“QAFQAZ” YAZDA
Universitetin geniş, səliqəli və ən əsası isə gözəl mənzərəli ərazisi digər fəsillərdə olduğu kimi, yazda da müəllim və tələbələrin yenidən oyanan təbiətdən zövq almasına səbəb olur. Belə ki, Qafqaz Universiteti şəhərciyinin Ceyranbatan gölü kənarında yerləşdiyi ərazisi sakitçiliyi ilə yanaşı, həm də təmiz havası ilə də insana rahatladıcı anlar yaşadır. Hələ yazın gözəl günlərində Ceyranbatan gölü kənarındakı meşədə yaşayan quşların civildəşmələri, bülbüllərin ürək oxşayan “nəğmə”si isə bu gözəlllikləri daha da artırır. Bütün bu gözəlliklərin fonunda Universitet tələbələrinin yüksək səviyyədə aldıqları təhsilin nəticəsində gələcəyə ümidlə baxmaları və xoş əhvalruhiyədə öz üxtisaslarına inadla yiyələnməkdə davam etmələri, bu gözəllikləri, sanki bütöv bir şəkildə tamamlayır.