"Pasha Bank" esse müsabiqəsinin 10 qalibini müəyyənləşdirib

"Pasha Bank" esse müsabiqəsinin 10 qalibini müəyyənləşdirib
Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir Emin Əliyev/
"Pasha Bank" "British Council Azerbaijan" ilə birlikdə "Gələcəyə təşəbbüs" illik esse müsabiqəsinə yekun vurub.
Trend-in məlumatına görə, bankın Korporativ Kommunikasiyalar Departamentinin rəhbəri Sona Abbasovanın sözlərinə görə, belə tədbirlərin keçirilməsi "Pasha Bank"ın korporativ sosial məsuliyyət siyasətinin bir hissəsidir: "İqtisadi inkişafın sürətləndirilməsi və insan kapitalının və maliyyə təhsilinə investisiyaların yatırılmasına yönəlmiş siyasətimizə uyğun olaraq "Pasha Bank" artıq dördüncü ildir ki, bu müsabiqəni keçirir. Biz bu təşəbbüsü gələcəkdə də davam etdirmək niyyətindəyik".
Müsabiqədə iqtisadi mövzuda 100-ə yaxın iş təqdim olunub. Onların ali məktəblərin tələbələri olan müəllifləri Azərbaycanın gələcək inkişafı haqqında öz baxışlarının və ideyalarını ifadə ediblər. "Pasha Bank" və "British Council"ın nümayəndələrindən təşkil olunmuş münsiflər heyətinin seçdiyi 10 finalçı final müsahibəsindən keçiblər. Bunu əsasında beş qalib seçilib: Aysel Soltanlı (Qafqaz Universiteti), Zeynəb Dadaşova (ADİU), Ruqiyə Qəhrəmanlı (ADA Universiteti), Toğrul İsmayılov (Qafqaz Universiteti) və Firəngiz Ağayeva (ADİU).
Müsabiqənin qalibləri "King's College" Biznes və İdarəetmə Yay Məktəbində (London) iştirakla mükafatlandırılıblar. Həmçinin on finalçı da "Pasha Bank"dan qiymətli hədiyyələr və müvafiq sertifikatlar alıblar.

www.trend.az

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF