Kayıtlar

Aralık, 2014 tarihine ait yayınlar gösteriliyor

“Azərbaycan müəllimi” mükafatlandırıldı

Resim
Qafqaz Universitetində “Azərbaycan müəllimi” qəzetinin mükafatlandırma mərasimi keçirilib. Mərasimdə Azərbaycan Təhsil Şurası tərəfindən “Azərbaycan müəllimi” qəzeti ilin ən yaxşı mətbu orqanı seçilib və diploma layiq görülüb. Azərbaycan Təhsil Şurasının İdarə Heyətinin üzvləri, Azərbaycan müəllimi qəzetininin redaksiya heyətinin üzvləri və Qafqaz Universiteti müəllimlərinin iştirak etdiyi tədbirdə universitet - qəzet əməkdaşlığından da geniş söhbət açılıb. “Azərbaycan müəllimi” qəzetinin əməkdaşlarının əvvəllər də universitetin qonağı olduqlarını bildirən rektor, professor Ahmet Saniç bu əməkdaşlıqdan məmnun olduqlarını dilə gətirdi: “Azərbaycan müəllimi qəzeti ilə uzun müddətdir əməkdaşlıq edirik. Bu qəzet həqiqətən də üzərinə düşən vəzifənin öhdəsindən çox yüksək səviyyədə gəlir. İllər keçdikcə yaşlanmır, əksinə daha da gəncləşir və əhatə dairəsi genişlənir”. Rektor “Azərbaycan m...

Nərminə xanımın növbəti böyük qələbəsi...

Resim
Son günlərdə yalnız Tərcümə bölümü deyil, həm də bütün Qafqaz Universiteti  ailəsinin fəxr və sevinc hissinə səbəb olan daha bir xoş hadisə baş verib. Azərbaycan Respublikası Prezidenti cənab Ilham Əliyevin sərəncamı ilə Qafqaz Universiteti Tərcümə bölümü rəhbəri, dosent Nərminə xanım Əliyeva 2013-2014 ili üçün "İlin ən yaxşı müəllimi" nominasiyasına layiq görülüb. Artıq ikinci dəfə bu ada layiq görülən Nərminə xanım ilk dəfə seçildiyi 2009-cu ildən etibarən öz üzərində daha böyük məsuliyyət hiss edərək daha çox çalışdığını qeyd etmişdir. O vurğulamışdır ki, bu ada layiq görülmək məqsədi vətənə xidmət, vətən övladlarının yüksək səviyyəli təhsil əldə etməsi, həmçinin öz elmi fəaliyyət və müəllimlik peşəsinin inkişafı olan hər bir müəllimin arzusudur. Bu cür mükafatlandırılmaq öz əməyinin qarşılığını görmək cəhətdən əvəzolunmazdır. Nərminə xanım həmçinin Qafqaz Universitetinin bu sahədəki böyük rolunu vurğulayaraq, "Qafqaz Universiteti təkcə tələbələri yox, həm də müəl...

SOCAR I Respublika Əqli Mülkiyyət və İnnovasiya sərgisində iştirak etmişdir

Resim
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası-İnformasiya Resursları Mərkəzində I Respublika Əqli Mülkiyyət və İnnovasiya sərgisi keçirilmişdir.   Sərgi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”na uyğun təşkil edilmişdir. Sərgidə AMEA-nın institutları ilə yanaşı, SOCAR, ''Azərenerji'' ASC, Müdafiə Sənayesi Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, “ASAN xidmət” İnnovasiyalar Mərkəzi, Milli Aviasiya Akademiyası, Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Qafqaz Universiteti və s. təşkilatların, özəl sektor təmsilçilərinin pavilyonları nümayiş etdirilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti sərgidə ayrıca pavilyonla iştirak etmişdir. Son illər elmi-innovativ sahədə şirkətin əldə etdiyi nailiyyətlər barədə videoçarx göstərilmiş, müxtəlif fəaliyyət sahələri üzrə maket, albom, buklet və posterlər va...

E-Universitet layihəsi tələbələrin işini asanlaşdıracaq

Resim
“İnnovasiya və ixtira, faydalı model və sənaye nümunələri" sərgisində Qafqaz Universitetinin e-Universitet layihəsini təqdim olunub. Layihənin əsas məqsədi ali təhsil müəssisələrinin tədris və idarə proseslərinin tətbiqini avtomatlaşdıran məlumat idarəetmə sisteminin təkmilləşdirilməsidir. Məlumatı Xeberler.az-a QUTechnopark-ın idarə heyətinin sədri Şahin Durmaz verib. Şahin Durmaz elektron sistemin əsas hədəfinin universitet idarə bölmələri personalı və tələbələrinin işinin asanlaşdırmaq olduğunu bildirib. “Sistemin funksionallağı nəticəsində universitetdə baş verən yeniliklərdən və tələbələrə aid elanlardan xəbərdar olmaq, keçirilən soğularda iştirak etmək imkanlar var. Sistem üzərindən tələbələrin qiymətləndirilməsi və davamiyyəti sistemə daxil edilə bilər”. Jalə Şahinqızı http://xeberler.az/site/shownews.php?news_id=8113

Bir kliklə məlumatın köçürülməsini mümkün edən -“BethClip”

Resim
“BethClip” layihəsi bulud üzərindən məlumat buferinin köçürülməsi üçün xidmətdir. Layihənin rəhbəri Rəşid Əliyev Xeberler.az bildirib ki, layihə müxtəlif platformalar və cihazlar arasında çalışır və bir kliklə cihazın “clipboard”ındakı məlumatı digər cihazlara ötürür. Köçürülmüş elementləri yenidən istifadə etmək olur. Bu sistem vasitəsilə Android-dən Iphone-a, Iphone-dan Windows-a məlumatlar köçürmək mümkündür. Layihə “Startup Azərbaycan- 2014” , “Yeni Fikir” (2014) və “Milli Net-2014” müsabiqələrində 1-ci yerə layiq görülüb. Jalə Şahinqızı http://xeberler.az/site/shownews.php?news_id=8111

“İnnovasiya və ixtira, faydalı model və sənaye nümunələri

Resim
Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Resursları Mərkəzində “İnnovasiya və ixtira, faydalı model və sənaye nümunələri" sərgisi işə başlayıb. Sərgi iki gün davam edəcək. Tədbirin açılışında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov sərginin Azərbaycan respublikası Prezidentinin 2014-cü il 12 mart tarixli sərəmcamı ilə təsdiq edilmiş “Azərbaycan respublikasında 2014-cü ilin “Sənaye ili” bağlı Tədbirlər Planı”na müvafiq olaraq həyata keçirildiyini qeyd edib. Sərginin keçirlməsinin əhəmiyyətindən danışan AMEA-nın prezidenti Akif Əlizadə sərginin Azərbaycanda ilk dəfə keçirildiyini bildirib. Açılış mərasimində iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov, Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov da çıxış edərək sərginin sənayenin inkişafında mühüm əhəmiyyəti olduğunu vurğulayıblar. Xeberler.az məlumat verir ki, sərgidə AMEA-nın institutları, Milli Aviasiya Akademiyası, "Azərenerji...

Bir kliklə məlumatın köçürülməsini mümkün edən -“BethClip”

Resim
“BethClip” layihəsi bulud üzərindən məlumat buferinin köçürülməsi üçün xidmətdir. Layihənin rəhbəri Rəşid Əliyev Xeberler.az bildirib ki, layihə müxtəlif platformalar və cihazlar arasında çalışır və bir kliklə cihazın “clipboard”ındakı məlumatı digər cihazlara ötürür. Köçürülmüş elementləri yenidən istifadə etmək olur. Bu sistem vasitəsilə Android-dən Iphone-a, Iphone-dan Windows-a məlumatlar köçürmək mümkündür. Layihə “Startup Azərbaycan- 2014” , “Yeni Fikir” (2014) və “Milli Net-2014” müsabiqələrində 1-ci yerə layiq görülüb. http://xeberler.az/site/shownews.php?news_id=8111

QUTechnopark "Mənim xəyalım, Mənim şirkətim" seminarını keçirdi

Resim
      Müxtəlif layihələrlə sahibkarlığın inkişafına dəstək verən QUTechnopark Təşəbbüskarlıq seminarları silsiləsindən növbəti seminarı keçirdi.        20 Dekabr 2014-cü il tarixində keçirilən seminar Əyyub Hüseynzadə tərəfindən "Mənim xəyalım, Mənim şirkətim" mövzusunda  təşkil edildi. Seminarda müxtəlif universitetlərin tələbə və magistrları, eləcə də məzunları iştirak etdi.      Seminar mövzu əsasında aşağıdakı sahələr üzrə təqdimatlar aparıldı: Nədir bu Startup dedikləri Azərbaycanda və Dünyada Startuplar Şəxsi Biznesə sahib olma yolları Biznesdə Problemlər      Xatırladaq ki, ”Təşəbbüskarlıq Seminarları” Sahibkarlığın inkişafına dəstək layihəsidir.Layihənin həyata keçirilməsində məqsəd gənclər arasında təşəbbüskar yanaşmanı inkişaf etdirməkdir. Bu aspektdə həyata keçirilən programlarda universitet-sənaye əmə...

Böyük Britaniyanın məşhur MTİ şirkətinin nümayəndələri QUTechnopark-da

Resim
 Dekabrın 17-də Qafqaz Universitetində Böyük Britaniyanın İKT sahəsində vençur maliyyələşdirilməsi və texnologiyaların transferini həyata keçirən qabaqcıl şirkətlərindən MTİ-nin səlahiyyətli nümayəndələri ilə görüş keçirildi. Görüşdə Qafqaz Universitetinin rektoru prof. Ahmet Saniç, Qafqaz Universiteti Texnoparkının İdarə Heyətinin üzvləri və universitetin professor-müəlim heyəti iştirak etdi.             MTİ şirkətinin nümayəndələrindən - şirkətinin baş partnyoru Simon Robeson, idarəedici partnyoru Riçard Henderson, risk üzrə partnyoru Mahmut Sinoplu, ümumi partnyoru David Livesley və Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin (RYTN) tabeliyində fəaliyyət göstərən İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondununun (İTİDF) nümayəndəsi Anar Cəfərovla birgə keçirilən görüşdə Qafqaz Universitetinin informasiya texnologiyaları (İT) və  texnoloji transfer potensialı və əhəmiyyət...

Böyük Britaniyanın məşhur MTİ şirkətinin nümayəndələri QUTechnopark-da

Resim
 Dekabrın 17-də Qafqaz Universitetində Böyük Britaniyanın İKT sahəsində vençur maliyyələşdirilməsi və texnologiyaların transferini həyata keçirən qabaqcıl şirkətlərindən MTİ-nin səlahiyyətli nümayəndələri ilə görüş keçirildi. Görüşdə Qafqaz Universitetinin rektoru prof. Ahmet Saniç, Qafqaz Universiteti Texnoparkının İdarə Heyətinin üzvləri və universitetin professor-müəlim heyəti iştirak etdi. MTİ şirkətinin nümayəndələrindən - şirkətinin baş partnyoru Simon Robeson, idarəedici partnyoru Riçard Henderson, risk üzrə partnyoru Mahmut Sinoplu, ümumi partnyoru David Livesley və Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin (RYTN) tabeliyində fəaliyyət göstərən İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondununun (İTİDF) nümayəndəsi Anar Cəfərovla birgə keçirilən görüşdə Qafqaz Universitetinin informasiya texnologiyaları (İT) və  texnol...

Uğur karyeranı doğru təyin etməkdən başlar

Resim
     Müxtəlif layihələrlə sahibkarlığın inkişafına dəstək verən QUTechnopark Təşəbbüskarlıq seminarları silsiləsindən növbəti seminarı keçirdi.      13 Dekabr 2014-cü il tarixində keçirilən seminar Fərdi İnkişaf & Test Mərkəzinin təsisçisi Samir Məmmədov tərəfindən "Uğur karyeranı doğru təyin etməkdən başlar" mövzusunda seminar təşkil edildi. Seminarda müxtəlif universitetlərin tələbə və magistrları, eləcə də məzunları iştirak etdi.      Seminar mövzu əsasında aşağıdakı sahələr üzrə təqdimatlar aparıldı: Özünü reallaşdırma İş seçimində edilən yanlışlıqlar və nəticələr Uğurmu və Xoşbəxtlikmi? Xəyal və Hədəf anlayışı Şəxslərarası Münasibətlər Çarəsizlik & Tənbəllik Uğursuzluq qorxusu & Idar ə edilməsi      Xatırladaq ki, ”Təşəbbüskarlıq Seminarları” Sahibkarlığın inkişafına dəstək layihəsidir.Layihənin həyat...

Hədəfimiz Azərbaycanda robot texnikası və süni intellekt sahələrindəki inkişafa töhfə verməkdir

Resim
“Ən böyük hədəfimiz robot texnikası və süni intellekt  sahələrində dünya səviyyəli layihələr həyata keçirmək, eyni zamanda Azərbaycanda bu istiqamətlərin inkişafına töhfə verməkdir”.   Bu barədə Qafqaz Universitetinin İnformasiya Kommunikasiya Texnologiyaları üzrə Elmi Tədqiqat Mərkəzinin (İKTETM) direktoru Ümit İlhan “Rabitə dünyası” ilə söhbətində bildirib. Onun sözlərinə görə, yaşadığımız texnoloji inkişaf dövründə dünyada robot texnikası üzrə layihələr təkmilləşdirilməkdədir: “Azərbaycanın da bu inkişafdan geri qalmaması üçün biz üzərimizə düşən işləri görməyə çalışırıq. Bunun üçün də xaricdəki təcrübəli şirkətlər və elmi işçilərlə davamlı əlaqələr qururuq. Universitetin nəzdində 2008-ci ildən bəri fəaliyyətə başlamış İKTETM olaraq, robot texnikası və süni intellekt sahələrində araşdırmalar edirik və bu sahənin Azərbaycanda inkişaf etməsini istəyirik. Bu baxımdan, “Bakutel” sərgisi gördüyümüz bu işlərin nümayişi üçün böyük bir fürsətdir”. Mərkəz rəhbəri İKTETM-in “Ba...

Azərbaycanda robot texnikası və süni intellekt sahələri

Resim
“Ən böyük hədəfimiz robot texnikası və süni intellekt  sahələrində dünya səviyyəli layihələr həyata keçirmək, eyni zamanda Azərbaycanda bu istiqamətlərin inkişafına töhfə verməkdir”.   Bu barədə Qafqaz Universitetinin İnformasiya Kommunikasiya Texnologiyaları üzrə Elmi Tədqiqat Mərkəzinin (İKTETM) direktoru Ümit İlhan “Rabitə dünyası” ilə söhbətində bildirib. Onun sözlərinə görə, yaşadığımız texnoloji inkişaf dövründə dünyada robot texnikası üzrə layihələr təkmilləşdirilməkdədir: “Azərbaycanın da bu inkişafdan geri qalmaması üçün biz üzərimizə düşən işləri görməyə çalışırıq. Bunun üçün də xaricdəki təcrübəli şirkətlər və elmi işçilərlə davamlı əlaqələr qururuq. Universitetin nəzdində 2008-ci ildən bəri fəaliyyətə başlamış İKTETM olaraq, robot texnikası və süni intellekt sahələrində araşdırmalar edirik və bu sahə...

Təhsilə önəm verən Qafqaz Universiteti və BP şirkətləri arasında lahiyələr davamlı olacaq

Resim
Qafqaz universiteti, öz tələbələrini iş dünyasına hazır kadrlar kimi yetişdirməyi qarşısına əsas məqsəd qoymuşdur. Bu məqsədi yerinə yetirmək üçün universitet mütəmadi olaraq müxtəlif dövlət qurumları və özəl şirkətlərlə sıx əməkdaşılq edərək tələbələrini yüksək ixtisaslı kadrlar olaraq yetişdirilməsində bu qurum və şirkətlərin təcrübələrindən yararlanır. Ölkəmizdə ən böyük özəl şirkətlərdən biri də BP Azərbaycan şirkətidir. BP Azərbaycan, Qafqaz universiteti ilə bir sıra layihələrə imza atmışdır. Bu layihələrdən ən əhəmiyyətlisi Qafqaz Universiteti ilə BP Azərbaycan şirkəti arasında imzalanmış memarondoma əsasən Mühəndislik məktəbinin genişləndirilməsi layihəsidir. Layihə çərçivəsində BP Azərbaycan şirkətinin sponsorluğunda universitetin mühəndislik fakültəsi nəzdində 4-ü kimya mühəndisliyi və 12-si mexanika mühəndisliyi ixtisasında olmaqla toplam 16 adda yüksək texnologiyaya sahib avadanlıqlarla əhatə olunmuş laboratoriyalar tələbələrin istifadəsinə verilmişdir. Universitet ilə...

Memorandum of Understanding was signed between Qafqaz University and VGTU

Resim
International Relations Office at Qafqaz University and International Relations at Vilnius Gedimino Technology University (VGTU) of Lithuania organized several projects during the last summer. The main purpose of those projects was developing the relationships between the two universities. Additionally, memorandum of understanding was signed between Qafqaz University and VGTU. According to the memorandum, the two universities will improve educational and social relations and exchange student and staff to share their experiences. It should be noted that, VGTU has been operating since 1959. Additionally, the university is one of the two well known universities on Engineering in the country. http://www.qu.edu.az/en/news/Memorandum-of-Understanding-was-signed-between-Qafqaz-University-and-VGTU-5976.html