“PAŞA Bank” və “British Council” yazı müsabiqəsinin qaliblərini elan edib

“PAŞA Bank” və “British Council” yazı müsabiqəsinin qaliblərini elan edib
Bakı. Musa Əhmədov– APA-Economics. "Pasha Bank" "British Council Azerbaijan" ilə birlikdə ‘Gələcəyə Təşəbbüs Yazı Müsabiqəsi 2014’ layihəsinin qaliblərini elan edib. "Pasha Bank"dan “APA-Economics”ə verilən məlumata görə, müsabiqəyə Azərbaycanın müxtəlif universitetlərindən 100-ə yaxın iş təqdim olunub. İqtisadi inkişafla bağlı mövzuları əhatə edən yazılarda ölkənin gələcək inkişafına dair müxtəlif yönümlü, orijinal fikirlər öz əksini tapıb.
 “PAŞA Bank”ın Korporativ Kommunikasiyalar Departamentinin direktoru Sona Abbasova deyib ki, belə tədbirlərin keçirilməsi "PAŞA Bank"ın korporativ sosial məsuliyyət siyasətinin bir hissəsidir: “PAŞA Bankın Korporativ Sosial Məsuliyyət proqramının əsas missiyası olan İqtisadi İnkişafın Sürətləndirilməsi və İnsan Kapitalına İnvestisiya çərçivəsində artıq dördüncü ildir ki, biz uzun müddətli partnyorumuz olan “British Council” ilə çox effektiv nəticəsi olan bu layihəni həyata keçiririk. Layihəni növbəti illərdə də həyata keçirməyi planlaşdırırıq’.
 Yazı işləri “British Council Azərbaycan” və “PAŞA Bank”ın nümayəndələri tərəfindən qiymətləndirilib. Müsabiqə ümumilikdə ərizələrin qəbulu, yazıların yoxlanılması və ardıcıl təşkil olunan iki mərhələli müsahibələrdən ibarət olub. Yekun müsahibə “PAŞA Bank” və “British Council” nümayəndələri tərəfindən aparılıb. Bütün müsahibələr sona çatdıqdan beş qalib seçilib: Aysel Soltanlı (Qafqaz Universiteti), Zeynəb Dadaşova (ADİU), Ruqiyyə Qəhrəmanlı (ADA Universiteti), Toğrul İsmayılov (Qafqaz Universiteti) və Firəngiz Ağayeva (ADİU).
 Qaliblər bu ilin iyul-avqust ayları ərzində Birləşmiş Krallığın dünyaca məşhur “King’s College London” ali məktəbində biznes üzrə yay kurslarında iştirak etmək şansını əldə ediblər.

 Qeyd edək ki, “PAŞA Bank” ilk beşlikdə yer ala bilməyən gənclərə də dəyərli hədiyyələr təqdim edib. Bundan əlavə, finalçılara “British Council Azərbaycan” və “PAŞA Bank” adından sertifikatlar təqdim edilib.
http://az.apa.az/news/350113

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır