QAFQAZ UNİVERSİTETİ ŞƏHƏRCİYİNDƏ GÜL BAĞÇASI





Azərbaycanımızın çiçəklənməsində yüksək rolu olan Ulu öndərimizin adını daşıyan Heydər Əliyev Fondu xalqımızın ən əziz bayramı olan Novruz bayramindan sonra yeni layihəsini reallaşdırmağa başlamışdır.Heydər Əliyev Fondunun prezidenti, YUNESKO–nun və İSESCO–nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə işlənib hazırlanmış “Hərəyə bir ağac əkək” layihəsinin icrasına Azərbaycanın birinci xanımının iştirakı ilə onun deputat seçildiyi Əzizbəyov rayonundan başlanmış, bu çağırış ölkəmizin bütün bölgələrində dərin razılıq hissi ilə qarşılanmışdır. Ətraf mühitin sağlamlaşdırılması, ekoloji vəziyyətin yaxşılaşdırılması, Vətənimizin abad, yaşıl, çiçəklənən diyara çevrilməsi naminə başlanan bu hərəkatın əhəmiyyətini yerlərdə yaxşı başa düşür və lazımınca dəyərləndirirlər.
Təhsildə yüksək uğurlar qazanan Qafqaz Universitetinin tələbələri ictimai həyatda da özünəməxsus aktivlikləri ilə də fərqlənirlər onlar Heydər Əliyev Fondunun prezidenti, YUNESKO–nun və İSESCO–nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsünü severek dəstəkləyərək. Universitetin fəal tələbə klublarından biri olan Way to Achielement (WTA) tələbə klubunun mart ayının 5-dən başlatdığı gül kompaniyası aprelin 17-də Universitet rəhbərliyinin də iştirakı ilə başa çatdı. Bununla da, Qafqaz Universiteti Şəhərciyinin həyatyanı sahəsi gül bağçasına çevrildi. Müəllim və tələbələrin yaxından iştirak etdiyi gül əkmə kompaniyasında yüzlərlə qızıl gül əkildi. Əkilən qızıl güllər Hollandiya tipli üç rəngli (ağ, qırmızı, bənövşəyi) güllərdir ki, bu da yaxın gələcəkdə universitetin bağçasına xüsusi bir gözəllik gətirəcəkdir.
Rceb Rza
İsa Qasımov


Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF