Böyük Britaniyanın məşhur MTİ şirkətinin nümayəndələri QUTechnopark-da

 Dekabrın 17-də Qafqaz Universitetində Böyük Britaniyanın İKT sahəsində vençur maliyyələşdirilməsi və texnologiyaların transferini həyata keçirən qabaqcıl şirkətlərindən MTİ-nin səlahiyyətli nümayəndələri ilə görüş keçirildi. Görüşdə Qafqaz Universitetinin rektoru prof. Ahmet Saniç, Qafqaz Universiteti Texnoparkının İdarə Heyətinin üzvləri və universitetin professor-müəlim heyəti iştirak etdi.
            MTİ şirkətinin nümayəndələrindən - şirkətinin baş partnyoru Simon Robeson, idarəedici partnyoru Riçard Henderson, risk üzrə partnyoru Mahmut Sinoplu, ümumi partnyoru David Livesley və Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin (RYTN) tabeliyində fəaliyyət göstərən İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondununun (İTİDF) nümayəndəsi Anar Cəfərovla birgə keçirilən görüşdə Qafqaz Universitetinin informasiya texnologiyaları (İT) və  texnoloji transfer potensialı və əhəmiyyəti haqqında müzakirələr aparıldı.
            prof. Ahmet Saniç Qafqaz Universitetinin sənaye ilə əməkdaşlığına əhəmiyyət verdiyini vurğulayaraq, bununla bağlı universitetdə formalaşdırılmış struktur və digər potensial imkanlardan bəhs etdi. Qonaqlara Qafqaz Universiteti İş Dünyası ilə Əlaqələr üzrə prorektorluğunun, həmçinin Qafqaz Universiteti Texnoparkının həyata keçirdiyi layələr haqqında qısa məlumat verildi.
            MTİ şirkətinin təmsilçiləri isə səfərin məqsədi və maraqlı olduqları sahə haqqında informasiya verdilər.
            Müzakirələr və fikir mübadiləsi Qafqaz Universiteti Texnoparkında davam etdirildi. Qonaqlar  burada texnoparkın həyata keçiridyi Yeni Fikir Müsabiqəsi (YFM) və şirkətlərin fəaliyyəti ilə yaxından tanış oldular. YFM iştirakçılarına verilən dəstək, eləcə də əldə edilən nailiyyətlər  MTİ şirkətinin nümayəndələrinin marağına səbəb oldu.
            Görüşün sonunda əməkdaşlıqların davam etdirilə bilcəyi istiqamətlər üzrə gələcəkdə təkrar görüşlərin mümükünlüyü müzakirə edildi.
Qeyd edək ki, Böyük Britaniyada texnoloji transfer üzrə Oksford və Mançester Universitetləri ilə əməkdaşlıq edən MTİ şirkəti Mançester Universitetində son 5 ildə yaradılan startap layihələrinə 150 milyon funt sterlinqdən artıq vəsait cəlb etmişdir. MTİ şirkəti tərəfindən təsis olunmuş “TransTech Capital” (TTC) fondu Türkiyədə texnologiyaya yönəldilən investisiya strategiyasını inkişaf etdirmək üçün 2012-ci ildə yaradılmışdır. Türkiyənin aparıcı universiteti olan Orta Doğu Texniki Universiteti ilə tərəfdaşlıqda Fond Avropa İnvestisiya Bankının dəstəyilə universitetlərdə yaradılan startapların dəstəklənməsi üzrə fondun idarə edilməsini həyata keçirir. MTİ şirkəti bu sahədə olan təcrübəsinin Azərbaycanda tətbiqi və qarşılıqlı əməkdaşlığın qurulmasında maraqlıdır. 

http://qutechnopark.az/en/news/2014/12/Boyuk-Britaniyanin-meshhur-MTi-shirketinin-numayendeleri-QUTechnopark-da-317.html

Vugar Mamedov

Instagram