Bakıda "Türk Xalqları Edebiyyatı- beynelxalq uşaq edebiyyatı" mövzusunda konqres keçirilir

Bakıda "Türk Xalqları Edebiyyatı- beynelxalq uşaq edebiyyatı" mövzusunda konqres keçirilir
Konqresin teşkilatçıları Qafqaz Universiteti, Azerbaycan Yazıçılar Birliyi, Türkiye Yazarlar Birliyi ve TÜRKSOY-dur
Noyabrın 13-den başlayaraq Bakıda "Türk xalqları Edebiyyatı (II) - beynelxalq uşaq edebiyyatı" mövzusunda beynelxalq konqres keçirilir. ANS PRESS-in melumatına göre, Konqres Qafqaz Universiteti, Azerbaycan Yazıçılar Birliyi, Türkiye Yazarlar Birliyi ve Türk Medeniyyeti ve İncesenetinin Birge İnkişafı üzre Beynelxalq Teşkilatın (TÜRKSOY) teşkilatçılığı ile keçirilir. Qafqaz Universitetinin rektoru, professor Ahmet Sanic konqresde 8 ölkeden 200-e yaxın nümayendenin iştirak etdiyini deyib. Onun sözlerine göre, sözügeden konqresin keçirilmesinde meqsed uşaqların teliminde ve xarakterlerinin formalaşmasında uşaq edebiyyatının roluna diqqeti celb etmekdir.Yazıçılar Birliyinin uşaq edebiyyatı bölmesinin müdiri Qeşem Necefzade ise qeyd edib ki, konqresin teşkilinde esas meqsedin uşaqlar üçün eserler yazmağın çetin ve mesuliyyetli bir iş olduğunu bildirmek ve bu önemli vezife üçün onları seferber olmağa çağırmaqdır. Tedbirde konqresin sponsorlarına teşkilatçılar terefinden fexri plaketler, ANS PRESS Neşiriyat Evinin dergileri olan «Bala dili», «Elli», «Elli Boya» jurnalları hediyye olunub. Qeyd edek ki, tedbir bu gün de davam edecek./ANS PRESS/

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF