Noyabr ayının 7-də Türkiyə prezidenti Abdullah Gül Azərbaycana səfəri çərçivəsində Qafqaz Universitetinin yeni korpusunun təməlatma mərasimində iştirak edib. Təməlatma mərasimində Abdullah Güllə yanaşı, onun xanımı Nayrunnisa Gül, Türkiyənin dövlət nazirləri Gürşad Tüzmən, Himet Çubukçu, Azərbaycanın baş nazirinin müavini Abid Şərifov, təhsil naziri Misir Mərdanov, Xırdalan şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, "Çağ" Öyrətim MM-nin İdarə Heyətinin sədri Ənvər Özərən, millət vəkilləri və işadamları da iştirak edib. Tədbirdə çıxış edən Qafqaz Universitetinin rektoru professor Ahmet Sanic deyib ki, universitet 1993-cü ildə etibarən fəaliyyət göstərir. Bu təhsil müəssisəsində avtomatlaşdırılan riyaziyyat, riyaziyyat və informatika, biznesin təşkili, idarə edilməsi, menecment, maliyyə və kredit, beynəlxalq iqtisadi münasibətlər, iqtisadiyyatın hüquqi tənzimlənməsi, beynəlxalq hüquq, regionşünaslıq, politologiya, filologiya, tərcümə, ibtidai təhsilin pedaqogikası və meto...