Şerur Türk Liseyinin şagirdi olimpiadada gümüş medal qazanıb

Naxçıvan Muxtar Respublikasında fealiyyet gösteren akademik Ehmed Mahmudov adına Şerur Türk Liseyinin şagirdi Türkmenistanın paytaxtı Aşqabatda keçirilen “İCPO 2008 Beynelxalq kompyuter layiheleri olimpiadası”nda gümüş medal qazanıb. Liseyin şagirdi Aslan Nağıxanlı ümummilli lider Heyder Eliyevin şah eseri olan Bakı-Tbilisi-Ceyhan neft boru kemeri mövzusunda hazırladığı kompyuter dizaynı 97 layihe arasında ikinci yere layiq görülüb. Qeyd edek ki, olimpiadada 37 ölkeden 167 nefer şagird iştirak edib. Türkmen-Türk Universitetinde teşkil olunan olimpiadada layiheler qiymetlendirilerken onların cemiyyete yararlığı, elmi deyeri ve hazırlanma müddeti kimi kriteriyalar esas götürülüb. Olimpiadaların qızıl medallarını Qazaxıstan, Efqanıstan, Rumıniya, Şri-Lanka ve Hindistandan olan şagirdler qazanıblar. Türkmenistanın tehsil naziri Memmedgeldi Annamanov ve müavini Müemmer Türkyılmaz terefinden qaliblere, o cümleden Anar Nağılxanlıya noutbuk ve müxtelif hediyyeler teqdim olunub.
26.11.2008
Reyhan Kaya/Şerur

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF