METBUAT BÜLLETENİ

QAFQAZ UNİVERSİTETİ
TÜRK XALQLARI EDEBİYYATI II: UŞAQ EDEBİYYATI BEYNELXALQ KONQRESİ METBUAT BÜLLETENİ
Qafqaz Universiteti 13-15 noyabr 2008-ci il tarixlerinde “Türk xalqları edebiyyatı II : Uşaq edebiyyatı” mövzusunda beynelxalq konqres teşkil edir.
Uşaq edebiyyatı türk xalqlarının zengin bedii menevi irsinin mühüm terkib hissesidir.
Uşaq edebiyyatının özünemexsusluğu ondadır ki, bedii-estetik deyeri ile yanaşı, emeli, terbiyevi ehemiyyeti de çox qabarıq olur. Bu, uşağın söze olduqca hessas yanaşmasından, açıq olmasından ireli gelir. Söz dünyasını o, adeten, gerçek alem kimi qebul edir, qavrayır, bu dünya ile ilk tanışlığı hem de kitab sehifelerinden başlayır. Heqiqi bedii söz balaca oxucuların tefekkürünü, meneviyyatını formalaşdırır. Buna göre de uşaqlar üçün yazmaq hem çetin, hem de mesuliyyetlidir. Burada uşaq psixologiyasına uyğun mezmunla yanaşı, fikrin müvafiq ifadesi, yüksek bediilik de helledici şertdir. Uşağın ağlına, üreyine yol tapmadan onu kitaba bağlamaq mümkün deyil.
Dünya deyişir ve deyişilen dünyada zövqü, ruhu, marağı başqalaşan yeni nesiller yetişir. Bu da uşaq edebiyyatının qarşısında yeni vezifeler qoyur.
Balalarımız bizim geleceyimizdir, odur ki, uşaq edebiyyatının inkişafı, yükselişi qayğısına qalmaq, eslinde, bu günümüz, geleceyimiz barede düşünmek, sözün tükenmeyen sehrini ve imkanlarını bu böyük meqsed namine seferber etmek demekdir.
Konqresde uşaqlara ünvanlanmış hem şifahi, hem de yazılı edebi nümuneler müzakire edilecek, türk uşaq edebiyyatlarının tarixi ve müasir menzeresi geniş işıqlandırılacaqdır. Müzakiredeki meqsed bu sahedeki deyerli enenelerimizi aşkara çıxarmaq, mövcud veziyyetle tanış olmaq, müqayiseler aparmaq, ümumi nailiyyetlerimizi müeyyenleşdirmek ve bunlardan qarşılıqlı suretde faydalanmaq, hem de çatışmayan cehetlerimize, çetinliklerimize diqqeti yöneltmekdir.
Qafqaz Universiteti Pedaqoji fakültesinin teşkil etdiyi bu beynelxalq konqresde 10 ölkeden (Azerbaycan, Türkiye, Özbekistan, Rusiya Federasiyası, Ukrayna, İran, İraq, Türkmenistan, Qırğızıstan ve Qazaxıstan) ve 58 universitetden 206 alim iştirak edir.
Konqres 13 noyabr 2008-ci il tarixinde saat 11.30-da M. Maqomayev adına Azerbaycan Dövlet Filarmoniyasında açılış tedbiri ile başlayacaqdır. İclaslar Qafqaz Universitetinin esas binasındakı salonlarda 14 noyabr (09.00-17.30), 15 noyabr (09.00-12.30) tarixlerinde keçirilecekdir.
Konqres 15 noyabr 2008-ci il tarixinde saat 13.00-da konqresin neticelerine dair yekun beyanatın oxunması ile sona çatacaqdır.

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF