Qafqaz Universitetində Xocalı Faciəsini Anma Programı

Qafqaz Universitetində Xocalı Faciəsinə həsr olunmuş anma proqramı keçirilmişdir. Universitetin rektorluq binasında keçirilmiş tədbirdə universitetin professor-müəllim və tələbə hey’əti ilə yanaşı, mətbuatdan və ictimaiyyətdən dəvət olunmuş nümayəndələr də iştirak etmişdir.
Faciə zamanı həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra hər iki qardaş ölkənin himnləri səsləndi. Tədbirə açılış sözü ilə başlayan rektor Prof. Ahmet Saniç Xocalı faciəsinin, faciə deyil – soyqırım olduğunu xüsusi vurğuladı. “Güc zalımın əlində olduqca məzlum insanların qanı töküləcək” – deyən natiq, qaniçən erməni terrorçularının cavabının verilmə zamanı olduğunu söylədi. Türkiyənin bu soyqırımı tanıyan ilk ölkə olacağını və mənfur düşmənlərin cavabsız qalmayacağını əminliklə söylədi.
Sonra söz, Xocalı da faciyənin canlı şahidi olmuş Xocalı sakini Seyidağa Mövsümova Verildi qoca-cavan, qadın-uşaq demədən qəddarcasına öldürülən insanlara qarşı olmuş bu cinayətin heç bir insanlıq çərçivəsinə sığmadığını deyən natiq hadisənin bütün təfərrüatıyla dünya ictimaiyyətinə çatdırılmasına böyük ehtiyac olduğunu söylədi. O həmçinin beynəlxalq qurumlarda 26 fevral tarixinin soyqırım günü kimi tanınması tələbinin irəli sürülməsinin də vacibliyindən danışdı. Anma proqramında tələbələr tərəfindən ürəkləri sızladan şeerlər oxundu, slaydlar göstərildi. Tədbirdə həmçinin, Universitetin əməkdaşıları Xocalı faciəsinin dünyaya tanıdılması imkanını təmin edən Internet saytının (www.khojaly.net) tanıtımı olmuşdur. Səhifədə erməni təcavüzüylə bağlı təzə, digər yerlərdə istifadə edilməmiş sənədlər toplanıb ki, bu materiallar da həm ölkə vətəndaşlarına, həm də xarici dövlətlərin nümayəndələrinə gərəkli olacaq. Habelə, Çingiz Mustafayevin Xocalıda çəkdiyi video materiallar da ilk dəfə olaraq bu saytda yer almışdır.
Rəcəb Rzayev

Qafqaz Üniversitesinde Hocalı Faciasını Anım Programı
Qafqaz Üniversitesinde Hocalı Faciasını anım programı düzenlenmiştir. Rektörlük binasında gerçekleştirilen programa öğretim görevlileri, öğrenciler, çeşitli basın kuruluşlarının temsilcileri ve toplum içerisinden davet edilen özel davetliler katılmıştır.
Faciada hayatını kaybedenlerin anısına 1 dakikalık saygı duruşu yapıldı.
Saygı duruşundan sonra her iki kardeş ülkenin ulusal marşları seslendi. Açılış konuşmasını yapan rektör Prof. Dr. Ahmet Saniç, Hocalıda yaşananların bir faciadan ziyade soykırım olduğunun altını özellikle çizdi.Güç zalimin elinde bulunduğu sürece mazlum insanların ezileceğini, kanlarının döküleceğini söyleyen konuşmacı, vahşi ermeni teröristlerine hakettikleri cevabın verilmesi gerektiğini söyledi.Türkiyenin bu olayı soykırım olarak kabul eden ilk ülke olacağını ve düşmanların cevapsız kalmayacağını belirtti.
Sonra gördüklerini anlatmas için kürsüye Hocalı Faciasının bizzat yaşamış Seyidağa Mövsümov davet edildi. İhtiyar-genç, erkek-kadın, çocuk-büyük demden her kesin vahşicesine katledildiğine şahit olduğunu belirten konuşmacı, olayların detaylı bir şekilde tüm dünyaya anlatılması gerktiğini dedi. O uluslararası kurumlara 26 Şubat tarihinin soykırım günü olarak kabul edilmesi talebinin de götürülmesinin önemli bir adım olacağını söyledi.
Programda öğreciler tarafından olayları anlatan şiirler seslendi, sinevizyon gösterileri gösterildi.Programda öğrenciler tarafından Hocalı Faciasının dünyaya anlatılması amacıyla hazırlanan WEB Sayfasının (www.khojaly.net) da tanıtımı yapıldı. İnternet sayfasında başka kaynaklarda yayınlanmamış önemli arşiv belgeleri yerleştirilmiştir ki, bu da olayların anlatılması için yabancı üşlke vatandaşları iin de önemli olacaktır.
Bundan başka Cengiz Mustafayev tarafından çekilen VİDEO gösterimleri de internet üzerinden ilk defa bu sayfada yerleştirilmiştir.

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF