Qafqaz Universitetinde yeni tedris ilinin başlanması ile elaqedar tedbir keçirilib
Bağlantıyı al
Facebook
X
Pinterest
E-posta
Diğer Uygulamalar
17 Sentyabr 2009-cı il N 172(3005
Qafqaz Universitetinde yeni tedris ilinin başlanması ile elaqedar tedbir keçirilib
Dünen Qafqaz Universitetinde yeni tedris ilinin başlanması ile elaqedar tedbir keçirilib. Tedbiri giriş sözü ile açan Qafqaz Universitetinin rektoru, professor Ahmet Sanic deyib ki, rehberi olduğu ali tehsil müessisesinin esas meqsedi cemiyyet üçün keyfiyyetli kadrlar yetişdirmekdir. Onun sözlerine göre, universitet telebeleri beşeri deyerlere sahib olan, liderlik keyfiyyetlerini özünde eks etdiren, geniş dünyagörüşlü, her zaman yeni bilikler elde etmek arzusunda olan, özünü daim inkişaf etdiren ferdler olaraq yetişdirilir: "Universitetin qayesi dövletini ve milletini seven, elmi ve texnoloji biliklere yiyelenmiş demokratik ruhlu mütexessisler yetişdirmekdir. Dövletin diqqet ve qayğısını daima hiss eden universitet kollektivi böyük heves ve ezmkarlıqla çalışır. Yetişdirdiyi mezunlarla müsteqil Azerbaycana xidmet eden ali tehsil müessisesinin plan ve arzuları tükenmezdir". A.Sanic vurğulayıb ki, Qafqaz Universitetinin mezunlarının böyük bir qismi müxtelif dövlet qurumlarında mesul vezifelerde çalışır: "Mezunlarının işletemin olunması nisbetine göre universitet haqlı olaraq qürur hissi keçirir. 1998-ci ilde ilk yetirmelerinin işletemin olunmasına nail olan universitet sonrakı illerde de mezunlarının taleyine bigane qalmır. Bu meqsedle qurulan xüsusi merkezin seyleri neticesinde bu güne qeder universiteti bitiren telebelerin 80 faizi artıq işletemin olunub, geriye qalan qisminin böyük ekseriyyeti ise ölke daxilinde ve xaricinde magistratura ve doktorantura pillelerinde tehsillerini davam etdirir. İş dünyası ile sıx elaqe saxlayan universitet tez-tez yerli ve xarici şirket rehberleri ile işgüzar görüşler keçirir. Telebelerinin Azerbaycanda fealiyyet gösteren müxtelif şirketlerde ve Türkiyede tecrübe keçmelerine şerait yaradır. Universitetdeki ciddi nizam-intizamı, güclü maddi-texniki bazanı, elece de obyektivliyi teqdir eden şirketlerin özleri birbaşa universitete müraciet edir. BP-nin Azerbaycan nümayendeliyinin teşebbüsü ile bağlanmış müqavileye esasen şirketin gelecek kadrlarını universitet telebeleri arasından seçmesi buradakı tehsilin keyfiyyetinin en bariz delilidir". Rektorun dediyine göre, universitet tehsil verdiyi telebelere sadece müasir bilikler vermekle kifayetlenmir. Diger ali mekteb telebelerinin de iştirakı ile keçirilen elmi konfranslar onların tedqiqatçı kimi yetişmelerine şerait yaradır. İdmanın müxtelif növleri üzre il erzinde keçirilen yarışlarda qabiliyyetli telebeler potensial imkanlarını nümayiş etdire bilirler. Telebelerden ibaret bedii özfealiyyet ansamblı, xor kollektivi, reqs qrupu ve dram derneyi onların incesenet sahesindeki istedadlarını üze çıxardır. Azerbaycanın müxtelif guşelerine gezintilerin teşkil olunması telebelerin asude vaxtlarının xoş keçmesine teminat verir.
Sonra yüksek balla Qafqaz Universitetine qebul olunan 5 telebeye - Rena Axundlu (695 bal), Gülnar Ağamalıyeva (680 bal) ve 675 bal toplayan Elnu Hacıyev, Kenan Eskerli, Leman Memmedliye universitet rehberliyi terefinden kompüter hediyye olunub. 650 bal toplayan 12 nefere ise qiymetli hediyyeler verilib.
Mətn ölçüsü: Son dövrlər Azərbaycanda özəl universitetləri çıxmaq şərtilə, dövlət ali məktəblərində demək olar ki, rəqabət olmadığından bir çox tələbə işəgötürənlər tərəfindən qəbul edilmir. Nəticədə min bir əziyyətə qatlaşaraq dövlət universitetini bitirib diplom alan tələbə iş tapa bilmir. O da faktdır ki, bir çoxları nəyin bahasına olursa-olsun saxta diploma belə əl ataraq işə qəbul edilir və nəticədə yenə təhsilin tədrisi təhlükə altına düşür. Pullu təhsildən bu sahədə biznes quranların daha çox qazanmasına keç kəs irad tuta bilməz. Amma pullu təhsilin cibi boş olan savadlı və istedadlı gənclərin yolunu bağladığı da gerçəklikdir. Yaxşı, görəsən hazırda gənclərin təhsilə marağı hansı səviyyədədir və ümumiyyətlə nə üçün Azərbaycanda özəl təhsil, dövlət hesabına təhsili sıxışdırır? Bu hal Azərbaycanla müqayisədə xarici ölkələrdə necədir? Əməkdaşımız Aynurə Sultan ali təhsilin hazırkı vəziyəti ilə bağlı bu və digər suallara cavab tapmağa çalışıb....
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2011-2012-ci tədris ili üçün tələbə qəbulu ilə bağlı elmi-statistik təhlilin nəticələrini açıqlayıb. TQDK sədri Məleykə Abbaszadə bildirib ki, bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında 5433 abtituriyent 500-dən, o cümlədən 1540 abitruiyent 600-dən yuxarı bal toplayıb. M.Abbaszadə abituriyentləri yüksək nəticələr göstərən bölgələrin də müəyyənləşdiyini qeyd edib. Onun sözlərinə bunlar əsasən respublikanın 72 bölgəsini təmsil edir. “Bakı, Sumqayıt, Naxçıvan şəhərləri, o cümlədən Qax, Ordubad, Qəbələ, İsmayıllı rayonlarından ali məktəblərə imtahan verən abituriyentlərin bal göstəriciləri yüksək olub. Bu bölgələrdən ali təhsil müəssislərinə sənəd verən hər 100 nəfər gəncin 6-9-u imtahanlarda 500-dən yuxarı bal toplayır. Bu göstəricidə rayonlar üzrə Qax liderlik edir. Qax abituriyentlərinin topladığı bal orta hesabla 255-dən yuxarıdır. İmtahanlarda ən aşağı balı İmişli, Ağsu, Hacıqabul rayonlarının abituriyentləri ...
VİCDAN SUSTUĞUNDA Vidadi Babanlı Səhifə sayı: 622 Format: 17x24sm Nəşr ili: 2011 Faylın həcmi: 16.5 MB 1727 dəfə yüklənib Download PDF Kitab Vidadi Babanlının Vicdan Susanda romanının Türkiyə türkçəsinə tərcüməsidir. Kitabın Türkiyə Türkçəsinə tərcüməsi Qafqaz Universiteti Tərcümə Mərkəzi tərəfindən olunmuşdur. http://www.qu.edu.az/library.php?q=Qafqaz%20Universiteti&action[book_view]=72&start=81&lang=az