi çərçivəsində Gürcüstanda iki böyük qaz kompressoru stansiyası tikməyi planlaşdırırıq. ”Xəzər dənizində yeni qazılacaq iki neft yatağında da, BP ən son texnalogiyadan istifadə edəcəkdir.
Q. Birrellin verdiyi məlumata görə, yeni texnika sayəsində yataqlardan 40 faiz deyil 60 faiz xam neft əldə etmək mümkün olacaq. Sonda tələbələrin suallarını cavablandıran BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell səmimi qəbula görə Universitet rəhbərliyinə öz təşəkkürünü bildirdi.
Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç qonağa Universiteti ziyarət etdiyi üçün və təcrübələrini tələbərlə bölüşdüyü üçün təşəkkür etdi. Daha sonra professor A. Saniç: “Biz bir daha şahid olduq ki, BP Azərbaycanda əhəmiyyətli işləri böyük uğurla həyata keçirir. Bu günə qədər biz BP ilə birgə çox önəmli təhsil layihələri həyata keçirmişik. BP tərəfindən Universitetimizdə açılmış kimya və mexanika labaratoriyaları savadlı mütəxəsisslərin yetişməsində önəmli rol oynayır. Təhsilə önəm verən Qafqaz Universiteti və BP şirkətləri arasında belə lahiyələrin davamlı olacağına inanıram”.
http://www.qu.edu.az/az/news/Projects-between-BP-and-Qafqaz-University-will-continue-6007.html