Güclü olmanın olmazsa-olmazları və səfirin diplomatik perspektivi
Enes Cansever, Zaman Azerbaycan, 01-12-2007
Bu yazımda iki ünvana səmimi təşəkkürlərimi çatdırmaq istəyirəm. Birincisi, rektor Ahmet Saniç başda olmaqla Qafqaz Universitetinə, ikincisi isə, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyin Avni Karslıoğluna. “Qafqaz”a ona görə təşəkkür edirəm ki, artıq bu cür konfranslar keçirməyi ənənə halına gətirmişdir və biz bu konfranslardan çox şey öyrənir, çox şey götürürük. Böyükelçiyə ona görə təşəkkür edirəm ki, iki saatdan artıq vaxtını ayırıb, “Qafqaz”ın keçirdiyi sonuncu konfransın qonağı oldu və biz o görüşü böyük bir zövqlə dinlədik. Həqiqətən də, bu konfrans bizim üçün çox dəyərli bir görüş oldu. Demək olar ki, belə toplantılar bütün iştirakçılar, xüsusilə də, tələbə kontingenti üçün çox gərəkli və səmərəlidir. Çünki kifayət qədər diplomatik təcrübəyə sahib olan Karslıoğlu kimi bir böyükelçinin söylədikləri gələcəkdə bu sahəyə üz tutmağa hazırlaşan tələbələrin ruhunda, dünyagörüşündə müsbət mənada mühüm rol oynaya bilər. Amma Karslıoğlu da məsələni tam onluqdan vurdu. Etiraf edim ki, bu qədər açıq, bu qədər səmimi bir konfransın iştirakçısı olmaq hər kəs üçün böyük qazancdır və çox şükür ki, biz də o toplantıdan öz nəsibimizi götürdük. Karslıoğlu Türkiyə Cümhuriyyətinin xarici siyasəti, keçmişdən bu günümüzə qədər davam edən inkişaf yolu, qarşıya çıxan problemlər və onların həlli, qonşu dövlətlərlə münasibətlər, ABŞ və Avropa Birliyi ilə münasibətlərin mövcud durumu, erməni diasporu və onunla mübarizə yolları, türk dünyası ilə münasibətlərin perspektivi, qarşımızda duran ən ümdə məsələlər, bir sözlə, ən müxtəlif məsələlərdən geniş bəhs etdi və hər mövzunun sonunda da onun həlli yollarını göstərirdi. Etiraf edim ki, mən müəyyən mənada tələbələrə qibtə elədim. Elə rektor Ahmet Saniç də bu cür konfransların tələbələr üçün çox əhəmiyyətli olduğunu, onların dövründə bir böyükelçinin tələbələr üçün konfrans keçirməsinin əlçatmaz bir arzu olduğunu, bunlar bir tərəfə dursun, səfirlərin nə etdiklərindən, nə işlə məşğul olduqlarından belə, xəbərsiz olduqlarını vurğuladı. Səfir tələbələrə müraciətlə bir fikri xüsusi vurğuladı ki, hansı işlə məşğul olursunuzsa-olun, uğur qazanmağın əsas yolu və eləcə də işin faydalı olması sizin xalqınızı və vətəninizi sevməyinizdən keçir. Xalqını sevməyən, ondan uzaq olan, onun dərdini ürəyində hiss etməyən, sevgisini və nifrətini anlamayan bir səfir dünyada öz xalqını necə təmsil edə bilər?....